Necə namaz qılmalıyıq? (qadınlar üçün)

11-06-2011, 17:00  |  Həyat tərzi » İslam
Necə namaz qılmalıyıq? (qadınlar üçün)

Bizə vacib olan gündəlik namazlar aşağıdakılardan ibarətdir:

 I- SÜBH namazı 2 rəkət; 
II - ZÖHR namazı 4 rəkət;
III- ƏSR namazı 4 rəkət; 
 IV- ŞAM namazı 3 rəkət; 
 V- XÜVTƏN namazı 4 rəkət.
 
 Namaz gərək bu tərtiblə qılınsın:

Niyyət, təkbirətül-ehram, qiraət, rüku, səcdə və ikinci rəkətdə səcdələrdən sonra təşəhhüd və axırıncı rəkətdə təşəhhüddən sonra salam desin.
 
 Namazda Haram
 
 Namaz qılan şəxs təkbirətül-ehramı deyərək namaza başlayandan qurtarana qədər bəzi işlər ona haram olur. Əgər namaz halında onların birini etsə namazı batildir. O cümlədən: 


1) Danışmaq, bilərəkdən, mənası olan iki hərf; 
2) Gülmək, bilərəkdən, uca səslə; 
3) Ağlamaq, dünya işləri üçün, uca səslə; 
4) Üzü qiblədən başqa tərəfə döndərmək; 
5) Yemək və içmək; 
6) Namazın surətini (formasını) pozmaq; 
7) Namazın rükünlərini azaltmaq və ya çoxaltmaq. Rükun olmayan yerlərdə əgər bilərəkdən edərsə batil, səhvən edərsə səhihdir. 
8) İki və üç rükətli namazlarda birinci və ikinci rükətlərdə şəkk edərsə; 
9) Namazın şərtlərini aradan aparan şeylər; 
10) Dəstəmazın aradan getməsi; 
11) Əlini əlinin üstünə qoyma; 
12) Həmddən sonra "Amin" demək.


 

Sübh namazını qılmaq qaydası



1-Dəstəmaz aldıqdan sonra üzü qibləyə duraraq niyyət edirsən:

«Sübh namazını qılıram vacib qürbətən iləllah»


2-Sonra təkbirətul-ehram (əlləri qaldırmadan Allahu əkbər sözünü) deyirsən.

3-Sonra həmin halda
Fatihə surəsini, daha sonra Ixlas və ya Qur'anın böyük və kiçik surələrindən hər hansı birini oxuyursan.

Fatihə surəsi: Bismillahir-rəhmanir-rəhim. Əlhəmdulillahi Rəbbil aləmin. Ər-rəhmanir-rəhim. Maliki yəvmiddin. Iyyakə nə'budu və iyyakə nəstəin. Ihdinəs-siratəl mustəqim. Siratəlləzinə ən'əmtə ələyhim, ğəyril məğzubi ələyhim vələzzallin.

Ixlas surəsi : Bismillahir-rəhmanir-rəhim. Qul huvəllahu əhəd. Allahussəməd. Ləm yəlid vələm yuləd. Vələm yəkun ləhu kufuvən əhəd.




4-Sonra rükuya gedir (yə'ni əllər dizlərə çatanadək əyilirsən) və bədən aram olduqdan sonra üç dəfə «Subhanəllah» deyirsən.


5-Zikrləri dedikdən sonra ayağa qalxaraq düz durursan.
Necə namaz qılmalıyıq? (qadınlar üçün)


6-Daha sonra Allah-taala hüzurunda səcdəyə düşürsən. Səcdə halında alın, əllərin içi, dizlər və ayaqların baş barmaqları yerə qoyulmalıdır. Baş barmaqdan başqa barmaqların da yerə qoyulmasının heç bir eybi yoxdur. Səcdədə də bədən aram olduqdan sonra üç dəfə «Subha-nəllah» deyirsən:



7-Daha sonra səcdədən qalxıb əyləşirsən.
Necə namaz qılmalıyıq? (qadınlar üçün)


8-Sonra ikinci dəfə səcdəyə gedərək birinci səcdədəki kimi üç dəfə «Subhanəllah» zikrini deyirsən.



9-Sonra səcdədən qalxaraq əyləşirsən.


10-Ikinci səcdədən sonra bir daha ayağa qalxır, həmçinin Fatihə və Ixlas surələrini oxuyursan.


