Münasibətlər / İntim hisslər

İntim münasibətlər haqqında suallar və cavabları

Aynur_Qurbanqizi | 1-02-2013, 22:30
10 004 47

Görəsən bu həyati vacib sualları kiminlə bölüşmək olar? Rəfiqə ilə? Çətin ki, onun cavabları profesional ola. Həkimlə? Əksəriyyətimiz beynimizdəki intim münasibətlə bağlı suallara cavab tapmaq üçün həkimə müraciət edəcək həvəsdə deyilik. Biz qadınları narahat edən sualları 8 başlıq altında birləşdirib, cavab verməyə çalışdıq.

1. Mənimlə hər şey qaydasındadır?
İnsanlara seksual fantaziyalarının və hisslərinin normal olduğunu bilmək vacibdir. Qadınlar əmin olmaq istəyirlər ki, onların sekslə bağlı istəkləri, orqanizmdə baş verənlərin hamısı normaldır. Bunların hamısına valideynlərin uşaq vaxtı qızlarına verdikləri məsləhətlər səbəb olur: seks- çox pis şeydir. Bu da böyüdükcə insan psixikasında xoşagəlməz izlər buraxır. Əgər sənin seksual istəklərin və fantaziyaların ətrafındakı insanlara ziyan verməyəcək dərəcədədirsə, onda burada problem axtarmaöğa ehtiyac yoxdur. Hərdən "Mənimlə hər şey qaydasındadır?” sualı altında başqa məna gizlənir: "İntim əlaqə mənə həzz vermir, bu normaldır?”. Sənin intim əlaqədən həzz ala bilməməyinin tək səbəbkarı elə özünsən. Çünki, qadınların əksəriyyəti həqiqətən də nəyi, necə istədiklərini açıq deməyə çəkinirlər. Buna göprə də intim əlaqədə ürəksiz olurlar. Bu da istək yox, narahatlıq əmələ gətirir. Yaxşı olardı ki, həyat yoldaşınızla açıq danışmağı öyrənib, istədiklərini deməkdən çəkinmıyəsiniz. Bax bundan sonra beynində dolaşan "Mənimlə hər şey qaydasındadır?” sualına cavab tapacaqsınız.

2. İnsan nə qədər intim əlaqədə olmalıdır?
Qadınların hamısı bir şey düşünür: başqaları məndən çox cinsi əlaqədə olur. Rahatlayın. Araşdırmalar sübut edir ki, ailə həyatı quran insnlar tez-tez cinsi əlaqədə olmurlar, adətən həftədə iki dəfə. Qrip, səyahət, hamiləlik və başqa hallar buna səbəb deyil. Uzun müddət birlikdə olan cütlüklərdə cinsi əlaqə sayının azalması normaldır.

3. Ərimə yataqda nə istədiyimi necə deyə bilərəm?
Çətin ki, sənin həyat yoldaşın telepatik xüsusiyyətlərə sahib olsun. Buna görə də ona nə istədiyini deməyin tək yolu hər şeyi açıq danışmaqdır. Vacib amil: ərini nəyisə düz etməməklə günahlandırma. Yaxşısı budur ki, hər şeyi tərif formasında deməyə çalış: "Xatırlayırsan o gecə biz.. o mənim xoşuma gəlmişdi! Təkrarlayaq?” və ya "Xatırlayırsan, o dəfə baxdığımız filmdə? Onlar kimi edə bilərik?” Bütün kişilər yataqda yaxşı olduqlarını eşitməkdən zövq alırlar. Əgər sən onun hansısa hərəkətini tərifləsən, kişi daha yaxşısını etmək üçün çalışacaq. Əgər bu günə kimi intim əlaqədən itsədiyin həzzi almamısansa, bu o demək deyil ki, o hər şeyi qəsdən edir. Doğurdan da o, sənə həzz verdiyini bilsə çox xoşbəxt olar, amma bunu necə edəcəyini bilmir.

