AZƏRBAYCAN, Yurdum mənim!

12-11-2013, 19:30  |  Həyat tərzi / Maraqlıdır



Azərbaycan haqqında yazılmış ən gözəl şeirlər.Bəs siz hansıları bilirsiz?


Almaz İldırım-Əsir Azərbaycan


Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy!...
Hökm etsə, bu sərsəm gediş dursa oy!...

Xəbər alsam Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən, 
Kim demiş ki, düşmüş adı dilimdən?!
Azərbaycan, mənim eşsiz yurdum oy!...
Ölməz eşqim, içimdəki dərdim oy!...


Səməd Vurğun-Azərbaycan


Könlüm keçir Qarabağdan
Gah bu dağdan gah o dağdan
Axşamüstü qoy uzaqdan 
Havalansın Xanın səsi
Qarabağın şikəstəsi...

Dinlə məni,gözəl vətən!
Bir söz gəlir ürəyimdən
Azadlığın eşqiylə sən
Güləcəksən hər bir zaman,
Azərbaycan,Azərbaycan!!!


Əli Kərim-Azərbaycan

Azərbaycan!
Odlar yurdu! –
Ürəklərin odundan
Yaranmış bir diyar.
Dostuyla hər dərdi-məlalı,
Sevinci bir duyar.
Azərbaycan –
Tarixlər şahidi,
Nizamisi sərhədsiz təfəkkürü,
Nəsimisi həqiqət şəhidi.
Füzulisi -könlün
Hər guşəsindən xəbər verən,
eşqin bütün çalarlarını görən
dünya ürəkli bir sənətkar.
Nəsrəddini, Cəlili
çiynində xalq dərdinin
Kəpəzi,
Şahdağı.
Sinəsində çalın-çarpaz
göz yaşı, ah dağı.

Bəxtiyar Vahabzadə-Azərbaycan oğluyam


Azərbaycan oğluyam,
Odu Allah sanmışam.
Anam torpaq,
Atam od,
Mən oddan yaranmışam:

Od kimi istiqanlı,
Seltək dəliqanlıyam.
Həyat qədər qədiməm,
Torpaq qədər şanlıyam.
Od kimi yandıranam.
Su kimi söndürənəm
Məni yandırsalar da,
Suda batırsalar da,
Yenə mənəm, mən mənəm!

Köküm üstə bitmişəm,
Şöhrətim var,
Şanım var.
Mənim gələcəklə də
Öz əhdi-peymanım var.

Nəriman Həsənzadə-Azərbaycan

Od ürəkli , od nəfəsli diyarımsan
Ocağına canım qurban , Azərbaycan !
Əzilsən də , əyilməyən vüqarımsan
Bu çağına canım qurban , Azərbaycan !

Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban.
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban , Azərbaycan !

Məmməd Araz-Azərbaycan,dünyam mənim.


Azərbaycan – qayalarda
bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı
vəsf eləyərək,
Azərbaycan dünyasından
baxar dünyaya.
Azərbaycan – mayası nur,
qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
"Azərbaycan!” – deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi
Gözəl əridir.
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu,
dan ulduzu gözəlləridir.
İllər olub – kürrələrdə dəmir olmuşuq,
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə,
buz çölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.
Min illərlə zülmətlərə yollar açıqdı,

Məhəmmədhüseyin Şəhriyar-Azərbaycan


Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan!

Səndən uzaq düşsəm də mən,eşqin ile yaşayıram,
Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan!

Övladların nə vaxtadək tərki-Vətən olacaqdır?
Əl-ələ ver!Üsyan eylə!Oyan!Oyan!Azərbaycan!

Besdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa!Ya azad ol, ya tamam yan, Azərbaycan!

Şəhriyarın ürəyi də səninkitək yaralıdır,
Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan.

