İntim münasibətlər haqqında suallar və cavabları

1-02-2013, 22:30  |  Münasibətlər » İntim hisslər

Görəsən bu həyati vacib sualları kiminlə bölüşmək olar? Rəfiqə ilə? Çətin ki, onun cavabları profesional ola. Həkimlə? Əksəriyyətimiz beynimizdəki intim münasibətlə bağlı suallara cavab tapmaq üçün həkimə müraciət edəcək həvəsdə deyilik. Biz qadınları narahat edən sualları 8 başlıq altında birləşdirib, cavab verməyə çalışdıq.

1. Mənimlə hər şey qaydasındadır?
İnsanlara seksual fantaziyalarının və hisslərinin normal olduğunu bilmək vacibdir. Qadınlar əmin olmaq istəyirlər ki, onların sekslə bağlı istəkləri, orqanizmdə baş verənlərin hamısı normaldır. Bunların hamısına valideynlərin uşaq vaxtı qızlarına verdikləri məsləhətlər səbəb olur: seks- çox pis şeydir. Bu da böyüdükcə insan psixikasında xoşagəlməz izlər buraxır. Əgər sənin seksual istəklərin və fantaziyaların ətrafındakı insanlara ziyan verməyəcək dərəcədədirsə, onda burada problem axtarmaöğa ehtiyac yoxdur. Hərdən "Mənimlə hər şey qaydasındadır?” sualı altında başqa məna gizlənir: "İntim əlaqə mənə həzz vermir, bu normaldır?”. Sənin intim əlaqədən həzz ala bilməməyinin tək səbəbkarı elə özünsən. Çünki, qadınların əksəriyyəti həqiqətən də nəyi, necə istədiklərini açıq deməyə çəkinirlər. Buna göprə də intim əlaqədə ürəksiz olurlar. Bu da istək yox, narahatlıq əmələ gətirir. Yaxşı olardı ki, həyat yoldaşınızla açıq danışmağı öyrənib, istədiklərini deməkdən çəkinmıyəsiniz. Bax bundan sonra beynində dolaşan "Mənimlə hər şey qaydasındadır?” sualına cavab tapacaqsınız.

2. İnsan nə qədər intim əlaqədə olmalıdır?
Qadınların hamısı bir şey düşünür: başqaları məndən çox cinsi əlaqədə olur. Rahatlayın. Araşdırmalar sübut edir ki, ailə həyatı quran insnlar tez-tez cinsi əlaqədə olmurlar, adətən həftədə iki dəfə. Qrip, səyahət, hamiləlik və başqa hallar buna səbəb deyil. Uzun müddət birlikdə olan cütlüklərdə cinsi əlaqə sayının azalması normaldır.

3. Ərimə yataqda nə istədiyimi necə deyə bilərəm?
Çətin ki, sənin həyat yoldaşın telepatik xüsusiyyətlərə sahib olsun. Buna görə də ona nə istədiyini deməyin tək yolu hər şeyi açıq danışmaqdır. Vacib amil: ərini nəyisə düz etməməklə günahlandırma. Yaxşısı budur ki, hər şeyi tərif formasında deməyə çalış: "Xatırlayırsan o gecə biz.. o mənim xoşuma gəlmişdi! Təkrarlayaq?” və ya "Xatırlayırsan, o dəfə baxdığımız filmdə? Onlar kimi edə bilərik?” Bütün kişilər yataqda yaxşı olduqlarını eşitməkdən zövq alırlar. Əgər sən onun hansısa hərəkətini tərifləsən, kişi daha yaxşısını etmək üçün çalışacaq. Əgər bu günə kimi intim əlaqədən itsədiyin həzzi almamısansa, bu o demək deyil ki, o hər şeyi qəsdən edir. Doğurdan da o, sənə həzz verdiyini bilsə çox xoşbəxt olar, amma bunu necə edəcəyini bilmir.

