Bizim dahilər nə deyib?

7-05-2011, 17:00  |  Münasibətlər » Müdrik kəlamlar

Bizim dahilər nə deyib?


Bizim dahilər nə deyib?

Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin.
Ə. H. Bəhmənyar
***
• Bədii əsərin ömrü onun xalq tərəfindən bəyənilməsindən asılıdır.
S. Vurğun
***
• Kişi bir sənəti bilər xalis• Çoxuna meyl edən qalar naqis
Seyid Əzim
***
• Yaxşı kitab çox qiymətli xəzinədir.
H. Zərdabi
***
• Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır.
Q. Zakir
***
• Bilik öyrənməyi ar bilən hər kəs• Dünyada mərifət qazana bilməz.
Nizami
***
• Bir elm öyrənmək istədikdə sən
• Çalış ki, hər şeyi kamil biləsən• Kamil bir palançı olsa da insan• Yaxşıdır yarımçıq papaqçılıqdan.
Nizami
***
• Dünyada nə qədər kitab var belə• Çalışıb əlləşib gətirdim ələ• Oxudum, oxudum, sonra da vardım• Hər gizli xəznədən bir dürr çıxardım.
Nizami
***
• Elmi bələkdən qəbrədək öyrənmək lazımdır.
Sədi
***
• Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər.
Sədi
***
• Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik.
Ömər Xəyyam
***
• Yarat bir əsər ki, adın ucalsın• Sən ölüb gedərkən yerində qalsın
Ə. Cami
***
• Lazım olan bir sənəti axtar sən• Veyil-veyil dolanmaq çox yamandır.• Lazım olan bir sənəti tapdınmı• Möhkəm yapış, əldən vermə, amandır.
Ə. Cami
***
• Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır.
A. Şaiq
***
• Müdrik şəxs vəzifəli adamlara möhtac olmaya bilər. Amma vəzifəli şəxslər müdrik adama möhtacdırlar.
M.Ş.Vazeh
***
• İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır.
M. S. Ordubadi
***
• Sözün də su kimi lətafəti var• Hər sözü az desən daha xoş olar• Bir inci saflığı varsa da suda• Artıq içiləndə dərd verir su da.
Nizami
***

Bizim dahilər nə deyib?


• Ədəb sayılsa da məclisdə susmaq• Məsləhət zamanı danışmaq gərək• İki şey ağıla nöqsan sayılır•Yersiz susmaq ilə yersiz söz demək
Sədi
***
• Gil qabın möhkəmliyini səsi ilə yoxlayan kimi, insanı da ağzından çıxan söz ilə yoxlayırlar.
Əbül Fərəc
***
• Elə cinayət var ki, bağışlanmır, bu vətənə xəyanətdir.
Ə. H. Bəhmənyar
***
• Vətənin sevməyən insan olmaz• Olsa, o şəxsdə vicdan olmaz.
A. Səhhət
Demədiyimi hər vaxt deyə bilərəm, lakin dediyimi dana bilmərəm.
Ə. Cami
***
• Milli qüsurlara görə millətə nifrət edən alçaqdır.
Y. V. Çəmənzəminli
***
• Amal uğrunda ölmək-əbədi yaşamaqdır.
Ş. M. Xiyabani
***
• Bir mərd ilə ağı yesən şirindir• Yüz namərdlə şəkər yesən dad olmaz.
Aşıq Ələsgər
***
• Döyüş meydanında can versə insan• Xoşdur, namərdliklə qoyub qaçmaqdan.
Sədi
***
• Ölümdən qorxmayan millətə ölüm yoxdur.
Ş.M.Xiyabani
***
• Vəfasız dost kölgə kimidir. İşıqlı gündə səni izləyər, buludlu gündə gözdən itər.
M. Beyləqani
***
• Çox gözəl olsa da eybi gizlətmək• Dost dostun eybini örtməsin gərək.
Nizami
Fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz.
M. F. Axundov
***
• Kim ana qəlbinin telini qırar• Tanrının qəzəbi belini qırar.• Sənin arsızlığın-xəyanət ona Vüqarın, təmkinin dəyanət ona.
M. Bahar
***
• Adın şərəflidir sənin ey qadın• Dahilər anası çağrılır adın.
S. Vurğun
***
• Qadına əsas şey həya, ismətdir• Bunlar qadın üçün böyük sərvətdir.
M. Əvhədi
***
Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan: ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz.
Əbül Fərəc
**
• Fərsiz övlad əldə altıncı barmaq kimidir. Kəsərsən ağrıyar, saxlarsan eybəcər göstərər.
Növzər
***
• Hər şeydə oğurluq haramdırsa, qızlar üçün oğlanın qəlbini oğurlamaq halaldır.
M. S. Ordubadi
***
• Həyat yoldaşı seçməkdə yanılmaq, bütün həyatı uduzmaq deməkdir.
M. S. Ordubadi
***
• Həqiqi ananın ən şərəfli bəzəyi ədəbli, tərbiyəli cocuqdur.
M. Ə. Sabir
***
• Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur.
Əbül Fərəc
***
• Uşağı bütə döndərmək olmaz, böyüdükdən sonra o, qurbanlar tələb edər.
Ü. Hacıbəyov
***
İki adam öldü və dünyadan həsrət getdi: biri yığdı yemədi, digəri bildi eləmədi.
Sədi
• Kəmərə qızıl taxıb qul kimi durmaqdansa, yavan çörək yeyib öz evində ağa kimi oturmaq yaxşıdır.
Sədi
***
• İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır.
M. T. Sidqi
***
• Ömür səhifəsinə gözəl əməllərdən başqa heç nə yazmayın.
Ə. Cami

0 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 2630 Şərh sayı 76 Müəllif Allahin Gulu
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline Mehdiyeva Lale
    • Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır.
    Q. Zakir

  2. Offline Nigar
    Sitat: Gulka
    Axmaqlarla oturub durmaqdansa, kitabla tenha oturmaq yaxsidi mukemmel sozlerdi twk

    İmza:  Musiqi ruhun qidasidir...Nikki..

