Müsahibə / Məşhurlar

Keçmişdən-günümüzə məşhurların gəlinlikləri

X... | 11-07-2013, 10:23
7 039 51
Gəlinlik seçmək çətin işdir bunu gəlin olanlar bunu artıq bilir. Gəlinlik seçiminizə bir az olsun kömək edə bilmək üçün məşhurları gəlinlik libaslarında Azadqadın.az-da sizlərə təqdim edirik.
Gəlinlik seçmə mərhələsi, toyla əlaqədar olan mərhələlərdən bəlkə də ən çətin olanıdır ... Xəyallarındakı gəlinliyə əvvəlcədən qərar vermiş olanlar çox şanslı, ancaq bu haqda heç bir fikri olmayanları isə çətin bir marafon gözləyir.Sizə ilham verə bilmək adına məşhurları gəlin donlarında bir araya gətirdik. Kimiləri dümağ bir paltarla sadə bir gəlin olmağı seçərkən, kimilərinin isə gəlinliyi üçün həftələrcə necə məşğul olduğunu görəcəksiniz.

Buda məşhurların sizə ilham verə biləcək gəlinlikləri!

Katie Holmes


Katie Holmes Tom Cruise ilə 2006-cı ildə evlənərkən geyindiyi bəzəkli və çiyinləri açıqda buraxan Armani gəlinliyiylə bəlkə də həqiqətən xəyalındakı toyu yaşadı. Swarovski kristallar, naxışlar tüllərlə bəzəkli gəlinliyini yerə qədər uzanan bir duvaqla tamamlamışdı.

Victoria Beckham


Spice Girls qrupundan  tanıdığımız Victoria Beckham, 1999-cu ildə futbolçu David Beckham ilə evlənərkən Vera Wang dizaynı bir gəlin paltarı geyinmişdi. Yumru ətəkli, krem rəngli bu gəlin paltarı bəlkə də straples gəlin paltarı modasının başlamasına səbəb oldu.

Megan Fox


Megan Fox Austin Green 2010-ci ildəki toyları üçün Havai sahilini seçim etmişdilər. Buna uyğun olaraq Megan Fox, ipək şifon bir Armani Prive gəlin paltarı geyinmişdi. Toy boyunca qumsalda olduqları üçün də yalın ayaq olmağı seçmişdi.

Salma Hayek


Salma Hayek Francois-Henri Pinault 2009-cu ilin Sevgililər Günündə Parisdə sürpriz bir şəkildə evləndi. Cütlük iki ay sonra isə Venesiya Opera Sarayında ikinci dəfə evləndi. Gəlinlik, bu lüks toya yaraşar şəkildə Balenciaga markasına məxsus idi.

Kate Middleton


29 Aprel 2011-ci il tarixində 2 milyarddan çox insanın izlədiyi kral toyunda Kate Middleton, Sarah Burton tərəfindən hazırlanan bir Alexander McQueen gəlin paltarı geyinmişdi.Seçimini yenə bir Alexander McQueen dizaynı ayaqqabıyla tamamlayan Kate, illərcə danışılacaq bir toyla xoşbəxtliyə addım atmış oldu.

Nicole Kidman


Nicole Kidman Keith Urban həyatlarını birləşdirəcək "bəli" lərini Sidneydə söylədilər. Qırmızı xalçada da gözəlliyi ilə göz qamaşdıran Nicole Kidman ipək ,şifon parçadan tikilmiş və dizaynı Nicolas Ghesquiere'a aid Balenciaga bir gəlin paltarı geyinmişdi. Fred Leighton antikvar almaz və mirvari sırğalarıylada  şıqlığını tamamlayaraq qonaqları sehrləmişdi.

Lady Diana Spencer


1981-ci ildə Prins Charles ile evlənən Diana, o zamanın modasına uyğun olaraq tikilmiş qarpız qollu, qabarıq bir gəlinlik geyinmişdi.Diana’nın gəlinliyi naxış, pullar ve on min ədəd balaca mirvari ilə bəzənmişdi. Uzun quyruğuyla diqqətləri çəkən gəlinlik David Emanuel tərəfındən dizayn olunmuşdu.

