Sağlamlıq / Sağlam ol!

Böyrək daşı xəstəliyi

sheyla | 27-06-2012, 14:00
11 055 45
Böyrək daşı xəstəliyi

 
Böyrəklər – qarın boşluğunun arxa divarında bel nahiyyəsində yerləşir. Onların orta hesabla uzunluğu 10-12 sm, eni 6 sm və qalınlığı 3-4 sm-dir. Orta çəkisi 120 qramdır. Gün ərzində böyrəklərdə orta hesabla 1800 litr qan keçir və bunun nəticəsində, təxminən 1,5 litr sidik əmələ gəlir. Eyni zamanda, böyrəklər arterial təzyiqin normada saxlanmasında böyuk rol oynayır, eritropoezdə və sümük toxumasının yaranmasında iştirak edir. Bütün bunlar böyrəyin orqanizm üçün nə qədər önəmli olduğunu göstərir. Böyrəyin zəifləməsi orqanizmin zəifləməsinə və başqa orqanların fəaliyyətinin pisləşməsinə səbəb ola bilər.

Böyrək daşı xəstəliyi –

ölkəmizdə, eyni zamanda, dünyada geniş yayılmış xəstəliklərdən biridir. Böyrək daşları müxtəlif maddələrin, duzların toplanıb böyrəkdə çökməsi nəticəsində əmələ gələn xəstəlikdir. Xəstəliyə əsasən, 20-50 yaşlarında təsadüf olunur. Əksər hallarda kişilərdə rast gəlinir. Lakin, bəzi növ daşlar daha çox qadınlarda müşahidə olunur. Daşlar sidik yollarında hər yerdə ola bilər və çox vaxt qanaxma və ağrıya səbəb olurlar. Bəzi daşlar var ki, gizli qala bilirlər, lakin, böyrək ləyənciyi, kasacığı, sidik axarını zədələyərsə, bel nahiyəsində böyrək kolikası adlanan ağrı meydana çıxır. Ağrı o qədər güclü olur ki, xəstələr dözə bilmirlər.

Böyrəkdə daşın əlamətləri – ağrı (böyrək sancısı), sidikdə yanma, qanama, ürək bulanması və qusma kimi hallardır. Ağrı davamlı ya da təkrarlanan ola bilər. Əgər daş sidik kisəsində olsa, ağrı xüsusilə qarının alt hissəsində hiss edilir. Sidikdə qan (gözlə görülə bilən və ya mikroskopik qanlı sidik), sidik ifrazı zamanı yanma hissi, temperatur və titrəmə (infeksiya) müşahidə olunur.

Xəstəlik əlamətləri əsasən, daşın yerləşdiyi bölgəyə görə dəyişir. Daş sidik yollarını bütünlüklə tutarsa, daha ağır gedişli olur. Bu tıxanma nəticəsində, sidiyin geri yığılması ilə sidik yollarında tez-tez ilihab və ciddi böyrək zədələnmələri yaranır. Böyrək daşları hərəkət edib sidik yollarına və sidik kisəsinə düşə bilər. Bu vəziyyətdə böyrək daşı düşdüyü yerdə ciddi zədələyir və xəstədə dözülməz ağrılara səbəb olur.

 

Böyrək daşı xəstəliyi

Bel nahiyəsində ağrılar - sidik yollarında sidiyin normal hərəkətinin pozulması nəticəsində baş verir. Daş böyrəkdən sidik axarına keçdikdə ağrı qarının aşağı hissəsində, qasıq nahiyəsində, cinsiyyət orqanlarında hiss olunur, bəzən isə ağrı ayağa da yayıla bilər. Güclü ağrı sancısından sonra daşlar sidik ilə birlikdə xaric ola bilərlər.

Böyrəklərdə olan böyük daşlar (mərcanvari daşlar) zamanı ağrılar küt xarakterdə olur. Çünki, sidiyin passajının qarşısı tam alınmır, kiçik daşlarda ağrılar güclü olub, böyrək sancısı şəklində təzahür edir. Böyrək sancısı çox zaman daşın sidik axarına düşməsi nəticəsində baş verir.

 

 

Böyrək daşı xəstəliyi

 

Böyrək daşı xəstəliyini yaranması səbəbləri.


