Dünya toy adətləri

14-04-2012, 17:00  |  Münasibətlər » Sevgi
1. Samoada gəlinlik paltarı tut ağacının kökündən hazırlanır.

2. Nigeriyanın öz gözəllik idealları var. Əgər gəlin toy mərasiminə qədər artıq çəki toplamasa, həyat yoldaşı onu valideynlərinin evinə qaytarmağa tam hüququ çatır. Kökəlmək üçün =))

3. Ancaq Keniyada isə adətə görə ər toydan sonra bütün bir ayı qadın paltarını geymək məcburiyyətində olur. Bu, onunla izah olunur ki, kişilər qadın olmağın nə qədər çətin olduğunu anlasınlar. Xüsusən də Keniyada.

4. Nambiyada gəlin fata əvəzinə xüsusi baş örtüyü geyinir. Üzəri qətran və oxro ilə çəkilmiş (sarı və ya qırmızı rəngli mineral boyaq) "Ekori" adlanan həmin sözü gedən örtük keçi dərisindən hazırlanıb

5. Sumra Efiopiya tayfalasıda belə bir qəribə adət var. Adətə görə qadın toy mərasiminə müəyyən bir vaxt qalmış alt çənə sümüklərini çıxartdırır, dodağında dəlik açdıraraq ora gildən hazırlanmış oval kürəcik taxır. Vaxt ötdükcə həmin oval kürəciyi diemetri daha böyük olan birisiylə əvəz edirlər. Bəs toyun bura nə dəxli? Dəxlisi ondadı ki, kürəciyin diametri nə qədər çoxdiusa - gəlinin sədaqətliyi bir o qədər çoxdu. Məhz oval kürəcik gəlinin ailəsinin nə qədər imkanlı olması simvolizə edir.

6. Əksər ölkələrdə olduğu kimi Yava adasında da nikahdan qabaq büccəyə vergi ödənilməlidi. Ancaq pulla deyil - siçovul quyruqları ilə. Ailə qurmaq istəyən gənclər yerli idarəyə nə az, nə çox düz 25 siçovul quyruğu verməlidi.

7. Nenlər (Nenlər - Nen Avtonom Mahalının sakinləri, Şimali xalqlardan olan milliyət) isə toy yeməklərində elə də əziyyət çəkmirlər, onlar qonaqların qabağına çiy maral ətini verirlər.

8. Yeni Qvineniyanın yaxınlığında yerləşən Trombrian adasında hər şey çox sadədi. Evlənmək istəyirsən? Bunun üçün tayfanın digər üzvlərinin gözü önündə gələcək həyat yoldaşınla eyni boşqabdan yemək yeməlisən. Yedin? Demək sən artıq evli adamsan.

9. Və nəhayət, əgər siz Balidə toy ziyafətinə düşəsi olsaq, olduqca heyrətlənməli olacaqsız. Toy süfrəsinin arxasında siz yalnız qadınları görəcəksiz. Bəs kişilər? Onlar istirahət edirlər. Bax, buna görə də kişilər öz əlləriylə hazırladığı bütün bu təamları böyük sevinclə onların qadınları yeyib bitiri)

 MÜXTƏLİF MƏDƏNİYYƏTLƏRİN MÜXTƏLİF TOY ADƏTLƏRİ
 
 

