Həyat tərzi / Maraqlıdır

Azərbaycan cizgi filmləri

Inci deniz | 20-10-2013, 18:00
2 400 41


Azərbaycan cizgi filmləri


Basatın igidliyi (1988)

Azərbaycan cizgi filmləri

Filmdə müdrik Dədə Qorqud gənc döyüşçünün cəsarətini görüb ona Basat adını verir. Basat əzazil Təpəgözə qalib gəlib 
uşaqları, anaları bəladan qurtarır.
Kukla filmidir.



Cavanşir

Azərbaycan cizgi filmləri

Hərbi-vətənpərvərlik mövzusunda olan bu kinolentdə yeniyetmə bir oğlanın Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışılır.
Cizgi filmi Azərbaycanda ilk dəfə olaraq kompüter vasitəsilə yaradılmışdır.
Film Aylinə və onun həmyaşıdlarına həsr olunmuşdur.
Film "Bəsmələ" ilə başlayır.



Pıspısa xanım və Siçan bəy ( 1974)

Azərbaycan cizgi filmləri

Burada belə bir fikir söylənilir ki, hər bir adamın dostu olmalıdır. Lakin dost qazanmaq üçün sən də dostluq etməyi 
bacarmalısan.
Film Abdulla Şaiqin "Tıq-tıq xanım" nağılının motivləri əsasında çəkilmişdir.




Tülkü həccə gedir (1971)

Azərbaycan cizgi filmləri

Burada hikmətli bir əhvalatdan-qocalıb əldən düşmüş tülkünün özünə yem tapması üçün fikirləşib necə yeni fənd 
işlətməsindən danışılır.
Filmdə belə bir fikir ön plana çəkilmişdir: düşmən çox məharətlə cildini dəyişir. O gücü hesabına deyil, hiylə və ikiüzlülük 
sayəsində öz alçaq məqsədinə nail ola bilər.
Applikasiya filmidir.
Film uşaq yazıçısı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılmışdır.
Film geniş tamaşaçı kütləsi üçün nəzərdə tutlmuşdur.




Qız qalası əfsanəsi ( 1978)

Azərbaycan cizgi filmləri

Kinolentdə hər şeyə qalib gələn məhəbbətin gücündən, xalq müdrikliyindən, vətənə, xalqa sədaqətdən bəhs olunur.
Film Azərbaycan xalq əfsanəsinin motivləri əsasında çəkilmişdir.




Sehirli çıraq ( 1987)

Azərbaycan cizgi filmləri

Film lovğa Nazimin öz səhvi ucbatından daim çətinliklərlə qarşılaşmasından, sonradan isə öz səhvlərini başa düşərək 
peşmançılıq çəkməsindən danışır.
Kukla filmidir.




Meşəyə insan gəlir ( 1980)

Azərbaycan cizgi filmləri

İnsan meşədə görünən kimi, bütün heyvanlar qorxularından əl-ayağa düşürlər. Onlara elə gəlir ki, insan bu dəqiqə 
meşəni də, heyvanları da məhv edəcək. Amma hər şey onların düşündüklərinin əksinə olur. İnsan nəinki meşədəki 
ağaclara və heyvanlara qayğı ilə yanaşır, hətta, onları yanğın təhlükəsindən xilas edir. Bunu görən heyvanlar 
sakitləşirlər. Meşədə həyat öz əvvəlki məcrasına düşür.





Göyçək Fatma ( 1988)

Azərbaycan cizgi filmləri

Film Göyçək Fatmanın başına gələn əhvalatlardan bəhs edir.
Film Azərbaycan kinosunda ən uzunmetrajlı cizgi filmidir.
Applikasiya filmidir.
Bu film-opera Azərbaycan Xalq Təhsili Nazirliyinin sifarişi ilə istehsal olunmuşdur.
Kinolent Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir.




Yeni il əhvalatı ( 1986)

Azərbaycan cizgi filmləri

Animasiya filmində yeni il ərəfəsində meşədə tənha qalmış, təklikdən yorulmuş, gözlənilmədən xoşbəxtliyini tapmış kirpi 
balasından söhbət gedir.
Kirpi xoşbəxtdir ki, özünə pişik balasının timsalında dost tapa bilir.
Filmdə dostluqdan, səmimi ünsiyyətdən, xoşbəxtliyə təklikdə deyil, yalnız dostlarla birlikdə nail olmaq haqqında danışılır.
Applikasiya filmidir.