4. Mənim istəyim yoxdur! Niyə?
İstəyin azalması – tipik əlamətdir, qadın yaşalaşdıqca hormon dəyişiklikləri baş verir. Klimaks halında isə onun orqanizmində hər şey dəyişməyə başlayır. Buna klimaks səbəb ola bilər. bəzi qadınlarda bu hal 35 yaşında başlayır. Digər təyin olunmuş faktlar- bu, dərmanlar, fiziki ağırlıq və ya yuxusuzluqdur. Əgər sən cinsi əlaqədə olmaq istəmirsənsı, onda orqanizmində baş verənləri aydınlaşdırmağa çalış. Ola bilsin ki, buna qəbul etdiyin hansısa bir drman səbəb olur. Yuxunu qaydaya sal, vaxtlı vaxtında yemək ye, lazımi qədər hərəkət et. Sonra həyatındakı stressin dərəcəsini öyrənməyə çalış: əgər hər gün evdə və ya iş yerində əsəbiləşirsənsə, onda bu problemi aradan qaldır. Əgər bütün bunlarla təkbaşına mübarizə apara bilmirsənsə, mütəxəssisə müraciət et. Sonda isə sizə həzz və rahatlıq verəcək şeylər etməyə çalış- istirahətə get, masaj etdir, isti vanna, sevdiyin insanla romantik şam yeməyi, həyat yoldaşınla təbiət qoynunda gəzinti- bütün bunları menyuya daxil et.

5. Həyat yoldaşım mənə xəyanət etdi, mən də həyat yoldaşıma xəyanət etdim. Bununla necə barışa bilərik?
Bir tərəfin xəyanətindən sonra ailəni saxlamaq mümkündürr- bu həqiqətdir. Vay o günə ki, hər iki tərəf bu səhvi edə... Bunun üçün güc lazımdır. Xəyanət edən tərəf sevgilisi ilə bütün əlaqəni kəsməlidir və qarşı tərəfi ailəsini dağıtmaq istəmədiyinə inandırmalıdır. Əgər xəyanət qisas hissindən baş veribsə, həyat yolaşına hər şeyin doğrusunu danışmaq məsləhətdir. Bu vaxt psixoloqdan və ya ailə məsləhətçisindən də kömək istəyə bilərsən. Xəyanətə uğrayan kişi hər gün ən azı 10 dəqiqə qarşı tərəfə söyəcək, qışqıracaq və ağlayacaq. Ailəni qoruyub saxlamaq istəyən bütün bu təhqirlərə dözməlidir. Xəyanətə uğrayan həyat yoldaşının hər şeyi qəbul edib, səni bağışlaması üçün 6 ay vaxt lazımdır. Bu müddətdə sən də ona sevgini sübut etməyə çalış. Unutma, nə qədər ki, ona xoş sözlər deyib, mülayim davransan, bir o qədər tez istədiyinə nail olarsan.

6. intim fantaziyalarım haqqında ərimə necə danışım?
Hətta ən yaxın cütlüklər belə, sirli və ehtiraslı hissləri ilə bağlı açıq danışmaqda çətinlik çəkirlər. Bu yerdə sizə "fantaziya kitabxanası” kömək ola bilər. Bunu yastağınızın yanındakı rəflərin üstündə saxlayın. Hər iki tərəf öz istəklərini kağıza yazıb, yataq otağına qoysun. Əhvalınızın yaxşı olduğu vaxt bir-birinizin yazdıqlarını oxuyun. Bu məsləhət sənə gülməli görünə bilər. Hətta öz-özünə "gör ailəmi hansı oyunla qorumağa çalışıram”deyə bilərsən. Amma imtina etməyə tələsmə! Bunu sınaqdan keçir.sənin intim həyatın yaxşılığa doğru xeyli dəyişəcək.

