Azərbaycanda cəmi 5 min manata cinsini dəyişə bilərsən

29-12-2011, 21:00  |  Həyat tərzi » Maraqlıdır


 

 

 

 Azərbaycanda cinsini dəyişmək istəyən və bununla əlaqədar həkimə müraciət edən kişilərin sayı artır. Bunu çərşənbə axşamı Trend-ə Azərbaycanda cinsin dəyişdirilməsi əməliyyatlarını həyata keçirən yeganə həkim, Avropa-Beynəlxalq Estetik, Plastik və Rekonsturktiv Cərrahlar Cəmiyyətinin üzvü Camal Əzimzadə bildirib.

Azərbaycanda bu əməliyyatları 2002-ci ildən keçirən Əzimzadə deyib ki, cinsini dəyişdirmək istəyən kişilərin sayı qadınlardan daha çoxdur.

"Qadınlar daha qapalı olduqlarına görə belə istəklərini açıqlamırlar. Amma mənim statistikam göstərir ki, müraciət edənlər arasında 4 kişiyə 1 qadın düşür", - həkim qeyd edib.

Onun sözlərinə görə, 2002-ci ildən indiyədək cinsin dəyişdirilməsi üçün təxminən 30-35 nəfər müraciət edib. Cinslərini dəyişmək istəyənlər 22-30 yaş arası gənclər olur.

İndiyədək müraciət edənlərdən yalnız 9-u əməliyyat olunaraq cinsini dəyişib. Həmin şəxslərin biri qadın, qalan 8 nəfər isə kişi olub.

Əzimzadə bildirib ki, müraciət edənlərin hamısı əməliyyat olunmur. Əməliyyat olunmamışdan əvvəl müraciət edən şəxsin sağlamlıq vəziyyəti yoxlanılır. Həmin şəxs həm də psixiatr-həkimin müayinəsindən keçməli və psixoloji durumunun normal olduğunu təsdiqləyən arayış gətirməlidir.

"Cinsini dəyişmək istəyən şəxs psixiatrdan arayış gətirir ki, o, xəstəlik keçirməyib və psixoloji durumu normaldır. Amma belə xəstələrə transseksualizm diaqnozu qoyulur. Bəzən də elə olur ki, cinsini dəyişmək üçün müraciət edirlər, biz onlarla söhbət apardıqdan və onlar əməliyyatın ağırlığını bildikdən sonra bu fikirlərindən daşınırlar", - Əzimzadə deyib.

Onun sözlərinə görə, cinsin dəyişdirilməsi ağır əməliyyat hesab edilir. Qadın cinsini dəyişərək özünü kişi etmək istəyirsə, onda bunun üçün bir neçə əməliyyat həyata keçirilir. Amma kişini yalnız bir əməliyyatla qadın etmək olur. Əməliyyat ümumilikdə 5 min manata başa gəlir. Cinsini dəyişmiş şəxslər əməliyyatdan sonra çevrildikləri cinsin heç bir funksiyasını yerinə yetirə bilmirlər. Məsələn, qadına çevrilmiş kişi ana, kişiyə çevrilmiş qadın ata ola bilməz.

Həkim qanunvericilikdə cinsin dəyişdirilməsi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirilməsini də istəyib.

Onun sözlərinə görə, qanunvericilikdə cinsin dəyişdirilməsi üçün əməliyyatların harada, necə aparılmalı olduğu barədə məsələlər aydınlaşdırılmayıb.

Cərrah deyib ki, Azərbaycanda qəbul edilən "İnsan orqanlarının transplantasiyası haqqında" qanunda transplantasiyanı kimlərin edə bilməsi, orqanın kimdən götürülməsinin mümkünlüyü və bu əməliyyatın hansı müəssisələrdə həyata keçirilməli olması göstərilib.

"Amma cinsin dəyişdirilməsi barədə dəqiq qanun yoxdur. Qanunvericilikdə də yazılmayıb ki, bu əməliyyat necə, harada olmalıdır və bu əməliyyatı keçirmək istəyənlər əvvəl kimin yanına getməlidirlər. Məsələn, Rusiyada cinsini dəyişmək istəyənlər əvvəl müvafiq komissiyadan keçirlər, sonra bu əməliyyatı etdirirlər. Bu məsələlər aydınlaşmadığı üçün biz digər ölkələrin təcrübəsinə baxaraq xəstəni əvvəl psixiatrın yanına göndəririk, psixiatr insanın sağlam olduğunu deyəndən sonra onu əməliyyat edirik", - Əzimzadə əlavə edib.