Hilary Duff


2010-cu ildə Mike Comrie ilə evlənən Hilary Duff da Vera Wang dizaynı gəlin paltarı seçən məşhurlardandır.Bədəni örtən , balıq ətək bir gəlin paltarı geyinən müğənninin ləl-cəvahiratları isə Van Cleef & Arpels markasındandır.

Kate Moss


2011-ci ildə Jamie Hinse ilə evlənən gözəl model seçimini John Galliano dizaynı bir paltardan yana etmişdi. Gəlinlik,pullar və krem ​​rəngli işləmələrlə bəzənərək, duvaqla tamamlanmışdır.

Anne Hathaway


Adam Shulman ilə Kaliforniyada təbiətlə iç-içə bir toyla evlənən məşhur oyunçunun gəlinliyi Valentino imzası daşıyır. 2012-ci ildəki bu toyda gəlin paltarı 1920-ci illərin İtalyan zadəganlığınl daşıyırdı. İpək parça və tüldən tikilən qayıq yaxa gəlinliyi bağsaç bəzəyi ilə tamamlayan Anne Hathaway, çox romantik bir görünüşə sahib idi.

Jessica Biel


2012-ci ildə müğənni Justin Timberlake ilə İtaliyada 100 adamın iştirakıyla reallaşan bir toyla evlənən Jessica Biel, Hollywoodun yeni modası rəngli gəlin paltarı trendinə qoşularaq çəhrayı bir gəlin paltarı seçim etmişdi. Giambattista Valli dizaynı bu gəlin paltarının içində həm feminist həm də romantik görünən Jessica Biel uzun,sadə bir duvaq seçim etmişdi.

Kim Kardashian


Sonu boşanmaqla nəticələnən Kris Humphries ilə evliliyində, toyuna ayrı bir diqqət göstərən Kim Kardashian gün boyunca tam 3 ayrı Vera Wang dizaynı gəlin paltarı geydi.

Britney Spears


2004-cü ildə Kevin Federline ilə evləndiyində bəlkə də həmişə xoşbəxt olacağını sanan məşhur müğənninin evliliyi bitsə gəlinliyi hələdə xatırlanır. Monique Lhuillier dizaynlı, straples seqmentli, ipək bir gəlin paltarı seçən müğənninin duvağı isə uzun bir tüldəniydi.Cynthia Wolff dizaynı brilyantlı krujeva bir biləklik taxan Britney Spears, lüks seçimləri ilə adından söz etdirmişdi.

Hande Ataizi


Sentyabr 2012-də Amerikalı jurnalist Benjamin Harvey ilə evlənən Hande Ataizi, Claire PETTIBONE dizaynı dore işləməli bir gəlinlik, Hakan Yıldırım dizaynı bir duvaq Chanel bir saç aksesuarı seçim etmişdi.

Badə İşçil

 

 


 

 2013-cü ilin may ayında Malkoç Sualp ilə evlənən gözəl türk oyunçunun gəlinliyi Elie Saab imzası daşıyırdı. Gəlinlik tül ağırlıqlı dizaynıyla olduqca diqqət çəkici idi. Işləmələrlə bəzədilmiş gəlinliyi sadə bir tül duvaqla tamamlayan Badə İşçil, əminik ki görüntüsündən çox məmnun idi.