7. Sərfəli intim əlaqə üçün ən yaxın yaxşı vaxt hansıdır?
Uşağı olan bütün ailəni cütlüklərin ən böyük problemu budur. Hər iki tərəf işləyir, iş qar dənələri kimi başının üstündən tökülür. İstirahət edib, həzz almaq üçün vaxt yoxdur. Bütün bunlara baxmayaraq, həyat yoldaşı ilə maraqlanmağa mütləq vaxt ayırmaq lazımdır. Boş vaxtın nə zaman gələcəyini gözləmə, onu özün tap. Hətta həftədə bir gün gecə yarısını da seçə bilərsən: kinoya, teatra gedin, uşaqları valideynlərinizin yanına göndərin. Bütün gecəni evinizdə istədiyiniz kimi rahat keçirin. Həyat yolaşının qayğısına qalıb, ona gözəl anlar yaşat. Unutma ki, münasibət həmişə birinci sırada durmalıdır.

8. İntim həyatımız cəhənnəmə çevrilib.
Bu sual uzun müddət bir yerdə yaşayan cütlüklərin əksəriyyətini narahat edir. Əlbəttə ki, bu vəziyyəti dəyişmək mümkündür. Amma bu, vaxt aparacaq işdir.

Birincisi, heç alışıq olmadığınız saatda cinsi əlaqədə olun. Həmişə gecə intim əlaqədə olurdunuz? Həyat yoldaşın işdən gələn kimi ilk işin ona süfrə açmaqdır? O işdən gəlməmiş uşqları validenylərinin yanına göndər. Həyat yoldaşın evə qayıdan imi onu yataq otağına dəvət et.

İkincisi, yeni vəziyyətlər öyrən. Ailəli cütlüklər həmişə eyni formada intim əlaqədə olurlar. Cinsi əlaqədə olmaq üçün macəra axtarmağa çalış. Ona dəyişik anlar yaşat.

Üçüncüsü isə, münasibətlərinizə flirt qatın. Axı o, kişidir, təkcə uşaqlarının atası yox. Evə gələndə onunla maraqlan, iş həyatından suallar ver. İstirahət gününü dəniz kənarında keçirmək istədiyini de. Yatağının altında şampan, iki ədə badə gizlədib, gecə ona sürpriz yaşat.




loading...

Bakıda 32 yaşlı müəllimə 18 ...

9 143 baxış, 2 şərh

Bakıda məktəb yandı.Yanğın ...

1 589 baxış, 4 şərh

Iyul ayını gözləyirəm, elə ...

7 657 baxış, 3 şərh

Dünyanın ən xoşbəxt və ən ...

1 270 baxış, 9 şərh

“Səhv etmiş insanların ...

975 baxış, 3 şərh

Azərbaycanda qadınlar ...

698 baxış, 8 şərh

“Onu namusum yox, pul ...

5 404 baxış, 9 şərh

Bunları bilirdinizmi ? ...

1 919 baxış, 6 şərh

Körpələrin öldüyü yanğın ...

1 860 baxış, 12 şərh

Təyyarə qəzasında həlak olan ...

1 127 baxış, 5 şərh

Mehriban Əliyeva parlamentə ...

397 baxış, 4 şərh

aynur198 | 6 fevral 2014 00:56 | Status: Şərhçi | Şərh: 193
Təşəkkürlər, maraqlıdı.
beehive | 2 dekabr 2013 19:23 | Status: Şərhçi | Şərh: 337
Xəbər üçün təşəkkür edirəm..
Ulviyye | 20 iyun 2013 21:14 | Status: Gümüş user | Şərh: 2 850
Sitat: zoluwka
sheh,
Sizin ki lap cetin oldu.bizde uwaq mawallah ayirib bizi.qoymur yoldawim mene elini vursun balaca qederiyle nece qiwqirirsa.bunlar her insana aid deyil,mence her xanim yoldawinin ne istediyini bilmelidir.tewekkurler