- düzgün qidalanmama və ya qidalanma vərdişi (artıq kalsium və vitamin D qəbulu)

- irsi meyillik

- genetik faktorlar

- böyrəyin quruluş anomaliləri

- isti iqlim qurşağı

- bəzi bağırsaq xəstəlikləri və ağır əməliyyatlar

- sidikdə normadan artıq kalsium

- oksalat atılımı

- əvəllər böyrək daşı olanlar

- sidik yollarında yad cismlər

- artıq çəki

- uzun müddət hərəkətsiz qalma

Onu da qeyd edək ki, su içmək əvəzinə, həddən artıq çay və kofe içməyimiz də böyrəyimizdə problemlər yarada bilir. Belə ki, gün ərzində normal halda insan 10-12 stəkan su içməlidir. Eyni zamanda,hərəkətsiz qalma, duzlardan və minerallardan çox istifadə edilməsi, şokolad, bəzi göyərtilər böyrək daşı xəstəliyinə səbəb olan faktorlardandır.



loading...

Yeddi il evli olan cütlük ...

107 baxış, 0 şərh

Ramazan ayı ilə bağlı FƏTVA ...

1 600 baxış, 2 şərh

Surələrin Savabı ...

674 baxış, 0 şərh

Toyundan bir həftə sonra ...

10 175 baxış, 6 şərh

“Qardaşım rus qadını ...

1 697 baxış, 4 şərh

İkinci dəfə evlənməyə ...

819 baxış, 6 şərh

Bakıda 32 yaşlı müəllimə 18 ...

29 020 baxış, 6 şərh

Bakıda məktəb yandı.Yanğın ...

1 802 baxış, 4 şərh

Iyul ayını gözləyirəm, elə ...

8 366 baxış, 3 şərh

Dünyanın ən xoşbəxt və ən ...

1 501 baxış, 10 şərh

Mickey Mouse | 14 iyun 2013 16:39 | Status: Professional user | Şərh: 4 015
Allah uaq elesin....
Gozel Melek | 6 mart 2013 10:58 | Status: Gümüş user | Şərh: 1 533
ALLAH UZAQ ELESIN
leylawka | 2 oktyabr 2012 11:29 | Status: Professional user | Şərh: 1 874
MENCEDE EVVELLER YAWLI INSANLARDA DAHA COX ULURDU AMMA INDI ORTA NESILDE
cucem. | 30 sentyabr 2012 21:39 | Status: Professional user | Şərh: 4 429
ALLAH UZAQ ELESIN
sevinc keder | 11 sentyabr 2012 14:35 | Status: Professional user | Şərh: 3 825
bu haqdamelumat axtarirdim ele tewekkur edirem
azeri_oglu | 10 sentyabr 2012 17:36 | Status: Gümüş user | Şərh: 2 253
allah hec kime qismet elemesin,men bilirem onun agrisin
TATLI GUZEL | 10 avqust 2012 10:13 | Status: Professional user | Şərh: 5 798
Uyyyy ALLAH uzaq elesin.Esitdiyime gore bu daslar adama agrilar verir.Xebere gore tesekkurler
sheyla | 1 avqust 2012 19:19 | Status: Professional user | Şərh: 842
Sitat: BAYACAM
ALLAH HAMIYA WEFA VERSIN.ALLAH OZU QORUSUN XESTELIKLERDEN BIZI.AMIN.
TEWEKKURLER WEYLA CANIM.

amin insaallah!sen de sagol ki, fikrini bildirmisen.
G-----16 | 23 iyul 2012 12:06 | Status: Gümüş user | Şərh: 2 234
Sitat: şeyla
her birinize ayri-ayri tesekkur edirem.

sen sagol canim menim n28
BAYACAM | 28 iyun 2012 21:20 | Status: Professional user | Şərh: 1 045
ALLAH HAMIYA WEFA VERSIN.ALLAH OZU QORUSUN XESTELIKLERDEN BIZI.AMIN.
TEWEKKURLER WEYLA CANIM.
sheyla | 28 iyun 2012 19:38 | Status: Professional user | Şərh: 842
Sun,
seva-azer,
Allahin Gulu,
M.M...,
tesekkurler canlar