  3. Offline tenha Qadin.
    Axmaqlarla oturub durmaqdansa, kitabla tenha oturmaq yaxsidi mukemmel sozlerdi twk
    İmza: 

  4. Offline Nigar
    tewekkurler xebere gore
    İmza:  Musiqi ruhun qidasidir...Nikki..

  5. Offline Meryem_Duyqu
    İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır.

  6. Offline Nigar
    Ela deyibleraaa" Omur sehifesine gozel emellerden bawqa hecne yazmayin"
    İmza:  Musiqi ruhun qidasidir...Nikki..

  7. Offline nuray333
    Maraqli fikirlerdi

    Ela fikirlerdi

  8. Offline Ayten Hesenzade
    maraqlidilarrrrrrrrrr

  9. Offline aysun94
    • Yaxşı kitab çox qiymətli xəzinədir.
    İmza:  Dil həmişə aldada bilər, ancaq göz heç vaxt aldatmaz. Göz ürəyin sözünü deyir, dilsə beyinin...

  10. Offline Mickey Mouse
    Maraqlidir cooooox beyendim.
    İmza: 

  11. Offline Yuxular
    • Bilik öyrənməyi ar bilən hər kəs• Dünyada mərifət qazana bilməz.

    Bu doğru fikirdir biliyi olan insan həm dünyagörüşlü həm mədəni biridir

  12. Offline leyla meherremova
    BIZIM DAHILER COX GOZEL SOZLER DEYIBLER,ALLAH HAMISINA REHMET ELESIN.
    İmza:  Heç kim tənha deyildir!..
    Kiminin Arxasında Şeytanı Vardır,
    Kiminin də yanında ALLAHI...s.s!!!

  13. Offline ayruska
    COX GOZEL DEYIBLER
    İmza:  SON GÜNÜM SAYTDA , Gunewim hər şeyə görə təşəkkür edirəm ...

  14. Offline Akademik
    Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır.......
    çox gözəl söyləmişlər. təşəkkürlər.
    n40
    İmza:  Allahımın qulu, nəfsimin ağasıyam!

  15. Offline Gozel Melek
    cox soz deyibler

  16. Offline Milaska.
    HM SAG OLSUNLAR

  17. Offline Nigar
    cox soz deyibler n43
    İmza:  Musiqi ruhun qidasidir...Nikki..

  18. Offline RaySum
    Nizami
    ***
    • Bir elm öyrənmək istədikdə sən
    • Çalış ki, hər şeyi kamil biləsən• Kamil bir palançı olsa da insan• Yaxşıdır yarımçıq papaqçılıqdan.
    İmza:  Bir müddəT!.PassiV.HaziRliqlarima gore Catdira bilmireM.!


  19. Offline Gozel Melek
    Halaldi dahilerimize.tesekkurler

  20. Offline aysun94
    təşəkkürlər..
    İmza:  Dil həmişə aldada bilər, ancaq göz heç vaxt aldatmaz. Göz ürəyin sözünü deyir, dilsə beyinin...

  21. Offline Meqa
    çox sevirem bele xeber oxumağı
    İmza:  Allahim mən səndən məkan istədim cənnətə bənzər, mən səndən sevgi istədim çiçəklərə bənzər, mən səndən qoruyucu istədim mələklərə bənzər, mən səndən həyat istədim sonsuza bənzər sən mənə ANAMI verdin!
    ALLAH ANALARI QORUSUN AMIN!

  22. Offline sevinc keder
    • Ömür səhifəsinə gözəl əməllərdən başqa heç nə yazmayın.
    inwallah
    İmza:  qapi ona doyulecek her kese acilar.

  23. Offline S24
    onlar ne deyiblerse duz deyibler

  24. Offline azeri_oglu
    allah hamisina rehmet etsin

  25. Offline cucem.
    BELE DEYIMLERI OXUMAQDAN DOYMURAM TEWEKKURLER MARAQLI XEBERE GORE n9

  26. Offline Fidan Aliyeva
    Cox gozel sozlerdir en cox bunu beyendim Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin.

  27. Offline sevinc keder
    tewekkurler.
    İmza:  qapi ona doyulecek her kese acilar.

  28. Offline yarali-yurek
    heqiqeten sozler coox qiymetlidir men olurem bele xeber ucun atdim secilmiwlere esas xowuma gelen bu soz oldu
    • Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur.

  29. Offline Ayka21
    Halal olsun dahilerimize sizede tskler

  30. Offline Solnuwka.
    Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur.
    Əbül Fərəc
    Ömür səhifəsinə gözəl əməllərdən başqa heç nə yazmayın.
    Ə. Cami

    teki hami gozell emeller etsin.

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top