Azərbaycanda cinsin dəyişdirilməsi əməliyyatlarının aparılmasına qadağanın qoyulması zərurətinə gəldikdə, həkim bildirib ki, ölkədə bu əməliyyatın aparılması qadağan edilməyib. Buna görə də bu əməliyyatların keçirilməsi mümkündür.

"Mən fikirləşirəm ki, birinci növbədə insanların hüquqları qorunmalıdır. İnsanların bu əməliyyatı etmək arzusu varsa və o, başqa cür yaşaya bilmirsə, bu əməliyyatı etmək onun hüququdur. Amma əgər qanunvericilik bu əməliyyatın keçirilməsinə qadağa qoysa, onda biz də onu həyata keçirə bilmərik", - həkim qeyd edib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə Trend-ə deyib ki, insanların cinsinin dəyişdirilməsi mentalitetimizə yaddır. Buna baxmayaraq, cinslərin dəyişdirilməsinin qarşısını almaq üçün insanlara qanunvericiliklə qadağa qoymaq olmaz.

Cinslərinin dəyişdirilməsini insanların hüquqları kimi dəyərləndirən millət vəkilinin sözlərinə görə, belə bir qadağanın qoyulması Konstitusiyamıza, eyni zamanda, İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasına da ziddir.

Buna baxmayaraq, Quliyev hesab edir ki, insanların cinslərinin dəyişdirilməsi ilə bağlı təbliğat aparmaq olmaz. Belə halların qarşısını almaq üçün mətbuat vasitəsilə və digər yollarla müəyyən profilaktik, maarifləndirici tədbirlər görülməlidir.

"Bütün insanlar eyni təfəkkürlə doğulmadığı kimi, onların cinsi oriyentasiyası da fərqli olur. Biz bu insanları ikinci növ insan elan edə, eyni zamanda, belə halları genişləndirə bilmərik. Bu insanlara qarşı xüsusi prioritetlər də yaratmaq lazım deyil. Onlara xəstə insanlar kimi baxmalıyıq, onlara qarşı hər hansı təqib növlərinin aparılması düzgün deyil", - millət vəkili qeyd edib.

O əlavə edib ki, cinsini dəyişən insanların hüquqlarının qorunması üçün ayrıca qanunun qəbuluna qətiyyən ehtiyac yoxdur.

Quliyevin fikrincə, qanuna o vaxt ehtiyac olar ki, ona böyük toplunun tələbatı yaransın.

O bildirib ki, cinsini dəyişən şəxslər də Azərbaycanın vətəndaşlarıdır və onlar da bütün vətəndaş hüquq və azadlıqlarına malikdirlər.

Azərbaycanda bəzi insanlarda cins dəyişdirmə meyillərinin yaranmasını Avropaya inteqrasiyasının nəticələrindən biri kimi qiymətləndirən Quliyev bu məsələ ilə bağlı onu narahat edən məqamların olduğunu da qeyd edib.

"Məni ən çox narahat edən odur ki, Avropadakı bəzi qurumlar Azərbaycanda dövləti sarsıtmaq üçün ailə, milli-mənəvi dəyərləri pozmağa yönələn belə cəhdlər edə, müxtəlif dini sektalar, müxtəlif oriyentasiyalı cəmiyyətlər yarada bilərlər. Ola bilsin ki, müxtəlif təşkilatlar ölkəyə xüsusi siyasətlə - müxtəlif QHT, mətbuat orqanı, hüquq müdafiəçisi adı ilə daxil ola və belə işlər görə bilərlər. Buna görə də həmişə bu məsələlər barədə düşünmək lazımdı ki, bunlar təşkilatlanmasın, gənclər onların sıralarına qoşulmasınlar", - Quliyev qeyd edib.


Aranızda, cinsini dəyişmək istəyən var? wink  

1 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 3506 Şərh sayı 76 Müəllif Terane
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline Nergiz love
    FUUU BU NEDI BELE

  2. Offline HESENIM
    iyrenclikdi bu

  3. Offline Sabahım.
    Sitat: SeVa
    Ey insanlar Allahin verdiyine qarsi cixmayin

    MƏNCƏDƏ
    İmza: 




    AMİNLƏR BOŞA DEYİL.......HƏR ŞEYİN ZAMANI VAR.......