4. Mənim istəyim yoxdur! Niyə?
İstəyin azalması – tipik əlamətdir, qadın yaşalaşdıqca hormon dəyişiklikləri baş verir. Klimaks halında isə onun orqanizmində hər şey dəyişməyə başlayır. Buna klimaks səbəb ola bilər. bəzi qadınlarda bu hal 35 yaşında başlayır. Digər təyin olunmuş faktlar- bu, dərmanlar, fiziki ağırlıq və ya yuxusuzluqdur. Əgər sən cinsi əlaqədə olmaq istəmirsənsı, onda orqanizmində baş verənləri aydınlaşdırmağa çalış. Ola bilsin ki, buna qəbul etdiyin hansısa bir drman səbəb olur. Yuxunu qaydaya sal, vaxtlı vaxtında yemək ye, lazımi qədər hərəkət et. Sonra həyatındakı stressin dərəcəsini öyrənməyə çalış: əgər hər gün evdə və ya iş yerində əsəbiləşirsənsə, onda bu problemi aradan qaldır. Əgər bütün bunlarla təkbaşına mübarizə apara bilmirsənsə, mütəxəssisə müraciət et. Sonda isə sizə həzz və rahatlıq verəcək şeylər etməyə çalış- istirahətə get, masaj etdir, isti vanna, sevdiyin insanla romantik şam yeməyi, həyat yoldaşınla təbiət qoynunda gəzinti- bütün bunları menyuya daxil et.

5. Həyat yoldaşım mənə xəyanət etdi, mən də həyat yoldaşıma xəyanət etdim. Bununla necə barışa bilərik?
Bir tərəfin xəyanətindən sonra ailəni saxlamaq mümkündürr- bu həqiqətdir. Vay o günə ki, hər iki tərəf bu səhvi edə... Bunun üçün güc lazımdır. Xəyanət edən tərəf sevgilisi ilə bütün əlaqəni kəsməlidir və qarşı tərəfi ailəsini dağıtmaq istəmədiyinə inandırmalıdır. Əgər xəyanət qisas hissindən baş veribsə, həyat yolaşına hər şeyin doğrusunu danışmaq məsləhətdir. Bu vaxt psixoloqdan və ya ailə məsləhətçisindən də kömək istəyə bilərsən. Xəyanətə uğrayan kişi hər gün ən azı 10 dəqiqə qarşı tərəfə söyəcək, qışqıracaq və ağlayacaq. Ailəni qoruyub saxlamaq istəyən bütün bu təhqirlərə dözməlidir. Xəyanətə uğrayan həyat yoldaşının hər şeyi qəbul edib, səni bağışlaması üçün 6 ay vaxt lazımdır. Bu müddətdə sən də ona sevgini sübut etməyə çalış. Unutma, nə qədər ki, ona xoş sözlər deyib, mülayim davransan, bir o qədər tez istədiyinə nail olarsan.

6. intim fantaziyalarım haqqında ərimə necə danışım?
Hətta ən yaxın cütlüklər belə, sirli və ehtiraslı hissləri ilə bağlı açıq danışmaqda çətinlik çəkirlər. Bu yerdə sizə "fantaziya kitabxanası” kömək ola bilər. Bunu yastağınızın yanındakı rəflərin üstündə saxlayın. Hər iki tərəf öz istəklərini kağıza yazıb, yataq otağına qoysun. Əhvalınızın yaxşı olduğu vaxt bir-birinizin yazdıqlarını oxuyun. Bu məsləhət sənə gülməli görünə bilər. Hətta öz-özünə "gör ailəmi hansı oyunla qorumağa çalışıram”deyə bilərsən. Amma imtina etməyə tələsmə! Bunu sınaqdan keçir.sənin intim həyatın yaxşılığa doğru xeyli dəyişəcək.

7. Sərfəli intim əlaqə üçün ən yaxın yaxşı vaxt hansıdır?
Uşağı olan bütün ailəni cütlüklərin ən böyük problemu budur. Hər iki tərəf işləyir, iş qar dənələri kimi başının üstündən tökülür. İstirahət edib, həzz almaq üçün vaxt yoxdur. Bütün bunlara baxmayaraq, həyat yoldaşı ilə maraqlanmağa mütləq vaxt ayırmaq lazımdır. Boş vaxtın nə zaman gələcəyini gözləmə, onu özün tap. Hətta həftədə bir gün gecə yarısını da seçə bilərsən: kinoya, teatra gedin, uşaqları valideynlərinizin yanına göndərin. Bütün gecəni evinizdə istədiyiniz kimi rahat keçirin. Həyat yolaşının qayğısına qalıb, ona gözəl anlar yaşat. Unutma ki, münasibət həmişə birinci sırada durmalıdır.

8. İntim həyatımız cəhənnəmə çevrilib.
Bu sual uzun müddət bir yerdə yaşayan cütlüklərin əksəriyyətini narahat edir. Əlbəttə ki, bu vəziyyəti dəyişmək mümkündür. Amma bu, vaxt aparacaq işdir.