Bir mədəniyyətdən başqa birinə doğru dəyişən adət-ənənələrin toy mərasimlərinə necə təsir göstərdiyi yəqin ki,hamıya maraqlıdır.Bizdə gəlinlə bəyin üstünə düyü səpirlər ki,ruzi-bərəkət gətirsin.Bəs görəsən başqa ölkələrdə nə kimi toy adətləri var?!
AFRİKA ÖLKƏLƏRİ
Afrika ölkələrinin çox maraqlı və qəribə toy adətləri çoxdur.Belə adətlərin çoxu unudulsa da bəzi qəbilələrdə onlara hələ də əməl olunur.Bu adətlərdən biri də mərasimin sonuna doğru gəlinlə bəyin əlləri hörülmüş bitkilərlə bir-birinə bağlanılmasıdır.Bu ritual “birliyi” təmsil edir.
BELÇİKA
Bu ölkədə toy mərasimi boyunca gəlin özü ilə yaylıq daşıyır.Əl işi olan bu yaylığın üzərinə toxunma üsulu ilə gəlinin adı işlənir.Mərasimdən sonra gəlin yaylığı çərçivəyə salaraq evinin divarından asır.Bir də bu yaylıq həmin ailədə toy mərasimi olduqda divardan çıxarılır.Toy günü yaylığın üzərinə təzə gəlinin də adı toxunaraq həkk edilib ona təqdim edilir.Beləliklə,bu yaylıq gəlindən gəlinə,nəsildən nəsilə ötürülür.
BERMUD ADALARI
Bermudda indinin özünə qədər davam etdirilən ən vacib adətlərdən biri ağac əkməkdir.Ağac əsasən ailələrin birinin evində və ya gəlinlə bəyin ailə qurduqdan sonra yaşayacaqları evin həyətində əkilir.Gələcəkdə həmin ağac onlara öz toy günlərini xatırladır.Bir çox gəlinlə bəy hətta öz toy tortlarının üzərinə də ağac fiquru qoydururlar.
ÇİN XALQ RESPUBLİKASI
Qırmızı rəng Çində sevgi və xoşbəxtlik rəmzidir.Bir vaxtlar bu ölkədə gəlin paltarından tutmuş şamlara qədər bir çox toy aksesuarları qırmızı rəngdə seçilərdi.İndilərdə isə bu adətə sadiq qalan çox az gəlin görmək olar.Avropalaşmaya başlayan Çin gəlinlərinin çoxu öz seçimlərini ağ gəlin paltarlarında edirlər.
ÇEXİYA
Çexiyada çox qədim zamanlardan gələn bir adət indiyə qədər qorunub saxlanılır.Toy günü gəlinin boynuna qızıl boyunbağı əvəzinə,onun öz nənəsinin və ya anasının xırda güllərdən hördüyü boyunbağı taxılır.Mərasimdə belə gül boyunbağıları taxan qonaqlara da rast gəlmək olar.
İNGİLTƏRƏ
Gəlinlə bəy zala girən zaman onlardan bir az qabaqda gedən və önlərinə gül ləçəkləri səpən balaca qız uşağı görüntüsü heç birimizə yad deyil.Bu ritualın mənası gəlinlə bəyin çıxdıqları bu yeni yolun gözəl və güllərlə bəzənmiş olması arzusudur.
FİNLANDİYA
Əvvəllər Finlandiyada gəlinlər qızıldan düzəldilmiş taclar taxarlarmış.Toy mərasimi zamanı “tacların rəqsi ” adlanan bu toy adətinin baş rolunda elə bu taclar çıxış edirmiş.Toydakı subay qızlar gözləri bağlı olan gəlini dairəyə alıb rəqs edən zaman gəlin başından tacını çıxarıb onlardan birinə taxarmış.Başına tac qoyulan qızın növbəti gəlin olacağına inanırlarmış.
FRANSA
“Coup de marriage” adlanan iki qulplu kuzə isə Fransanın toy adətlərinin vacib bir elementidir.Gəlinlə bəyin nəsildən nəsilə ötürülən və çox nadir bir aksesuar olan bu kuzəni birlikdə istifadə etməsi onların “birlik və bərabərlik”lərini təmsil edir.
ALMANİYA
Alman toylarının çox gözəl toy adətlərindən biri də gəlin və bəyin əllərində güllərlə bəzədilmiş şamlarla zala girmələridir.Zala daxil olduqdan sonra onlar bu iki şamla bir böyük şamı yandırırlar.Bu isə “birləşməni”ni təmsil edir.
HOLLANDİYA
Mərasim boyunca qonaqların arzu və hədiyyələrini qəbul edən gəlin və bəyin altında oturduqları gözəl qoxulu və təzə yarpaqlardan düzəldilmiş kölgəlik “sonsuz məhəbbət”i təmsil edir.
İRAN
Əvvəllər İranda bəy on metr parça alıb onu gəlinin bədəninə dolayarmış.Lakin indiki dövrdə müasir İran gəlinləri öz qanun-qaydalarına uyğun gəlin paltarları tikdirirlər.
İRLANDİYA
Gözəllik və yaşıllıqla dolu olan bu adada bişirilən toy tortlarının bizim bildiyimiz kremli tortlarla heç bir əlaqəsi yoxdur.Orada tort əsl İrland ruhuna uyğun şərab və ya konyak ilə bişirilərək üstü kişmiş,badam və albalı ilə bəzədilir.
İTALİYA
Qədim zamanlardan bəri İtaliya toylarında davam edən toy adəti havaya “şəkərli badam” atma adətidir.Bu şəkərli badamlar “confeti” adlanırmış.İndiki zamanda isə bu adət dəyişdirilmiş, “confeti ” rəngli kağızlarla əvəz edilmişdir.
YAPONİYA
Yaponiyada gəlinlə bəy doqquz damcı “sake”içirlər və ilk qurtumdan sonra ər-arvad hesab olunurlar.Masada qarşı-qarşıya oturaraq bir-birinin gözlərinin içinə baxır və hər qurtumu eyni anda alıb fincanı eyni anda masaya qoymağa çalışırlar.İnanca görə fincanı masaya gec qoyan kəs dünyasını ilk dəyişən şəxs olacaqdır.
MEKSİKA
Meksika toylarının ən gözəl adətlərindən biri qonaqların meydanda gəlinlə bəyin ətrafında ürək fiquru düzəltmələridir.Beləcə gəlinlə bəy ilk rəqslərini bu fiqurun içində oynayırlar.
POLŞA
Polşada nəsillər boyu davam edən bir toy adəti mərasim zamanı gəlinin paltarına pul taxılmasıdır.Əvvəllər bu adət yeni qurulacaq ailəyə maddi yardım məqsədi ilə həyata keçirilir.İndilərdə isə bu adətə bir az əyləncə əlavə edilmişdir.Gəlin və ya bəyin paltarına pul taxıldığında onlardan bunun əvəzində rəqs etmək tələb olunur.
RUMİNİYA
Ruminiyada gəlin və bəyin üstünə düyü əvəzinə,gələn qonaqlar tərəfindən şirniyyat və fındıq atılır.
İSPANİYA
Çox uzun zaman bundan əvvəl İspaniyanın bəzi əyalətlərin də gəlinlər qara ipək paltar geyinib qara fata taxarlardı.Saç düzümlərində isə portağal güllərindən istifadə edərlərmiş.Bəylər isə gəlinin öz əlləri ilə hazırladığı köynəyi geyinərlərmiş.
İSVEÇ
Bir vaxtlar İsveçdə gəlinlə bəyi uğursuz qüvvələrdən qorumaq məqsədi ilə gəlinin əlinə xoşagəlməz qoxulu bitkilər və toxumlar verilərmiş.Mərasim başladığında gəlin zala əlində belə bitkilərlə daxil olarmış.Müasir dövrdə isə xoşagəlməz qoxulu bu bitkilər əvəzinə dünyanın hər yerində olduğu kimi gəlinlərin əllərində bir-birindən gözəl gül buketləri görmək olar.
İSVEÇRƏ
Bu adəti həyata keçirmək üçün yaşı az olan bir qız seçilir.Mərasim zamanı qız əlindəki rəngbərəng yaylıqları qonaqlara paylayır.Mərasimin sonuna yaxın isə həmin yaylıqları geri topladıqda onlarla bərabər müəyyən miqdarda pul da toplanılır.Daha sonra həmin pullar yeni evlilərə dəstək məqsədi ilə onlara təqdim olunur.
HİNDİSTAN
Gül Hindistan toylarında həmişə çox vacib yerlərdən birini tutub.Bu ölkənin nəsildən nəsilə keçərək indinin özünə qədər davam etdirilən qədim adətləri çoxdur.Bunların biri gəlinlə bəy nigaha daxil olduqları zaman bəyin qardaşının onların başlarına gül ləçəkləri səpməsidir. 