11-Hər bir namazın ikinci rəkətində ixlas surəsi sona yetdikdən sonra qünut tutub, dua etmək müstəhəbdir. Qunutda hər hansı bir duanı oxuya bilərsən.Məsələn: "Allahummə səlli əla Mühəmmədinvə ali Mühəmməd"



12-Daha sonra rükuya gedib üç dəfə «Subhanəllah» zikrini deyirsən.


13-Sonra rükudan qalxıb bir an dayanırsan.
Necə namaz qılmalıyıq? (qadınlar üçün)


14-Daha sonra səcdəyə gedib birinci rəkətdə olduğu kimi iki səcdəni «Subhanəllah» zikri ilə yerinə yetirirsən.
Necə namaz qılmalıyıq? (qadınlar üçün)




15-Sonra isə əyləşərək təşəhhüd və salamı oxuyursan.

Təşəhhüd-Əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləh və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh. Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd.
Salam-Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh. Əssəlamu ələyna və əla ibadillahis-salehin. Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.
Namazın salamını dedikdən sonra üç dəfə Allahu əkbər demək müstəhəbdir.
Bununla da Sübh namazı sona çatır.
 
Sübh namazının ardıcıllığı belədir:
 
Niyyet
 Tekbir-Allahu Əkbər
 Hemd-Sure+İxlas surəsi
 Ruku-3 dəfə Sübhanəllah
 Secde (2 defe)-3 dəfə Sübhanəllah
 Hemd-Sure+İxlas surəsi
 Qunut-Məsələn: "Allahummə səlli əla Mühəmmədinvə ali Mühəmməd"
  Ruku-
3 dəfə Sübhanəllah
  Secde (2 defe)-
3 dəfə Sübhanəllah
 Tesehhud ve Salamlar

Zöhr, ƏsrXuvtən (Işa) namazlarını qıldıqda isə ikinci rəkətin təşəhhüdünü dedikdən sonra salam demədən ayağa qalxır və fatihə surəsi əvəzinə təsbihat-ərbəə adlı aşağıdakı zikri üç dəfə deyirsən:«Subhanəllahi vəlhəmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər»
Sonra qeyd olunduğu kimi rüku və səcdələri yerinə yetirirsən.
Daha sonra yenidən ayağa qalxıb təsbihat-ərbəəni üç dəfə deyirsən.Sonra rüku və səcdələri yerinə yetirirsən.Daha sonra əyləşən halda təşəhhüd və salamı deyib namazı bitirirsən.Şam (Məğrib) namazı isə üç rəkətli olduğu üçün üçüncü rəkətin rüku və səcdələrindən sonra əyləşib təşəhhüd və salamı oxuyursan. Bu isə namazın vacib olan hissəsindən ibarətdir və bu tərzdə qılınan namaz alimlərin fətvasına əsasən düzgündür.
 

58 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 110037 Şərh sayı 68 Müəllif Falling_Angel
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline QERIB INSAN
    Mende qiliram.Allah qebul elesjn ibadetlerimizi

  2. Offline Naza
    Salam qizlar mende qilmaq isteyirem yardim etsesez sevinerem
    İmza:  M. AYGUN

  3. Offline cennet_313
    Allah herbir bendesine namaz qilmagi nesib etsin... VE QILINAN NAMAZLARI QEBUL ETSIN AMMIN love

  4. Offline birdane
    bizim bir turk qonsumuz vardi ondan oyrenmisem yeni turkler kimi qiliram yoldasimada o cure oyretmisem allah haminin namazlarini qebul etsin 

  5. Offline sevinc#
    allah haminin namazlarini qebul etsin icindede bizimkini men 12 yasimnan namaz qiliram  ve indi 17 yasim var hamiya demek isteyirem allaha daha yaxin olmaq ucun namaz qilin.heqiqeten namaz insanlari cirkin ve pis emelerden cekindirer.

  6. Offline karamelo
    mende namaz qiliram.hemde 13 yasimdan.indi ise 23 yasim var.ve ALLAH mene omur verdikcede qilacam.her kese de tavsiye ederim nn25

  7. Offline SU CICEYI
    HE AMINM EN 1 RUKETDE SUBHANEKE..BESMELE IXLAS FATIHE//OXUYURAM AYAQ USTE//SORA 2-CI RUKERDE BESMELE ,IXLAS FATIHE//OTURDUQDA ETTEHIYYATU//ALLAHUMMESALLI.ALLLAHUMME BARIK VE RABBANA DUASI//OXUYURAM MEN BILEN BU DUALAR OXUNMALIDR AXI HE?