{r-rm} Bəyənməyib

Səhvi bildir  Baxış sayı 2360 Şərh sayı 32 Müəllif Inci deniz
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline TENHA_MELEK
    Seirler ucun cox tesekkur.Her biri cox gozeldir.
    İmza: 

  2. Offline Aynur_Mezahirli
    Azerbaycan!
    Konlumun,
    ruhumun,
    sevincimin,
    kederimin,
    fikrimin veteni!
    Azerbaycan!
    Insan zekasinin
    isiqlandirdigi,
    konlunde
    min ciraq yandirdigi
    bir diyar.
    Bayrami zeferlerle,
    bugunku parlaq,
    sabahki daha parlaq,
    seherlerle dolu;
    Yolu-
    Beser fikrinin
    zirve yolu.
    İmza:  Ən Vəfasız Əşya Saatdır..Çünki Fırlanır Eyni Yerə gəlir..Amma Fırlandığı Anda Apardıqlarını Geri Qaytarmır...)))

  3. Offline Sekine Hesen
    tesekkurler SEHRIYARIN seirini oxuyurdum oz ozume
    İmza:  offffffffffffsixildim bu heyatin 2cikanali yoxdur cevirek

  4. Offline Lumia
    Tesekkur edirem,A.Ildirimin o seirini men cox sevirem.
    İmza:  Insanlar yasadiqlari kimi dusunerler.Fridrix Engels

  5. Offline nur gun ma me
    bir az mekteb illerinden bilirikde

  6. Offline Lady Nara
    AZERBAYCAN menim ewsiz yurdum oy

  7. Offline Alice
    Azəri balası, yaran dərindir,
    Barışma bu haqqsız qismətin ilə.
    İnləyən, çağıran torpaq sənindir,
    Ahına qulaq ver,fəryadın dinlə.

    Söylə ki,bu mənə şərəfdir ana!
    İndi mən rahatam, gələm qoynuna
    Əbədi xoşbəxt ol,Azərbaycanım!
    Vətənim,fədadır sənə bu canım.
    TƏŞƏKKÜRLƏR..
    İmza: 

  8. Online Girl
    Od ürəkli , od nəfəsli diyarımsan
    Ocağına canım qurban , Azərbaycan !
    Əzilsən də , əyilməyən vüqarımsan
    Bu çağına canım qurban , Azərbaycan !

    Savaşlardan alnıaçıq çıxan zaman
    Tarixlərə bağışladın neçə qurban.
    Hər qonşuda bir parçası əsir qalan
    Torpağına canım qurban , Azərbaycan !


    İmza:  Mən elə mənəm! Heç kəsi təkrarlamayan qeyri-adi bir qız ( ͡° ͜ʖ ͡°)

  9. Offline Mehdiyeva Cinara
    tesekkurler

  10. Offline SULTANIM
    Azerbaycan - odlar yurdum menim.
    İmza:  2 səbəbdən insanlara güvənmirəm. Ya güvənəcək qədər az tanıyıram, ya da güvənməyəcək qədər çox ...


  11. Offline Just me
    Sitat: NURLU
    lap mekteb illerim yadıma düwdü..
    İmza:  NARA




  12. Offline NURLU
    lap mekteb illerim yadıma düwdü..
    İmza: 

  13. Offline Seyidli
    Azərbaycan – qayalarda
    bitən bir çiçək,
    Azərbaycan – çiçəklərin içində qaya.
    Mənim könlüm bu torpağı
    vəsf eləyərək,
    Azərbaycan dünyasından
    baxar dünyaya.


    Təşəkkürlər İnci Dəniz!

  14. Offline ALLEGRETTO
    ALLAH RAZI OLSUN!

  15. Offline Kenan :)
    qeweng weirdi

  16. Offline ww.ss
    Canimin ici vetenn

  17. Online Nurus.
    Sitat: Nərmin.bayram
    ən çox sevdiyim Səməd Vurgunun " AZƏRBAYCAN " ŞEİRİ VƏ M.H.ŞƏHRİYARIN "AZƏRBAYCAN ŞEİRİDİR
    EL BİLİRKİ SƏN MƏNİMSƏN
    YURDUM YUVAM MƏSKƏNİMSƏN
    AYRILARMI KÖNÜL CANNAN,
    AZƏRBAYCAN! AZƏRBAYCAN

    menimde
    İmza: 

  18. Offline SEVDA
    lap mekteb illerim yadıma düwdü....edebiyyat dersi
    İmza:  Uğur qazanmaq isteyirsense,yaltaqlıqdan uzaq ol !