bizdede eledi nn42
NURLU | 11 may 2013 11:14 | Status: Professional user | Şərh: 5 582
twkrler...maraqliydi
Leman_55 | 7 mart 2013 00:09 | Status: VİP user | Şərh: 584
twkrler...maraqliydi
EL_ZA | 4 mart 2013 20:51 | Status: İstifadəçi | Şərh: 54
kisileri terifleyek dusunsunlerki menden yoxdu indide basqasindan esitsinler menlik deyil n29
Billurə | 25 fevral 2013 15:54 | Status: Professional user | Şərh: 4 905
təşəkkürlər..
glamurka | 17 fevral 2013 15:00 | Status: İstifadəçi | Şərh: 2
n38 her zaman bele olur
Cennet ciceyi | 4 fevral 2013 14:42 | Status: Şərhçi | Şərh: 166
Mence qadi xeyanet etmemelidir,oz inceliyin,namusun qorumalidir.
O ki qaldi,sevishmek meselesi:5ildir aileliyem.problemlerden vaxt tapa bilmirik :).baxmayaraqki,cavanam,amma heyat insani ele veziyyete getirib cixardirki,usaq,is,pul,ev,qayinana :).bunlari fikirleshmekden intim munasibet yadimizdan cixib.artiq ele tesevvur edirik ki,bele bir shey yoxdur.lap olsada bayramdan-bayrama yadimiz dushur. n26
gulya20 | 3 fevral 2013 20:05 | Status: Professional user | Şərh: 4 692
Sitat: Aliyeva
bu tip xeberler axir vaxtlar get gede geniwlenir)))

Duzdu wink
Milaska. | 3 fevral 2013 18:47 | Status: Gümüş user | Şərh: 1 489
ama cok ayippppppppp n16
nejenka | 3 fevral 2013 14:05 | Status: İstifadəçi | Şərh: 79
ele hamisini biz qadinlardan gozluyun. Bes siz ne etmelisiz hec dusunmusunuzmu?
Seide Gulsoy | 2 fevral 2013 23:52 | Status: Şərhçi | Şərh: 216
bezilerin oxudum maraqsiz geldi n19
Gunel | 2 fevral 2013 23:13 | Status: Professional user | Şərh: 4 103
Sitat: Lale
Allah guldursun seni