Birincisi, heç alışıq olmadığınız saatda cinsi əlaqədə olun. Həmişə gecə intim əlaqədə olurdunuz? Həyat yoldaşın işdən gələn kimi ilk işin ona süfrə açmaqdır? O işdən gəlməmiş uşqları validenylərinin yanına göndər. Həyat yoldaşın evə qayıdan imi onu yataq otağına dəvət et.

İkincisi, yeni vəziyyətlər öyrən. Ailəli cütlüklər həmişə eyni formada intim əlaqədə olurlar. Cinsi əlaqədə olmaq üçün macəra axtarmağa çalış. Ona dəyişik anlar yaşat.

Üçüncüsü isə, münasibətlərinizə flirt qatın. Axı o, kişidir, təkcə uşaqlarının atası yox. Evə gələndə onunla maraqlan, iş həyatından suallar ver. İstirahət gününü dəniz kənarında keçirmək istədiyini de. Yatağının altında şampan, iki ədə badə gizlədib, gecə ona sürpriz yaşat.


2 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 6166 Şərh sayı 48 Müəllif Aynur_Qurbanqizi
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline aynur198
    Təşəkkürlər, maraqlıdı.

  2. Offline beehive
    Xəbər üçün təşəkkür edirəm..

  3. Offline Ulviyye
    Sitat: zoluwka
    sheh,
    Sizin ki lap cetin oldu.bizde uwaq mawallah ayirib bizi.qoymur yoldawim mene elini vursun balaca qederiyle nece qiwqirirsa.bunlar her insana aid deyil,mence her xanim yoldawinin ne istediyini bilmelidir.tewekkurler

    bizdede eledi nn42
    İmza:  3 şey insanın həyatını mehv edir
    İÇKİ KOBUDLUQ VƏ QÜRUR

  4. Offline leyla meherremova
    MARAQLIDIR...
    İmza:  Arxamca danışmaqdan zövq alırsansa, əsla susma... Məni günahkar çıxarmaq istəyirsənsə günahlandır və qəlbimə dəymək istədiyində, əlindən gələn hər şeyi et... Çünki mən səni Allaha həvalə etdiyim müddətcə sən mənə deyil, Allaha hesab verəcəksən!!!

  5. Offline NURLU
    twkrler...maraqliydi
    İmza: 

  6. Offline Leman_55
    twkrler...maraqliydi

  7. Offline EL_ZA
    kisileri terifleyek dusunsunlerki menden yoxdu indide basqasindan esitsinler menlik deyil n29

  8. Offline aysun94
    təşəkkürlər..
    İmza:  İnsanın zamanı varsa, hər şeyin gəlməsini gözləməyə
    məcburdur. Hər şeyi varsa əgər, zamanın keçməsini
    gözləməyə məhkumdur...

  9. Offline glamurka
    n38 her zaman bele olur

  10. Offline Cennet ciceyi
    Mence qadi xeyanet etmemelidir,oz inceliyin,namusun qorumalidir.
    O ki qaldi,sevishmek meselesi:5ildir aileliyem.problemlerden vaxt tapa bilmirik :).baxmayaraqki,cavanam,amma heyat insani ele veziyyete getirib cixardirki,usaq,is,pul,ev,qayinana :).bunlari fikirleshmekden intim munasibet yadimizdan cixib.artiq ele tesevvur edirik ki,bele bir shey yoxdur.lap olsada bayramdan-bayrama yadimiz dushur. n26

  11. Offline gulya20
    Sitat: Aliyeva
    bu tip xeberler axir vaxtlar get gede geniwlenir)))

    Duzdu wink
    İmza: 

  12. Offline Milaska.
    ama cok ayippppppppp n16

  13. Offline nejenka
    ele hamisini biz qadinlardan gozluyun. Bes siz ne etmelisiz hec dusunmusunuzmu?

  14. Offline Seide Gulsoy
    bezilerin oxudum maraqsiz geldi n19

  15. Offline Gunel
    Sitat: Lale
    Allah guldursun seni


    senle bahem )))
    İmza: 
    “ Allah butun sevenleri qovushdursun)"

  16. Offline gulcan
    Maraqlidi... Teshekkurler
    İmza:  Dünyada bircə nəfər də olsa sevən adam tapılmasaydı, günəş sönərdi... (V.Hüqo)

