Hamiləlik təqvimi

29-05-2011, 19:00  |  Münasibətlər » Analıq məktəbi

 

Hamiləlik təqvimi

 

 

Hamiləlik təqvimi

 

 

Hamilə qadın üçün həmişə maraqlı olur ki,bətnindəki körpə ilə nə baş verir. Hamiləlik təqvimi doğuş zamanını hesablamağa və dölün bətndxilindəki inkişaf vəziyyətini müəyyən eləməyə kömək edir.Bunun üçün axırıncı menstruasiyanın tarixini qeyd edin ,sonra isə həftə-bə həftə təqvimin məlumatlarını izləyin.


--Hamiləlik təqvimi dölün inkişafının oriyentr müddətlərini təyin etməyə kömək edir,
--hamiləlik təqvimi həftələr üzərindən qeyd edilib,bu da inkişaf prosesini nəzarətdə saxlamağa imkan verir,
--yaddan çıxarmaq olmaz ki,hamiləlik təqvimi interaktiv cədvəldir və dölün inkişafının daha dəqiq addımlarını ancaq ginelkoloqunuz deyə bilər.

Menstruasiya--bu gün aybaşı sikli başlayır


1-ci həftə--Təbii ki,hamiləlik hələ baş verməmişdir.Ancar akuşerlər hamiləliyin və doğuşun vaxtını məhz menstruasiyanın axırıncı günündən hesablayırlar,çünki yumurtalıqda növbəti yumurtahüceyrə yetişməyə başlayır. və növbəti mayalanmaya hazırlaşır.
2-ci həftə--Minlərlə yumurtahüceyrə içərisindən biri(bəzən iki,üç..)daha böyük ölçülərə çatır və mayalanmaya hazır vəziyyətə gəlir.Adətən mayalanma siklin ortasında,14-cü gündə baş verir.



3-cü həftə--mayalanmadan bir neçə gün sonra uşaqlığın daxili divarına(endometriuma) embrion--morula yapışır.Bu artıq rəsmi olaraq haniləlik sayılır.
4-cü həftə--embrionun xarici qişası Xorial Qonadotropin(XQ) adlı hormon ifraz edir ki,bu da ev şəraitində hamiləliyi test ilə aşkarlamağa icazə verir.


5-ci həftə--hamiləliyin ilk əlamətləri olur--aybaşı gecikir.


6-cı həftə--Embrionda əllərin,ayaqların cücərtisi yaranır.Çox qadında bu dövrdən erkən toksikoz əlamətləri : halsızlıq,ürəkbulanma,diskomfort başlayır.


7-ci həftə--Embrionda qəlsəmə yarıqları itir və ağzı formalaşmağa başlayır.Qadın isə bu dövrdə qadın məsləhətxanasında qeydiyyata düşməlidir.


8-ci həftə--uşaqlıq boynuna giriş selikli tıxacla bağlanır.embrionda isə aşkar şəkildə əllər və ayaqlar seçilir.Duyğü orqanları formalaşmağa başlayır.


9-cu həftə--Embrionun üzü daha çox insan siması şəklini almağa başlayır.Quyruğu itir və əlləri ilə hərəkət eləməyə başlayır.Qadına ilk baxışda hamilı demək olmaz,dərisi daha hamar və yumşaq olur,bəzən sızanaqlarda ola bilər.


10-cu həftə--Qlobal dəyişikliklər dövrü bitir,cücərtiləri qoyulmuş orqanların inkişafı davam edir.Bu həftədən artıq o "döl" adlanır.Qanda hormonların yüksək konsenrtasiyası hamilənin əhvalına pis təsir edir.Yüksək həyəcanlanma qabiliyyəti,əhval-ruhiyyətdə kəskin dönüşlər olur.Fiziki cəhətdən isə,qadının çəkisi artmağa başlayır,damaqları kövşək olur,qalxanabənzər vəzi böyüyə bilər.


11-ci həftə--Döldə qoxu və taktil hissiyat yaranır.Aktiv hərəkət etməyə başlayır və bu hərəkətləri USM vasitəsilə görmək olar.Qadında maddəılər mübadiləsi sürətlənir,dövr edən qanın həcmi artır,çoxlu maye qəbul etməyə ehtiyac yaranır.


12-ci həftə--Döl daha aktiv hərəkət eləməyə başlayır,ağzını açıb dölyanı mayeni uda bilər.Hamilədə isə tədricən toksikoz əlamətləri keçməyə başlayır.


13-cü həftə-
-Döldə əmmə refleksi,birincili cinsiyyət orqanları yaranır və daha çox insana oxşamağa başlayır.
14-cü həftə--ikinci trimestr başlayır.Döl ,dünyaya gələcək körpənin miniatür kopyasına bənzəyir.Hamilənin çəkisi artır.