senle bahem )))
gulcan | 2 fevral 2013 20:44 | Status: Gümüş user | Şərh: 1 940
Maraqlidi... Teshekkurler
Aliyeva | 2 fevral 2013 20:09 | Status: Yazar | Şərh: 4 054
bu tip xeberler axir vaxtlar get gede geniwlenir)))
Nata_=_ | 2 fevral 2013 19:29 | Status: VİP user | Şərh: 9
[left][/left]ERIME YATAQDA NE ISTEDIYIMI NECE DEYE BILEREM?BU SUALIN CVBI COX ELA VERILIBDI OZUDE HEMDE TAM DOLGUN VE ETRAFLI/NEISTEYIRSEN ONUNLA BOLUS NEISTEDIYINIZ BILESIZ/EN ESASIDA HECBIRZAMAN KISIYE INTIM MUNASIBET ZAMANI BU PISDI XOSUMA GELMEDI BELE SOZLER SOYLEMEK OLMAZ HEMCININ QADINADA BUNU SOYLEMEK OLMAZ/EGER IKI TEREFDE BIR BIRINE INTIM MUNASIBET ZAMANI XOSA GELMEZ SOZLER DESE GELENSEFER ONLAR BIRLIKDE OLDUQDA HEC BIR HEZZ DUYA BILMEYECEKLER/DUSUNCESINDE BELE BIR SOZ OLACAQ GORESEN HEC ELAQEDE OLMASAQ DAHA YAXSIMI OLAR CUNKI PISLEYIRIK BIR BIRIMIZE OLAN NEVAZISI XOSUMUZA GELMIR DEYIRIK/DURUN DURUN DURUN BELE BIR SOZ QETIYYEN ISLETMEK OLMAZ/STOP EDIN OLMAZ BELE/ENYAXSISI VE OZELI VE EN SEKSUALNI OLAN HERSEYIN UREYNIZCE OLMASIDI BAX BUZAMAN HEZZ DUYACAQSIZ/HERSEY ELADI SOZUN ESITMEK KIM ISTEMEZKI n34
Sabahım. | 2 fevral 2013 19:01 | Status: Professional user | Şərh: 3 376
[quote][/XƏYANƏTƏ UĞRAYAN KİŞİ GÜNDƏ 10 DƏFƏ QİŞQİRACAQ SÖYƏCƏK bu nə deməkdir ? BURA FRANSADİR BƏYƏM.KÜL O KİŞİNİN BAŞİNA.ŞƏXSƏN MƏNİM YOLDAŞİM MƏNİ 1 GÜN YAŞATMAZ .ALLAH GÖSTƏRMƏSİN.GEYİMİMƏ BAXİB EVDƏN BURAXİR. O DEMƏMİŞ MƏN BİLİRƏM NECƏ OLAR NECƏ OLMAZ. n8 n14
Aya:)) | 2 fevral 2013 17:18 | Status: Gümüş user | Şərh: 2 243
maraqlidir
_Peri_ | 2 fevral 2013 17:12 | Status: Gümüş user | Şərh: 1 669
tewekkurler.
feqis,kefseneeee))))) allah seni guldursun
Sekine Hesen | 2 fevral 2013 17:09 | Status: Gümüş user | Şərh: 3 121
tewekkurler maraqli idi
feqis | 2 fevral 2013 16:15 | Status: İstifadəçi | Şərh: 18
ata cani oqeder problemler, is, guc, qaynana, usaqlar birde gozumuzu acib goruruk ki, biz 1 aydi ki, beylaqan veziyyetden sohbet elemirik,sohbetden sonra yeniden, hemin veziyyet, sonra yene.... yene.... belece de heyat davam edir.
Gunel23 | 2 fevral 2013 15:38 | Status: İstifadəçi | Şərh: 88
MENCE QADINLAR XEYANET ETMEMELIDIR
zumer | 2 fevral 2013 14:17 | Status: VİP user | Şərh: 704
Maraqli ve yararli melumatlardi.Tesekkurler Aynur xanim.YENEDE HERSEY QADINLAR UCUN.NE ISTEYIRSIZ BUNDAN ARTIQ.... BURDA YAZILANLARIN HEC OLMASA 100/50 NI ETSEK MUTLEQ NETICENI GORECIK..
zoluwka | 2 fevral 2013 13:55 | Status: Professional user | Şərh: 3 177
sheh,
Sizin ki lap cetin oldu.bizde uwaq mawallah ayirib bizi.qoymur yoldawim mene elini vursun balaca qederiyle nece qiwqirirsa.bunlar her insana aid deyil,mence her xanim yoldawinin ne istediyini bilmelidir.tewekkurler
Lale | 2 fevral 2013 13:42 | Status: Yazar | Şərh: 3 275
Sitat: Gunel
Ozume soz vermishdimki daha bele xeberlere girmeyecem Artiq her barede melumatliyam artiqlamasiyla)) amma yenede ureyim dozmedi girdim))

n3 Allah guldursun seni
_Nazlim_ | 2 fevral 2013 11:49 | Status: Professional user | Şərh: 2 273
Sitat: hopeful-woman

O ki?qaldi xebere mence da aile heyatini maraqli etmek ucun muxtelif fantaziyalar ola biler ve bunlar cox ise yarayar.Lap coxbilmisler kimi danisdim wink
RA bunu bəyənir.

yoxee yasindan boyuk danisdin ele bil wink şaka

lazimli xeber idi.Bilmediklerimide oyrendim wink
Gunel | 2 fevral 2013 11:38 | Status: Professional user | Şərh: 4 103
Ozume soz vermishdimki daha bele xeberlere girmeyecem wink Artiq her barede melumatliyam artiqlamasiyla)) amma yenede ureyim dozmedi girdim))

Unutma ki, münasibət həmişə birinci sırada durmalıdır.

