Böyrək daşı xəstəliyi

27-06-2012, 14:00  |  Sağlamlıq » Sağlam ol!
Böyrək daşı xəstəliyi

 
Böyrəklər – qarın boşluğunun arxa divarında bel nahiyyəsində yerləşir. Onların orta hesabla uzunluğu 10-12 sm, eni 6 sm və qalınlığı 3-4 sm-dir. Orta çəkisi 120 qramdır. Gün ərzində böyrəklərdə orta hesabla 1800 litr qan keçir və bunun nəticəsində, təxminən 1,5 litr sidik əmələ gəlir. Eyni zamanda, böyrəklər arterial təzyiqin normada saxlanmasında böyuk rol oynayır, eritropoezdə və sümük toxumasının yaranmasında iştirak edir. Bütün bunlar böyrəyin orqanizm üçün nə qədər önəmli olduğunu göstərir. Böyrəyin zəifləməsi orqanizmin zəifləməsinə və başqa orqanların fəaliyyətinin pisləşməsinə səbəb ola bilər.

Böyrək daşı xəstəliyi –

ölkəmizdə, eyni zamanda, dünyada geniş yayılmış xəstəliklərdən biridir. Böyrək daşları müxtəlif maddələrin, duzların toplanıb böyrəkdə çökməsi nəticəsində əmələ gələn xəstəlikdir. Xəstəliyə əsasən, 20-50 yaşlarında təsadüf olunur. Əksər hallarda kişilərdə rast gəlinir. Lakin, bəzi növ daşlar daha çox qadınlarda müşahidə olunur. Daşlar sidik yollarında hər yerdə ola bilər və çox vaxt qanaxma və ağrıya səbəb olurlar. Bəzi daşlar var ki, gizli qala bilirlər, lakin, böyrək ləyənciyi, kasacığı, sidik axarını zədələyərsə, bel nahiyəsində böyrək kolikası adlanan ağrı meydana çıxır. Ağrı o qədər güclü olur ki, xəstələr dözə bilmirlər.

Böyrəkdə daşın əlamətləri – ağrı (böyrək sancısı), sidikdə yanma, qanama, ürək bulanması və qusma kimi hallardır. Ağrı davamlı ya da təkrarlanan ola bilər. Əgər daş sidik kisəsində olsa, ağrı xüsusilə qarının alt hissəsində hiss edilir. Sidikdə qan (gözlə görülə bilən və ya mikroskopik qanlı sidik), sidik ifrazı zamanı yanma hissi, temperatur və titrəmə (infeksiya) müşahidə olunur.

Xəstəlik əlamətləri əsasən, daşın yerləşdiyi bölgəyə görə dəyişir. Daş sidik yollarını bütünlüklə tutarsa, daha ağır gedişli olur. Bu tıxanma nəticəsində, sidiyin geri yığılması ilə sidik yollarında tez-tez ilihab və ciddi böyrək zədələnmələri yaranır. Böyrək daşları hərəkət edib sidik yollarına və sidik kisəsinə düşə bilər. Bu vəziyyətdə böyrək daşı düşdüyü yerdə ciddi zədələyir və xəstədə dözülməz ağrılara səbəb olur.

 

Böyrək daşı xəstəliyi

Bel nahiyəsində ağrılar - sidik yollarında sidiyin normal hərəkətinin pozulması nəticəsində baş verir. Daş böyrəkdən sidik axarına keçdikdə ağrı qarının aşağı hissəsində, qasıq nahiyəsində, cinsiyyət orqanlarında hiss olunur, bəzən isə ağrı ayağa da yayıla bilər. Güclü ağrı sancısından sonra daşlar sidik ilə birlikdə xaric ola bilərlər.

Böyrəklərdə olan böyük daşlar (mərcanvari daşlar) zamanı ağrılar küt xarakterdə olur. Çünki, sidiyin passajının qarşısı tam alınmır, kiçik daşlarda ağrılar güclü olub, böyrək sancısı şəklində təzahür edir. Böyrək sancısı çox zaman daşın sidik axarına düşməsi nəticəsində baş verir.