ESMERRi | 18 aprel 2016 22:59 | Status: Brilliant user | Şərh: 5 471
Sitat: dılay
Sitat: Hande 18
maraqli xeber idi tesekkurler
dılay | 12 fevral 2016 17:11 | Status: Brilliant user | Şərh: 8 144
Sitat: Hande 18
maraqli xeber idi tesekkurler
Nagizade.Leyla | 20 iyun 2015 00:24 | Status: VİP user | Şərh: 1 337
2 xoşuma geldi
N....N92 | 18 iyul 2014 15:13 | Status: Professional user | Şərh: 4 382
bezilerini xowladim..biraz
Nergiz love | 28 fevral 2014 19:57 | Status: Professional user | Şərh: 7 939
XOSMA GELEN OLMADI
Nigar | 12 fevral 2014 15:16 | Status: Gümüş user | Şərh: 6 097
tewekkurler xebere gore
Damla A-va | 22 oktyabr 2013 15:53 | Status: VİP user | Şərh: 618
Hilary Duff'un gelinliyi supperdi...
Rako | 24 avqust 2013 09:52 | Status: İstifadəçi | Şərh: 4
Katie Holmes'in gelinliyi cox xowuma geldi
Melek_1 | 27 iyul 2013 02:38 | Status: VİP user | Şərh: 1 006
megan fox xosuma geldi
ONEGIRL | 22 iyul 2013 20:02 | Status: VİP user | Şərh: 401
Sitat: Hande 18
maraqli xeber idi tesekkurler
Slatkaya_avarashka | 20 iyul 2013 15:32 | Status: İstifadəçi | Şərh: 29
Britney Spears in geliniyi xosuma geldi
HUSNIYYA | 20 iyul 2013 01:33 | Status: Gümüş user | Şərh: 1 199
Salma Hayek сox xowuma galdi..
Hande 18 | 18 iyul 2013 23:15 | Status: Professional user | Şərh: 3 311
maraqli xeber idi tesekkurler
ayruska | 13 iyul 2013 12:09 | Status: Professional user | Şərh: 3 993
Sitat: Seyidli
Maraqlı xəbərdi canım, təşəkkürlər!
Seyidli | 12 iyul 2013 23:21 | Status: Yazar | Şərh: 2 719
Maraqlı xəbərdi canım, təşəkkürlər!
Blackgirl | 12 iyul 2013 11:06 | Status: Şərhçi | Şərh: 106
Tesevvur edin ki, bele uzun fatali gelinliklerden 1ni geyinib gedirsen oz toyuna, toyda fatani tapdalamayan usaq qalmir 23_18 Hele usaqlar 1yana , seninle oynamaq isteyen qohumlari demirem nn6 neticede , 2qolundan 1ni sirf fatani dolamaga hesr edirsen
NURLU | 12 iyul 2013 10:17 | Status: Professional user | Şərh: 5 582
maraqli idi.
Göz yaşlarım | 12 iyul 2013 08:48 | Status: Şərhçi | Şərh: 428
mən sadə gəlinlikləri daha çox bəyəndim
Qanad | 12 iyul 2013 08:19 | Status: Yazar | Şərh: 4 372
tESEKKUR XEBERE GORE
Sari gelin | 11 iyul 2013 22:16 | Status: Gümüş user | Şərh: 2 452
HILLARY DUFF cox sevirem bu xanimi ,gelinliyi de ozu de superrrrrr
MeRYeM95 | 11 iyul 2013 22:08 | Status: Şərhçi | Şərh: 116
Kate Middleton
sevdim gelinliyini
gunes batarken | 11 iyul 2013 21:01 | Status: Professional user | Şərh: 958
maraqli xeber idi tesekkurler
su peerisi | 11 iyul 2013 20:28 | Status: Gümüş user | Şərh: 960
Maraqli idi,tsk
Sevinc.F | 11 iyul 2013 19:57 | Status: Gümüş user | Şərh: 953
E internetim zeifdi gore bilmedim shekiller
xanim93 | 11 iyul 2013 19:37 | Status: İstifadəçi | Şərh: 28
Victoria bekhamin elindeki gelin guluu ya pomidor sitili:-)
DENIZ QIZI3 | 11 iyul 2013 19:20 | Status: Gümüş user | Şərh: 3 869
bir gelinliyin oz gozelliyi var.maraqli xeberdir.tesekkkurler
cucem. | 11 iyul 2013 18:30 | Status: Professional user | Şərh: 4 427
Hilary Duff -in gelinliyi cox xowuma geldi o stilde 1 paltari niwanimda geyinmek arzumdur nn23
Alone Girl | 11 iyul 2013 18:17 | Status: Gümüş user | Şərh: 1 689
Kate Middleton geyimi cox gozeldi
Aliyeva | 11 iyul 2013 15:54 | Status: Yazar | Şərh: 4 052
kate moss - un geyindiyi adi paltardi.
Amma xeber cox maraqli geldi mene sagol meleyimm
nurka85 | 11 iyul 2013 15:45 | Status: Şərhçi | Şərh: 242
Kate Middleton cox gozel paltardir. Sade ve yarasiqli
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.