Menim ucun her zaman onde olub ve hemishe bu curde davam edecek InshAllah
Sevinc_Bayramova | 2 fevral 2013 11:34 | Status: Yazar | Şərh: 798
Birincisi, heç alışıq olmadığınız saatda cinsi əlaqədə olun. Həmişə gecə intim əlaqədə olurdunuz? Həyat yoldaşın işdən gələn kimi ilk işin ona süfrə açmaqdır? O işdən gəlməmiş uşqları validenylərinin yanına göndər. Həyat yoldaşın evə qayıdan imi onu yataq otağına dəvət et.

İkincisi, yeni vəziyyətlər öyrən. Ailəli cütlüklər həmişə eyni formada intim əlaqədə olurlar. Cinsi əlaqədə olmaq üçün macəra axtarmağa çalış. Ona dəyişik anlar yaşat.

Üçüncüsü isə, münasibətlərinizə flirt qatın. Axı o, kişidir, təkcə uşaqlarının atası yox. Evə gələndə onunla maraqlan, iş həyatından suallar ver. İstirahət gününü dəniz kənarında keçirmək istədiyini de. Yatağının altında şampan, iki ədə badə gizlədib, gecə ona sürpriz yaşat.

BUNLARİ BİLİRDİM

3.Ərimə yataqda nə istədiyimi necə deyə bilərəm?
Çətin ki, sənin həyat yoldaşın telepatik xüsusiyyətlərə sahib olsun. Buna görə də ona nə istədiyini deməyin tək yolu hər şeyi açıq danışmaqdır. Vacib amil: ərini nəyisə düz etməməklə günahlandırma. Yaxşısı budur ki, hər şeyi tərif formasında deməyə çalış: "Xatırlayırsan o gecə biz.. o mənim xoşuma gəlmişdi! Təkrarlayaq?” və ya "Xatırlayırsan, o dəfə baxdığımız filmdə? Onlar kimi edə bilərik?” Bütün kişilər yataqda yaxşı olduqlarını eşitməkdən zövq alırlar. Əgər sən onun hansısa hərəkətini tərifləsən, kişi daha yaxşısını etmək üçün çalışacaq. Əgər bu günə kimi intim əlaqədən itsədiyin həzzi almamısansa, bu o demək deyil ki, o hər şeyi qəsdən edir. Doğurdan da o, sənə həzz verdiyini bilsə çox xoşbəxt olar, amma bunu necə edəcəyini bilmir.

BUNU DA BİLRDİM

AMMA Kİİİİİİİİİİİİ,,,,,,6. intim fantaziyalarım haqqında ərimə necə danışım?
Hətta ən yaxın cütlüklər belə, sirli və ehtiraslı hissləri ilə bağlı açıq danışmaqda çətinlik çəkirlər. Bu yerdə sizə "fantaziya kitabxanası” kömək ola bilər. Bunu yastağınızın yanındakı rəflərin üstündə saxlayın. Hər iki tərəf öz istəklərini kağıza yazıb, yataq otağına qoysun. Əhvalınızın yaxşı olduğu vaxt bir-birinizin yazdıqlarını oxuyun. Bu məsləhət sənə gülməli görünə bilər. Hətta öz-özünə "gör ailəmi hansı oyunla qorumağa çalışıram”deyə bilərsən. Amma imtina etməyə tələsmə! Bunu sınaqdan keçir.sənin intim həyatın yaxşılığa doğru xeyli dəyişəcək. MARAQLİ İDİ

QALANLARİNİ İSE OXUMAGA EHTİYYAC YOXDUR
Meqa | 2 fevral 2013 10:43 | Status: Professional user | Şərh: 2 079
maraqlı yazıdır
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.