 

 

Böyrək daşı xəstəliyi

 

Böyrək daşı xəstəliyini yaranması səbəbləri.


- düzgün qidalanmama və ya qidalanma vərdişi (artıq kalsium və vitamin D qəbulu)

- irsi meyillik

- genetik faktorlar

- böyrəyin quruluş anomaliləri

- isti iqlim qurşağı

- bəzi bağırsaq xəstəlikləri və ağır əməliyyatlar

- sidikdə normadan artıq kalsium

- oksalat atılımı

- əvəllər böyrək daşı olanlar

- sidik yollarında yad cismlər

- artıq çəki

- uzun müddət hərəkətsiz qalma

Onu da qeyd edək ki, su içmək əvəzinə, həddən artıq çay və kofe içməyimiz də böyrəyimizdə problemlər yarada bilir. Belə ki, gün ərzində normal halda insan 10-12 stəkan su içməlidir. Eyni zamanda,hərəkətsiz qalma, duzlardan və minerallardan çox istifadə edilməsi, şokolad, bəzi göyərtilər böyrək daşı xəstəliyinə səbəb olan faktorlardandır.


Redaktə etdi: dr.Samira - 26-06-2012, 20:01

1 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 2912 Şərh sayı 45 Müəllif sheyla
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline Mickey Mouse
    Allah uaq elesin....
    İmza: 

  2. Offline Gozel Melek
    ALLAH UZAQ ELESIN

  3. Offline leylawka
    MENCEDE EVVELLER YAWLI INSANLARDA DAHA COX ULURDU AMMA INDI ORTA NESILDE

  4. Offline cucem.
    ALLAH UZAQ ELESIN

  5. Offline sevinc keder
    bu haqdamelumat axtarirdim ele tewekkur edirem
    İmza:  qapi ona doyulecek her kese acilar.

  6. Offline azeri_oglu
    allah hec kime qismet elemesin,men bilirem onun agrisin

  7. Offline TATLI GUZEL
    Uyyyy ALLAH uzaq elesin.Esitdiyime gore bu daslar adama agrilar verir.Xebere gore tesekkurler
    İmza:  La la ben de boyleyim
    La la hem de boyleydim ♥ :))

  8. Offline sheyla
    Sitat: BAYACAM
    ALLAH HAMIYA WEFA VERSIN.ALLAH OZU QORUSUN XESTELIKLERDEN BIZI.AMIN.
    TEWEKKURLER WEYLA CANIM.

    amin insaallah!sen de sagol ki, fikrini bildirmisen.
    İmza: 

  9. Offline G-----16
    Sitat: şeyla
    her birinize ayri-ayri tesekkur edirem.

    sen sagol canim menim n28
    İmza:  Zamani var.....Aminler bowa deyil

  10. Offline BAYACAM
    ALLAH HAMIYA WEFA VERSIN.ALLAH OZU QORUSUN XESTELIKLERDEN BIZI.AMIN.
    TEWEKKURLER WEYLA CANIM.
    İmza:  ♥Kişi adam sevgilisini; bacısı kimi qoruyar, arvadı kimi sevər, anası kimi hörmət göstərər♥

  11. Offline sheyla
    Sun,
    seva-azer,
    Allahin Gulu,
    M.M...,
    tesekkurler canlar

    Gunelka89,
    cucem.,
    VILVET,
    G-----16,
    selvi86,
    aynur.xuda,
    __________,
    Princess_93,
    Eyc,
    Damla,
    GulВ Cicek,
    sheh,
    AYOKA,
    semaВ dagistanli,
    darkВ lady,
    banuisc,
    Nermine1,
    gunelcik,
    yelda,
    her birinize ayri-ayri tesekkur edirem.
    İmza: 

  12. Offline yelda
    allah butun insanlari xesteliklerden qorusun.

  13. Offline gunelcik
    thank you adaş
    İmza: 
    Sensin Allah(cc) sanadır kulluğum
    Sendedir çarem seninledir varlıgım
    Seni arar ruhum seni anar kalbim
    Başkasına değil sana muhtacım
    Başkasını değil seni çağırırım

  14. Offline Nermine1
    bir defe mende agrisi olmusduç qizima hamilə olanda ele dehsət agrı idiki. sonralar sükür allaha daha agrimayib
    İmza: 

  15. Online Banu.
    Deyerli xeberdir,Azerbaycanin 80%-den coxunun boyreyi agriyir,bu yeqin ki yemek terzimiz ve icdiyimiz su ile elaqelidir.