  19. Offline Laura81
    darixmiwam vetenim ucun inwallah belke qismet olsa ayin axri getdik yoldawimin demeyine gore

  20. Offline sadəcə MƏN
    3 dənəsini məktəb vaxtı əzbərləmişdim,maşAllah hələ də qalıblar yadımda)))
    İmza:  Həddini bilməyən gülüşlərim var mənim; Dostlarıma güc, düşmənlərimə dərd verən ...

  21. Offline Röyamsan.
    TEWEKKURLER
    İmza:  Dinim "İslam" kitabım "Quran" mən Allahdan başqasına yalvarmam!!!

  22. Offline Sabahım.
    AZƏRBAYCAN YAZIQ VƏTƏN
    İmza: 




    AMİNLƏR BOŞA DEYİL.......HƏR ŞEYİN ZAMANI VAR.......

  23. Offline Nərmin.bayram
    ən çox sevdiyim Səməd Vurgunun " AZƏRBAYCAN " ŞEİRİ VƏ M.H.ŞƏHRİYARIN "AZƏRBAYCAN ŞEİRİDİR
    EL BİLİRKİ SƏN MƏNİMSƏN
    YURDUM YUVAM MƏSKƏNİMSƏN
    AYRILARMI KÖNÜL CANNAN,
    AZƏRBAYCAN! AZƏRBAYCAN
    İmza:  QIZLAR BURDA SON 5 GÜNÜM QALDI SİZLƏRİ ÇOX SEVİRƏM.. İNŞALLLAH QİSMƏT OLSA YENİDƏN GÖRÜŞMƏK ÜMÜDİYLƏ...

  24. Offline luce
    Azərbaycan – mayası nur,
    qayəsi nur ki…
    Hər daşından alov dilli ox ola bilər.
    "Azərbaycan!” – deyiləndə ayağa dur ki,
    Füzulinin ürəyinə toxuna bilər.
    En cox sevdiyim ser.
    İmza:  Qadın alışan və alışdırandır.
    Qadın övladının qoruyucu mələyidir.
    Qadınlar ağlını qəlbinə qurban versə də, qəlbini heç nəyə qurban verməz.
    Qadın sirri acılmamış bir möcüzə, oxumaqla bitməyən bir kitabdır.
    Kim nə deyir desin... Qadın - böyük qüvvədir!!!

  25. Offline leyla meherremova
    Təşəkkürlər....
    İmza:  Haqqını aramayanın haqqını yeyərlər, haqqınızı tələb edin qadınlar, icazə verməyin kimsə sizin psixologiyanıza təcavüz etsin, əhval-ruhiyyənizi korlasın!!...

  26. Offline AYAN A-VA
    Təşəkkürlər
    Təşəkkürlər
    İmza:  Sizi incidən bəzən sözlər deyil , sözləri kimin söylədiyidir...

  27. Offline Nazlı-Kız
    Melumat ucun tewekkkurler

  28. Offline Ayan92
    Təşəkkürlər

  29. Offline Ulviyye
    tewekkurler

    tewekkurler
    İmza:  3 şey insanın həyatını mehv edir
    İÇKİ KOBUDLUQ VƏ QÜRUR

  30. Offline M.Aliyeva
    Canim, Azerbaycanim!
    Men fexr edirem ki, men Azerbaycanliyam! (Allah sene rehmet elesin, Heyder baba)
    İmza: 

    MEN PIS ADAMLARDAN INCIMIREM, ALLAHIN CEHENNEMI DOLMALIDIR , YA YOX?

 Məlumat

Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
Scroll To Top