  17. Offline Aliyeva
    bu tip xeberler axir vaxtlar get gede geniwlenir)))

  18. Offline Nata_=_
    [left][/left]ERIME YATAQDA NE ISTEDIYIMI NECE DEYE BILEREM?BU SUALIN CVBI COX ELA VERILIBDI OZUDE HEMDE TAM DOLGUN VE ETRAFLI/NEISTEYIRSEN ONUNLA BOLUS NEISTEDIYINIZ BILESIZ/EN ESASIDA HECBIRZAMAN KISIYE INTIM MUNASIBET ZAMANI BU PISDI XOSUMA GELMEDI BELE SOZLER SOYLEMEK OLMAZ HEMCININ QADINADA BUNU SOYLEMEK OLMAZ/EGER IKI TEREFDE BIR BIRINE INTIM MUNASIBET ZAMANI XOSA GELMEZ SOZLER DESE GELENSEFER ONLAR BIRLIKDE OLDUQDA HEC BIR HEZZ DUYA BILMEYECEKLER/DUSUNCESINDE BELE BIR SOZ OLACAQ GORESEN HEC ELAQEDE OLMASAQ DAHA YAXSIMI OLAR CUNKI PISLEYIRIK BIR BIRIMIZE OLAN NEVAZISI XOSUMUZA GELMIR DEYIRIK/DURUN DURUN DURUN BELE BIR SOZ QETIYYEN ISLETMEK OLMAZ/STOP EDIN OLMAZ BELE/ENYAXSISI VE OZELI VE EN SEKSUALNI OLAN HERSEYIN UREYNIZCE OLMASIDI BAX BUZAMAN HEZZ DUYACAQSIZ/HERSEY ELADI SOZUN ESITMEK KIM ISTEMEZKI n34

  19. Offline Sabahım.
    [quote][/XƏYANƏTƏ UĞRAYAN KİŞİ GÜNDƏ 10 DƏFƏ QİŞQİRACAQ SÖYƏCƏK bu nə deməkdir ? BURA FRANSADİR BƏYƏM.KÜL O KİŞİNİN BAŞİNA.ŞƏXSƏN MƏNİM YOLDAŞİM MƏNİ 1 GÜN YAŞATMAZ .ALLAH GÖSTƏRMƏSİN.GEYİMİMƏ BAXİB EVDƏN BURAXİR. O DEMƏMİŞ MƏN BİLİRƏM NECƏ OLAR NECƏ OLMAZ. n8 n14
    İmza: 




    AMİNLƏR BOŞA DEYİL.......HƏR ŞEYİN ZAMANI VAR.......

  20. Offline Aya:))
    maraqlidir

  21. Offline _Peri_
    tewekkurler.
    feqis,kefseneeee))))) allah seni guldursun

  22. Offline Sekine Hesen
    tewekkurler maraqli idi
    İmza:  offffffffffffsixildim bu heyatin 2cikanali yoxdur cevirek

  23. Offline feqis
    ata cani oqeder problemler, is, guc, qaynana, usaqlar birde gozumuzu acib goruruk ki, biz 1 aydi ki, beylaqan veziyyetden sohbet elemirik,sohbetden sonra yeniden, hemin veziyyet, sonra yene.... yene.... belece de heyat davam edir.

  24. Offline Gunel23
    MENCE QADINLAR XEYANET ETMEMELIDIR

  25. Offline zumer
    Maraqli ve yararli melumatlardi.Tesekkurler Aynur xanim.YENEDE HERSEY QADINLAR UCUN.NE ISTEYIRSIZ BUNDAN ARTIQ.... BURDA YAZILANLARIN HEC OLMASA 100/50 NI ETSEK MUTLEQ NETICENI GORECIK..

  26. Offline zoluwka
    sheh,
    Sizin ki lap cetin oldu.bizde uwaq mawallah ayirib bizi.qoymur yoldawim mene elini vursun balaca qederiyle nece qiwqirirsa.bunlar her insana aid deyil,mence her xanim yoldawinin ne istediyini bilmelidir.tewekkurler
    İmza:  Torpaq kimi olmalısan, əzildikcə sərtləşməlisən. Səni əzənlər sənə möhtac qalmalı, həyatı səndə tapmalıdırlar!