  4. Offline Gül-ka
    Ey insanlar Allahin verdiyine qarsi cixmayin
    İmza: 
    Sevgine_Yoxdur_Ehtiyac""

  5. Online TENHA_MELEK
    Allah lenet etin Azerbaycandada aciblar utanmazlar bu gedisle ele  Azerbaycanda diger olkeler kimi  pozulacaq,onsuzda pozulub
    İmza:  http://www.youtube.com/watch?v=LD15z5LdS3E

    http://www.youtube.com/watch?v=GAM02UqKbsI&list=PL771432E2DF087276

    YERAZAM FEXR EDIREM !

  6. Offline Nigar
    Allah uzaq etsin
    İmza:  Musiqi ruhun qidasidir...Nikki..

  7. Offline aylin94
    Allahiniwine el qoyurlar

  8. Offline aysun94
    Aranızda, cinsini dəyişmək istəyən var? wink

    Əstəfurla)))
    İmza:  « Acıya qəhqəhə ilə cavab vermək bir sənətdirsə əgər, Mən çox bahalı bir tabloyam... »

    © Charles Bukowski

  9. Offline mehimim
    BIR BU QALMISDIM,ALLAHIN ISINE QARISMAQ

  10. Online leyla meherremova
    KÜL ONLARIN KİŞİ BAŞINA.ONLARIN KİŞİ KİMİ QALMAĞINDANSA...
    İmza: 
    GIF animations generator gifup.com

  11. Offline Qanad
    Ozlerini necede bedbext edirler.Menim lap ureyim bulandi.

  12. Offline Akademik
    Sitat: Karol
    Bu Avropa bizləri bədbəxt edəcək belə getsə lənət olsun beləlrinə
    İmza:  Allahımın qulu, nəfsimin ağasıyam!

  13. Offline A.Sebine
    ucuzdur belkede onagore daha cox cinsiyyetlerini rahatca deyisdire bilirler
    Sitat: A.Sebine
    mence hekimler onlarin cinsiyyetlerini deyisdirib onlarin daha rahat utanmadan sehere cixmalarini teyin edirler,mence qadagan olmalidir deyekki onlar cinsiyetini deyisdirdiler axi onlarda qadin hormonu yoxdur qadinkimi olmurlar,kisiyle qadinkimi elaqede olmurlar,sadece bedenlerini daha cox pula sata bilirler,bizim bezi axmaq kisilerdi onlara yaxin geden,bezileri varki onlara ev masinda alirlar,dehsetdi bu,kisilerin maragi onlara olmasa onlar bu emeliyati etmezler

  14. Offline A.Sebine
    mence hekimler onlarin cinsiyyetlerini deyisdirib onlarin daha rahat utanmadan sehere cixmalarini teyin edirler,mence qadagan olmalidir deyekki onlar cinsiyetini deyisdirdiler axi onlarda qadin hormonu yoxdur qadinkimi olmurlar,kisiyle qadinkimi elaqede olmurlar,sadece bedenlerini daha cox pula sata bilirler,bizim bezi axmaq kisilerdi onlara yaxin geden,bezileri varki onlara ev masinda alirlar,dehsetdi bu,kisilerin maragi onlara olmasa onlar bu emeliyati etmezler

  15. Offline Gozel Melek
    WUKUR ALLAHIMA QADINAM FEXR ELIYIREM

  16. Offline KAMA88
    n14 BOOOOOOOOOY,bele sey oxuyanda aglamaq isteyirem.

    Islam olkelerinde,bele isler qadagan olunmalidir

  17. Offline mehribann
    allah belesini versin bele mikrob adamlarin allah meslehet bilseydi arvad ederdi

  18. Offline RaySum
    eee bu nedoyyii
    İmza:  Bir müddəT!.PassiV.HaziRliqlarima gore Catdira bilmireM.!


  19. Offline DR.AFAQ
    bunlar barede olum qanunu cixarmaq lazimdiki kokleri kesilsin, basqa hec bir qanun olmamalidi.

  20. Offline ruzgargulum
    bilmirem nə yazim bədbəxt insanlardida. Allah qadina kisi geyimi, kisiye qadin geyimi geyinmeyi belə haram edib qaldiki cinsi deyismek
    İmza: 
    Ruzgargulu
    Bir yaz gunu usudunmu
    Ruzgargulu
    Hec olumu dusundunmu

  21. Offline Narin_yagis
    WUKUR TANRIMAKI QADINAM FEXR ELIYIREM

  22. Offline HEYATIM
    ALLAH GOSTERMESINN
    İmza:  Heyatini ele yawa ki, donub arxaya baxanda uzun qizarmasin...

  23. Offline Karol
    Bu Avropa bizləri bədbəxt edəcək belə getsə lənət olsun beləlrinə

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top