15-ci həftə--döldə saç əmələ gəlməyə başlayır.Hamilədə qarnın ortasında boylama tünd xətt görünməyə r və qarnı böyüməyə başlayır.Uşaqlığın dibi göbəkdən 7.5 sm aşağıda əllənir.


16-cı həftə--döldə dırnaqlar əmələ gəlməyə başlayır.Uşaqlıq get-gedə böyüyür,dölyanı maye 250 ml həcminə çatır.


17-ci həftə--bu dövrdə döl ətrafdakılara duymağa,eşitməyə başlayır,ana isə daha çox sidiyə gedir.


18-ci həftə--döldə barmaq izləıri formalaşır.Ana dölün hərəkətlərini hiss eləməyə başlayır.


19-cu həftə--döl bütün bədəni boyunca incə xəzşəkilli tüklərlə-lanuqo örtülməyə başlayır.Baş beyin inkişaf etməyə davam edir və dölün başı ilə bədəni arasında qeyri-mütənasiblik yaranır.


20-ci həftə--dölün bədəni yağlanmağa başlayır.Ananın qarnı artıq gözlə nəzərə çarpacaq şəıkildə böyüyüb,uşaqlığın dibi göbəkdən bir az aşağıdadı.İkinci USM-in vaxtıdır.


21-ci həftə--Dölün qanında kifayət qədər qırmızı qan hüceyrələri var,ağ qan hüceyrələrinin istehsalı başlayır.dilində dad məməcikləri formalaşır.Döl uşaqlıqda sərbəst hərəkət edə bilir.


22-ci həftə--Döldə qaşlar formalaşır.Hamilədə dövr edən qanın həcmi artmaqda davam edir və bu artım daha çox plazmanın hesabına olu nəticədə nisbi olaraq eritrositlərin sayı azalmış olur,fizioloji anemiya yaranır.


23-cü həftə--döl demək olar ki,bütün sutkanı yatır.çəkisi artmağa başlayır.


24-cü həftə--döldə dərialtı piy toxuması yaranmağa başlayır.Ananın qarnı artıq ox böyüyür,döş qəfəsi genuişlənməyə başlayır.


25-ci həftə--döl artıq USM ekranında bütövlüklə sığışmır.Ananın süd vəzilərində ağız südü-molozivo yaranmağa başlayır.


26-cı həftə--dölün çənəsində süd dişlərinin başlanğıcı olan 20 alveol formalaşır.Gözlərini açmağa başlayır.Gözü artıq tam formalaşmış olur.Ananın isə böyüyən uşaqlığın qonşu orqanları sıxmasına görə narahatçılıqları artır.


27-ci həftə--Əgər bu həftədə uşaq doğularsa çox vaxtından qabaq doğuş olacaq ,buna baxmayaraq uşağın yaşama şansı 85%-ə bərabər olur.ancaq bu zaman tam inkişaf etməmiş olduğu üçün səhhəti ilə bağlı bəzi problemlər meydana çıxa bilər.


28-ci həftə--döl artıq başıaşağı vəziyyətə çevrilə bilər.Dölün hərəkətləri başqası tərəfindən də toxunmaqla hiss edilə bilər ,yaxud ananın qarnına baxılaraq görülə bilər.Bu həftədə doğulmuş uşaq artıq bir şəxsiyyətdir və qeydiyyata alına bilər.


29-cu həftə--Cift daha kütləli olduğundan daha iri molekulları da keçirir,nəticədə döldə yeni-yeni dad və qoxu hissiyatları yaranır.Ananın isə döşündən ilk, ağızsüd axa bilər.Bu uşaq doğulan kimi ilk qidalandığı süd olacaq.


30-cu həftə--döl artıq çətin hərəkət etməyə başlayır,çünki yeri daralmış olur.Anada isə bel ağrıları əmələ gəlir.


31-ci həftə--Ana hamiləliyin əvvəlindən bu vaxta qədər 9 kq alıb,döl isə 1.5 kq-dır.


32-ci həftə--Döldə dərialtı piy toxuması formalaşmış olur,ələr,ayaqlar topuuşlaşır.


33-cü həftə--ana kilo almaqda davam edir.döldə isə sinir öürücü yolların formalaşması bitir..


34-cü həftə--Dölün dərisi təbii çəhrayı rəng alıb,yuxu və oyaq vaxtları olur,doğuşa hazırlaşaraq adəti olaraq başıaşağı vəziyyətini alır.Anada tutma şəkilli asancılar olur.