Gunelka89,
cucem.,
VILVET,
G-----16,
selvi86,
aynur.xuda,
__________,
Princess_93,
Eyc,
Damla,
GulВ Cicek,
sheh,
AYOKA,
semaВ dagistanli,
darkВ lady,
banuisc,
Nermine1,
gunelcik,
yelda,
her birinize ayri-ayri tesekkur edirem.
yelda | 28 iyun 2012 19:24 | Status: Qonaq | Şərh: 247
allah butun insanlari xesteliklerden qorusun.
gunelcik | 28 iyun 2012 19:12 | Status: Gümüş user | Şərh: 423
thank you adaş
Nermine1 | 28 iyun 2012 18:14 | Status: Gümüş user | Şərh: 674
bir defe mende agrisi olmusduç qizima hamilə olanda ele dehsət agrı idiki. sonralar sükür allaha daha agrimayib
Banu. | 28 iyun 2012 09:46 | Status: Admin | Şərh: 2 265
Deyerli xeberdir,Azerbaycanin 80%-den coxunun boyreyi agriyir,bu yeqin ki yemek terzimiz ve icdiyimiz su ile elaqelidir.
dark lady | 28 iyun 2012 09:44 | Status: Professional user | Şərh: 519
Cox sukur bizimkilerden hec kimde bele problem yoxdur
sema dagistanli | 28 iyun 2012 09:06 | Status: Yazar | Şərh: 1 347
HEC KIM XESTE OLMAQ ISTEMIR AMMA ARMUD BIS AGZIMA DUS DUSUNCEESINDEDNDE EL CEKILMIR BIR AZ SAGLAMLIGA DIQQET EDEK.BU BIZIM SAGLAMLIGIMIZDIR.INSAN OZUNE HORMET EDENDE SAGLAMLIGINIDA O SIRALAMAYA QATMALIDIR.BIR AZ DEYILENLERE EMEL EDIB NEFSINE SAHIB CIXMALIDIR.
MEN OZ ADIMA EDIREM.
AYOKA | 28 iyun 2012 09:04 | Status: Professional user | Şərh: 40
deyerli melumatlara gore teşekkurler, Şeyla! smile
sheh | 27 iyun 2012 23:56 | Status: Yazar | Şərh: 3 363
TƏŞƏKKÜRLƏR.
Gul Cicek | 27 iyun 2012 20:02 | Status: VİP user | Şərh: 368
ALLAH uzaq elesin butun xestelere sefa dileyirem ALLAHDAN, melumatlandirdiginiz ucun sag olun.
Damla | 27 iyun 2012 18:37 | Status: Brilliant user | Şərh: 7 195
Lazimli ve faydali xeberdi.Xalam oglunda bu problem var idi.Pristup tutanda neler cekirdi.4 il mualice eladi amma xeyri olmadi,axirda emeliyyatla xiartdilar dawlari.
Allah wefa versin butun xestelere!
Nazar | 27 iyun 2012 18:23 | Status: Professional user | Şərh: 1 190
Çox təşəkkürlər Şeyla dəyərli məsləhətlərdir atdım seçilmişlərə.
Princess_93 | 27 iyun 2012 17:51 | Status: Brilliant user | Şərh: 5 894
tewekkurler
__________ | 27 iyun 2012 17:14 | Status: Şərhçi | Şərh: 151
cox pis agrisi olur mende pristup vermisdi allah hec kime gostermesin
aynur.xuda | 27 iyun 2012 16:59 | Status: Gümüş user | Şərh: 1 293
oy yaman teşetli sancilari olur evvelceden qarşisini almaq lazimdi hele daşlar yaranmamişdan heftede en azi 2,3 defe yarpiz qargidali sacagi, saqqizotu ceferi bu kimi şefali bitkilerden istifade edmek lazimdi elbetdeki hekim meslehetile menim yoldaşimda boyrek daşi olur bitkilerle ozunu qoruyur
selvi86 | 27 iyun 2012 16:46 | Status: İstifadəçi | Şərh: 66
Allah uzaq elesin,onun nece dehsetli pristupu olur xalam oglunda gordum... n47
G-----16 | 27 iyun 2012 16:37 | Status: Gümüş user | Şərh: 2 234
cox tesekkurler canim xeyirli xeberdi n28
cucem. | 27 iyun 2012 16:33 | Status: Professional user | Şərh: 4 429
TWK.LER XEBERE GORE MEN BILDIYIME GORE GOZLERIN ALTINDA QARA KOLGE OLANDADA BU XESTELIKDEN XEBER VERIR
Gunelka89 | 27 iyun 2012 16:27 | Status: VİP user | Şərh: 93
Bizim ailede boyrekden eziyyet ceken cox olub.Boyreyin pristuplari dehwet olur bunu yaxwi bilirem.Allax her kese komek olsun.Tewwekkurler.
leylawka | 27 iyun 2012 16:20 | Status: Professional user | Şərh: 1 874
TESEKKÜR SHEYLA ATDIM SECILMISLERE , BASLIYIM RIAYET ELEMEYE. wink
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.