0 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 2099 Şərh sayı 74 Müəllif zyoma
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline leyla meherremova
    MARAQLIDIR,TƏŞƏKKÜRLƏR..
    İmza:  Heç kim tənha deyildir!..
    Kiminin Arxasında Şeytanı Vardır,
    Kiminin də yanında ALLAHI...s.s!!!

  2. Offline Hande 18
    maraqli xeber twk

  3. Offline SEVA00
    maraqlidi heqiqetende

  4. Offline gulya20
    maraqli adetlerdi,hemde qeribe.Tesekkurler
    İmza:  Dostluq,her zaman kolge veren bir agacdir.


  5. Offline niagara
    n35 9 maraqlidir

  6. Offline Feriha.
    n44
    İmza:  kalbimin tek sahibi

  7. Offline caliqusu f
    tesekkur

  8. Offline azeri_oglu
    wukur ozadetimize

  9. Offline HEYATIM
    gozel xeberdii maraqli gelirr
    İmza:  Heyatini ele yawa ki, donub arxaya baxanda uzun qizarmasin...

  10. Offline TATLI GUZEL
    Men bunu basqa bir yerde oxumusdum.Cooox maraqli idi.Amma mene ele gelir en Mraqli Azerbaycandadi.Tesekkurler
    İmza:  La la ben de boyleyim
    La la hem de boyleydim ♥ :))

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top