    MISKEY MAUS HEC VAXT GELECEYI GOZLEME CUNKI TENBELLESR VE ARXEYINLESRSEM BUGUN SENINDI SABAHSA YOX//CUNKI SABAH NE OLACAQINI TANRI BILER ANCAQ ODURKI EGER HEYATI SEVRSEN ZAMANININ QEDRINI BIL.CUNKI HEYAT ZAMANDAN IBARETDR CANIM

  8. Offline Akademik
    BİLİRƏM CANIM. ALLAH RAZI OLSUN.
    ALLAH BÜTÜN İBADƏT EDƏNLƏRİN İBADƏTİNİ QƏBUL ETSİN,MÜKAFATINI VERSİN.
    İmza:  Allahımın qulu, nəfsimin ağasıyam!

  9. Offline Girl
    Sitat: Mickey Mouse
    Qilmiram insallah gelecekde qilacam.

    MENDE
    İmza:  Məni Yormayın Çox Tənbələm ...! Mənə Yalan Deməyin Nifrət Edirəm.! Ciddi Olmayın _ Mən Gülürəm..! ''GəL'' deyin...Gələrəm ... Dərdin Var ... ? _ Dinləyərəm ...! Çox Çətindi ? _ Cəhd Edərəm ! Amma Iki üzlülük etməyin!! Əks halda sonrasın mən bilərəm!! ;)

  10. Offline Mickey Mouse
    Qilmiram insallah gelecekde qilacam.
    İmza: 

  11. Offline Meqa
    bilirdim teşekkürler
    İmza:  Insan olan bende ona vurulan sillenin ''Sahibini'' yox ''Sebebini'' arayar

  12. Offline elnare terlan
    minnetdaram

  13. Offline o_ve_men
    coooox sagolun. Allah razi olsun. Allah qildigmiz namazlari qebul etsin inwAllah.

  14. Offline sheyla
    Allah her kesin namazini,duasini qebul etsin ve bizi bagislananlardan etsin.Ilahi Amin!
    İmza: 

  15. Offline H.Fidan.
    ALLAH SIZDEN RAZI OLSUN.ALLAH HAMIMIZA REHM ETSIN.

    QIYAMET GUNU EN BIRINCI WEY KI, HESABLANACAQ-NAMAZDIR.

  16. Offline aysel157
    sukur allaha men bunlari bilirem

  17. Offline Gunel
    Xeber cox deyerli xeberdri Allah hazirlayandan razi olsun.amma mene bir shey qaranliq qaldi

    2-Sonra təkbirətul-ehram (əlləri qaldırmadan Allahu əkbər sözünü) deyirsən.

    Men amma Tekbir dedikde eksine ellerimi goye qaldiriram.namazi orgendiyim yerden bele gormushem.
    İmza: 
    “ Allah butun sevenleri qovushdursun)"

  18. Offline medis
    men namaz qilmaq isteyirem.cox saq olun. n47

  19. Offline Ayka21
    Çox sagolun bucur deyerli xeber hazırladıqınız üçün

  20. Offline azeri_oglu
    Coox gozel xeberdi yazan elleriniz der gormesin

  21. Offline konul mamedova
    burda bir şeyi başa düşmədim...
    Tekbir-Allahu Əkbər
    Hemd-Sure+İxlas surəsi
    --sonra da fatihə surəsini oxuyum??..

  22. Offline _Ay_
    men elimi qaldirib ALLAHU EKBER deyirem
    İmza:  En boyuk ehtimal insanlar sadece DUA ederken durustdur!!!!

  23. Offline mugan qizi
    BU COX DEYERLI XEBERDIR EZIYYETINI CEKENDEN ALLAH RAZI OLSUN AMIN!

  24. Offline TATLI GUZEL
    aaaaaaaaaaaaaaaaaa
    İmza:  La la ben de boyleyim
    La la hem de boyleydim ♥ :))

  25. Offline Princess_93
    ALLAH RAZI OLSUN..
    İmza:  Ayağıma dolaşan tək əngəl: - Gəlinliyimin ətəyi olsun ..

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top