35-ci həftə--dölün dırnaqları çox uzanır,yeri dar və narahat olur.Üçüncü USM-in vaxtıdır!


36-cı həftə--Ananəın qarnı enməyə başlayır.Dölün üzü daha şişkinləşməyə başlayır bu həm dərialtı piy qatının hesabına olur,həm də bayrağını əmdiyi üçün çeynəmə əzələlərinin hesabına..


37-ci həftə--Uşağın başı kiçik çanağa enir,ananın vəziyyəti bir az yüngülləşə bilər.Doğum evi üçün hazırlıqlar görülməlidi.U.aq bu həftə də doğula bilər.
 
38-cihəftə--uşağın yeri çox dar və narahat olur



39--cu həftə--uşağın bağırağında maddələr mübadiləsi məhsulu olan,tünd-yaşıl tullantılar- mekoniy toplanır.


40-cı həftə-uşaqlığın boynu qısalıb açılmağa başlayır.Sidik kisəsi daha döyük təzyiqə məruz qalır.Sncılar başlayır bə uşaqlıq dölü qovmağa başlayır.Uşaq dünyaya gəlir.


41-ci həftə--Əgər uşaq hələ doğulmayıbsa,onun çəkisi artmağa davam edir.10% qadınlarda hamiləlik 42-ci həftəyə qədər uzana bilər.Bu zaman həkim müxtəlif stimulyatorların köməyilə doğuşu sürətləndirə bilər.

1 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 12690 Şərh sayı 66 Müəllif dr.Samira
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline Ayanim
    qizimda bele izliyirdim her hefte.uje 5 il kecib eee. inwallah ikinci olsun yene izleyerem.

  2. Offline Qanad
    Allah olmayanlara qismet etsin.

  3. Offline Nigar
    Allah butun ailelere qismet etsin
    İmza:  Musiqi ruhun qidasidir...Nikki..

  4. Offline zuzuskaa
    allahim bu korpedan birini mene da qismet ele/ Amin
    artiq 3 ildir aileliyem ama usaq olmur. problem mendadi. polikistosum var. mualice eletdirirem. ama heleki effekt yoxdu

  5. Offline Meqa
    bilirdim bu haqda
    İmza:  Allahim mən səndən məkan istədim cənnətə bənzər, mən səndən sevgi istədim çiçəklərə bənzər, mən səndən qoruyucu istədim mələklərə bənzər, mən səndən həyat istədim sonsuza bənzər sən mənə ANAMI verdin!
    ALLAH ANALARI QORUSUN AMIN!

  6. Offline AGAA
    COX GOZEL XEBERDI,BEZI USAQLARI QIZ OLDUGU UCUN KURTAS ETDIREN ANALAR GORUB INSAFA GELER BELKE BU MOCUZENI.ALLAH BUTUN ANA OLMAQ ISTEYENLERE BU XOSBEXTLIYI QISMET ETSIN.AMIN n23

  7. Offline Torpaq
    ay ay aaay..........
    coox qeseng xeberdi
    tesekkurler
    İmza:  Yoldasimcun dua eden her kesden Allah razi olsun...
    Dualara ehtiyacimiz var evvelki sagligina qovushsun......

  8. Offline Nazar
    Baxmaq maraqlıdır təşəkkürlər.

  9. Offline dr.Samira
    Sitat: A.Ulker

    burda həkim var?

    var,sualınız varsa,həkim məsləhətləri bölməsində yaza bilərsiniz.
    Sitat: TATLIВ GUZEL
    menlik xeber deyil

    mənlik şərh deyil...

  10. Offline Lale
    Sitat: Hande
    A,by..ne yaxwi wekilleride var,gordum ..Allah butun qizlara nesib elesin bu wirin canlini ..Tewekkurler....

    ay canim bu xeberleri sen harda dartib cixardirsan?ureyimin icini inan qanatdin...

    allah her bir qiza qismet etsin ana olmaqi.cox gozel bir hissdir. smile

  11. Offline Hande.
    A,by..ne yaxwi wekilleride var,gordum wink ..Allah butun qizlara nesib elesin bu wirin canlini wink wink ..Tewekkurler....
    İmza:  <b>♣İnsanları səni səhv başa düşdükdə bunu dərd etmə;eşitdikləri sənin səsindi,amma ağlından keçirdikləri öz düşüncələridir.*</b>

  12. Offline MELAYKA
    maraglidi tsk

  13. Offline A.Ulker
    burda həkim var?

  14. Offline life82
    teşekkur edirem n49

  15. Offline TATLI GUZEL
    menlik xeber deyil tesekkurler
    İmza:  La la ben de boyleyim
    La la hem de boyleydim ♥ :))

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top