  27. Offline Lale
    Sitat: Gunel
    Ozume soz vermishdimki daha bele xeberlere girmeyecem Artiq her barede melumatliyam artiqlamasiyla)) amma yenede ureyim dozmedi girdim))

    n3 Allah guldursun seni

  28. Offline _Nazlim_
    Sitat: hopeful-woman

    O ki?qaldi xebere mence da aile heyatini maraqli etmek ucun muxtelif fantaziyalar ola biler ve bunlar cox ise yarayar.Lap coxbilmisler kimi danisdim wink
    RA bunu bəyənir.

    yoxee yasindan boyuk danisdin ele bil wink şaka

    lazimli xeber idi.Bilmediklerimide oyrendim wink

  29. Offline Gunel
    Ozume soz vermishdimki daha bele xeberlere girmeyecem wink Artiq her barede melumatliyam artiqlamasiyla)) amma yenede ureyim dozmedi girdim))

    Unutma ki, münasibət həmişə birinci sırada durmalıdır.

    Menim ucun her zaman onde olub ve hemishe bu curde davam edecek InshAllah
    İmza: 
    “ Allah butun sevenleri qovushdursun)"

  30. Offline Sevinc_Bayramova
    Birincisi, heç alışıq olmadığınız saatda cinsi əlaqədə olun. Həmişə gecə intim əlaqədə olurdunuz? Həyat yoldaşın işdən gələn kimi ilk işin ona süfrə açmaqdır? O işdən gəlməmiş uşqları validenylərinin yanına göndər. Həyat yoldaşın evə qayıdan imi onu yataq otağına dəvət et.

    İkincisi, yeni vəziyyətlər öyrən. Ailəli cütlüklər həmişə eyni formada intim əlaqədə olurlar. Cinsi əlaqədə olmaq üçün macəra axtarmağa çalış. Ona dəyişik anlar yaşat.

    Üçüncüsü isə, münasibətlərinizə flirt qatın. Axı o, kişidir, təkcə uşaqlarının atası yox. Evə gələndə onunla maraqlan, iş həyatından suallar ver. İstirahət gününü dəniz kənarında keçirmək istədiyini de. Yatağının altında şampan, iki ədə badə gizlədib, gecə ona sürpriz yaşat.

    BUNLARİ BİLİRDİM

    3.Ərimə yataqda nə istədiyimi necə deyə bilərəm?
    Çətin ki, sənin həyat yoldaşın telepatik xüsusiyyətlərə sahib olsun. Buna görə də ona nə istədiyini deməyin tək yolu hər şeyi açıq danışmaqdır. Vacib amil: ərini nəyisə düz etməməklə günahlandırma. Yaxşısı budur ki, hər şeyi tərif formasında deməyə çalış: "Xatırlayırsan o gecə biz.. o mənim xoşuma gəlmişdi! Təkrarlayaq?” və ya "Xatırlayırsan, o dəfə baxdığımız filmdə? Onlar kimi edə bilərik?” Bütün kişilər yataqda yaxşı olduqlarını eşitməkdən zövq alırlar. Əgər sən onun hansısa hərəkətini tərifləsən, kişi daha yaxşısını etmək üçün çalışacaq. Əgər bu günə kimi intim əlaqədən itsədiyin həzzi almamısansa, bu o demək deyil ki, o hər şeyi qəsdən edir. Doğurdan da o, sənə həzz verdiyini bilsə çox xoşbəxt olar, amma bunu necə edəcəyini bilmir.

    BUNU DA BİLRDİM

    AMMA Kİİİİİİİİİİİİ,,,,,,6. intim fantaziyalarım haqqında ərimə necə danışım?
    Hətta ən yaxın cütlüklər belə, sirli və ehtiraslı hissləri ilə bağlı açıq danışmaqda çətinlik çəkirlər. Bu yerdə sizə "fantaziya kitabxanası” kömək ola bilər. Bunu yastağınızın yanındakı rəflərin üstündə saxlayın. Hər iki tərəf öz istəklərini kağıza yazıb, yataq otağına qoysun. Əhvalınızın yaxşı olduğu vaxt bir-birinizin yazdıqlarını oxuyun. Bu məsləhət sənə gülməli görünə bilər. Hətta öz-özünə "gör ailəmi hansı oyunla qorumağa çalışıram”deyə bilərsən. Amma imtina etməyə tələsmə! Bunu sınaqdan keçir.sənin intim həyatın yaxşılığa doğru xeyli dəyişəcək. MARAQLİ İDİ

    QALANLARİNİ İSE OXUMAGA EHTİYYAC YOXDUR

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top