Xalq təbabətindən qadınlara bəzi məsləhətlər

20-08-2011, 10:15  |  Sağlamlıq » Sağlam ol!

Xalq təbabətindən qadınlara bəzi məsləhətlər


 Yüz illər boyu hər eldə-obada hamilə qadının doğuşuna kömək edən və bir sıra qadın xəstəliklərinin müalicə edilməsində xalq təbabətinin bir çox sirlərindən istifadə olunub. Dəfələrlə sınaqdan çıxarılmış müalicə üsullarının əksəriyyəti bu gün də öz əhəmiyyətini itirməmişdir. Bunu faydalı hesab edərək bir çox qadın xəstəliklərinin təbii vasitələrlə müalicə üsullarını nəzərinizə çatdırırıq.
İki xörək qaşığı miqdarında evkalipt yarpağını qurudub xırda-xırda doğrayın, sonra emallı qazana töküb üzərinə 1 stəkan qaynar su əlavə edərək su hamamında 15 dəqiqə qızdırın. Otaq şəraitində 45 dəqiqə saxlayın. İki qat tənzifdən süzün. Qadın cinsi orqanında soyuqdəymə və iltihab varsa bu dəmləmə ilə cinsi orqanı yumaq, yaxud tampon qoymaqla xəstəliyi yox etmək olar.
Yumurtalığın iltihabı zamanı xəstə mümkün qədər çiy və bişmiş halda çoxlu boranı (balqabaq) yeməli dir. Boranını xırdalayıb, döyüb, sıxıb şirəsini çıxarmaq və bacardıqca çox içmək xüsusilə faydalıdır. Əgər iltihab nəticəsində güclü qanaxma varsa, onda quşəppəyi bitkisindən istifadə edilməlidir. Bir qaşıq xırda doğranmış quşəppəyini bir stəkan qaynar suda dəmləyib isti halda birdən içmək lazımdır. Müalicə dövründə cinsi əlaqəyə girmək olmaz.

Çətin doğuşdan sonra bəzi hallarda qadınların ayaq damarları partlayır. Gücə düşmə nəticəsində damarların partlaması onlara əziyyət verir. Bu halı aradan qaldırmaq üçün çaytikanı şirəsindən istifadə edilməlidir. Çaytikanı meyvələrini təmiz yuyub ət maşınından keçirməli, tənzifin arasına yığıb, sıxıb şirəsi çıxarılmalıdır. Həmin şirə damarlar partlayan nahiyəyə sürtülməli və tənziflə sarınmalıdır.

 

Xalq təbabətindən qadınlara bəzi məsləhətlər


Uşaqlıq qanaxmaları ara vermirsə qırxbuğumdan istifadə etmək məsləhətdir. Onun qurudulmuş yerüstü hissəsindən 20 qr. götürüb bir stəkan qaynar suda 15 dəqiqə dəmləyib süzün, gün ərzində bir neçə dəfə yarım stəkan miqdarında için.
Quşəppəyi də bu cəhətdən xeyirlidir. Onun tərkibində «K» vitamini vardır. Buna görə də o qankəsici təsirə malikdir. Xalq təbabətində quşəppəyinin qurudulmuş yerüstü hissəsindən həlim hazırlanır qan kəsici kimi tətbiq edilir.
Bağayarpağı da uşaqlıq qanaxmalarında mühüm rol oynayır. Bunun üçün böyük bağayarpağının yerüstü hissəsindən (təzə halda) 20 qr. götürüb bir stəkan qaynar suda dəmləyib içmək və həmin dəmləmədən uşaqlığa yeritmək lazımdır.
Böyük bağayarpağı həmçinin xroniki qanaxmalarda xeyirlidir. Onu çay kimi dəmləyib gündə bir neçə dəfə içmək faydalıdır. Bu çəhətdən böyük bağayarpağı həlimini ( bərabər miqdarda) sirkə ilə, qarışdırmaq içmək də məsləhət görülür.

0 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 3561 Şərh sayı 33 Müəllif Avril
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline munavvar
    tesekurler faydali meslehete gore

  2. Offline jane reno
    cox lazimli meslehetlerdi.tesekkurler

  3. Offline TATLI GUZEL
    tesekkurler
    İmza:  La la ben de boyleyim
    La la hem de boyleydim ♥ :))

  4. Offline G-----16
    tesekkurler xebere gore n28
    İmza:  men askimin askiyam

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top