  16. Offline dark lady
    Cox sukur bizimkilerden hec kimde bele problem yoxdur

  17. Offline sema dagistanli
    HEC KIM XESTE OLMAQ ISTEMIR AMMA ARMUD BIS AGZIMA DUS DUSUNCEESINDEDNDE EL CEKILMIR BIR AZ SAGLAMLIGA DIQQET EDEK.BU BIZIM SAGLAMLIGIMIZDIR.INSAN OZUNE HORMET EDENDE SAGLAMLIGINIDA O SIRALAMAYA QATMALIDIR.BIR AZ DEYILENLERE EMEL EDIB NEFSINE SAHIB CIXMALIDIR.
    MEN OZ ADIMA EDIREM.

  18. Offline AYOKA
    deyerli melumatlara gore teşekkurler, Şeyla! smile

  19. Offline sheh
    TƏŞƏKKÜRLƏR.

  20. Offline Gul Cicek
    ALLAH uzaq elesin butun xestelere sefa dileyirem ALLAHDAN, melumatlandirdiginiz ucun sag olun.

  21. Offline Damla
    Lazimli ve faydali xeberdi.Xalam oglunda bu problem var idi.Pristup tutanda neler cekirdi.4 il mualice eladi amma xeyri olmadi,axirda emeliyyatla xiartdilar dawlari.
    Allah wefa versin butun xestelere!
    İmza: 


    Allah ən ədalətli vəkildir.....Bunu heç kim heç zaman unutmasın....


  22. Offline Nazar
    Çox təşəkkürlər Şeyla dəyərli məsləhətlərdir atdım seçilmişlərə.

  23. Offline Princess_93
    tewekkurler
    İmza:  Ayağıma dolaşan tək əngəl: - Gəlinliyimin ətəyi olsun ..

  24. Offline __________
    cox pis agrisi olur mende pristup vermisdi allah hec kime gostermesin

  25. Offline aynur.xuda
    oy yaman teşetli sancilari olur evvelceden qarşisini almaq lazimdi hele daşlar yaranmamişdan heftede en azi 2,3 defe yarpiz qargidali sacagi, saqqizotu ceferi bu kimi şefali bitkilerden istifade edmek lazimdi elbetdeki hekim meslehetile menim yoldaşimda boyrek daşi olur bitkilerle ozunu qoruyur
    İmza:  edeb sayilsada meclisde susmaq,meslehet olanda danishmaq gerek.ikishey agila noqsan sayilir,yersiz susmaq ile yersiz soz demek...

  26. Offline selvi86
    Allah uzaq elesin,onun nece dehsetli pristupu olur xalam oglunda gordum... n47

  27. Offline G-----16
    cox tesekkurler canim xeyirli xeberdi n28
    İmza:  Zamani var.....Aminler bowa deyil

  28. Offline cucem.
    TWK.LER XEBERE GORE MEN BILDIYIME GORE GOZLERIN ALTINDA QARA KOLGE OLANDADA BU XESTELIKDEN XEBER VERIR

  29. Offline Gunelka89
    Bizim ailede boyrekden eziyyet ceken cox olub.Boyreyin pristuplari dehwet olur bunu yaxwi bilirem.Allax her kese komek olsun.Tewwekkurler.

  30. Offline leylawka
    TESEKKÜR SHEYLA ATDIM SECILMISLERE , BASLIYIM RIAYET ELEMEYE. wink

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top