Şah və xidmətçi ( 1976)

Azərbaycan cizgi filmləri

Kinolentdə sədaqətli nökər və amansız, qəddar şah haqqında söhbət açılır.
Günlərin birində zalım şah gənc nökərinə hirslənib onu ac-yalavac itlərin qarşısına atır... İtlər nökərin üstünə hücum 
etsələr də onu tanıyıb çəkilirlər. Məlum olur ki, vaxtilə nökər həmin itlərə qulluq edib, onları yedizdiribmiş. Beləliklə də, itlər 
oğlanın yaxşılığını yerə vurmur, ona toxunmurlar. Şah isə cavan nökərin ona sədaqətlə qulluq etməsinə baxmayaraq onu 
öldürtdürmək qərarına gəlir.
Filmdə belə bir fikir irəli sürülür: şərlə mübarizədə xeyir həmişə qalib gəlir.
Film Nizami Gəncəvinin əsərinin motivləri əsasında çəkilmişdir.



Azərbaycan cizgi filmləri dunyada məşhur olmasa da, dərin hikmət, məna aşılayır uşaqlara. Bu cizgi filmlərin mövzusu 
həqiqətə olduqca yaxındır və uşaqları xeyirxahlığa, dostluqda sədaqətə, mərdliyə, mübarizəyə çağırır. Mən ümid edirəm ki, bir neçə ildən sonra bizim də cizgi filmlərimiz, cizgi film qəhrəmanlarımız dünya uşaqlarının sevimlisinə çevriləcək.


Redaktə etdi: Seyidli








loading...

Surələrin Savabı ...

175 baxış, 0 şərh

Toyundan bir həftə sonra ...

4 008 baxış, 4 şərh

“Qardaşım rus qadını ...

909 baxış, 3 şərh

İkinci dəfə evlənməyə ...

530 baxış, 6 şərh

Bakıda 32 yaşlı müəllimə 18 ...

26 827 baxış, 6 şərh

Bakıda məktəb yandı.Yanğın ...

1 696 baxış, 4 şərh

Iyul ayını gözləyirəm, elə ...

8 082 baxış, 3 şərh

Dünyanın ən xoşbəxt və ən ...

1 388 baxış, 10 şərh

“Səhv etmiş insanların ...

1 186 baxış, 3 şərh

Azərbaycanda qadınlar ...

846 baxış, 8 şərh

ESMERRi | 14 aprel 2016 18:09 | Status: Professional user | Şərh: 5 311
Sitat: Miraj
bunlarin hamisina o qeder baxmisam ki indi oglum da baxir

bunlarin hamisina o qeder baxmisam ki indi oglum da baxir :0103:
Nergiz love | 30 mart 2015 23:15 | Status: Professional user | Şərh: 7 961
Sevirem.multiklermizi
Miraj | 28 yanvar 2015 20:43 | Status: Professional user | Şərh: 2 665
bunlarin hamisina o qeder baxmisam ki indi oglum da baxir

bunlarin hamisina o qeder baxmisam ki indi oglum da baxir 0103
KARAGULUM | 5 dekabr 2014 12:49 | Status: Gümüş user | Şərh: 1 447
Tewekkurler
ramile79 | 9 noyabr 2013 15:50 | Status: VİP user | Şərh: 649
BIZ BUNLARI EZBER BILIRIKDE BIRAZDA YENILERINI CEKSEYDILER TURKLER KIMI OYREDICI CIZGI FILMLERI DAHA YAXSI OLARDI
ayruska | 23 oktyabr 2013 00:05 | Status: Professional user | Şərh: 3 994
Sitat: Damla A-va
xeber ucun TWK
Beren | 22 oktyabr 2013 22:20 | Status: Professional user | Şərh: 3 218
Pıspısa xanım və Siçan bəy

"Tıq-tıq" xanım olaraq bilirəm.
"Tıq-tıq" xanım cizgi filminə uşaq vaxtı çox baxmışam.Burdakılardan ancaq 1-2-sinə baxmışam.Digərləri haqqında heç bir məlumatım yox idi.Baxmamışam.Xəbər üçün təşəkkürlər canım.
Damla A-va | 22 oktyabr 2013 15:29 | Status: VİP user | Şərh: 618
xeber ucun TWK
nara hesenova | 22 oktyabr 2013 10:28 | Status: Gümüş user | Şərh: 1 206
tesekkurler.
NURLU | 22 oktyabr 2013 09:18 | Status: Professional user | Şərh: 5 582
bunlarin hamisina baxmisam,arada tez tez severek baxiram twkler gozel xeber ucun
Sirinim555 | 21 oktyabr 2013 22:50 | Status: Şərhçi | Şərh: 433
Coooooooooox twk

Tepegoze, Goycek fatmaya, Pispisa xanim ve sican beye veeee Sah ve Xidmetciye baxmisam daaa oxumusamdayeee ......
HUSNIYYA | 21 oktyabr 2013 20:16 | Status: Gümüş user | Şərh: 1 200
Duzunu desem bunlarin hec birini izlememiwem..amma ordan-burdan ewitmiwem...tewekkurler maraqli xeber ucun..
Ayaz Musdafayev | 21 oktyabr 2013 18:10 | Status: Şərhçi | Şərh: 155
maraqlidi))
Ayan92 | 21 oktyabr 2013 14:38 | Status: Professional user | Şərh: 3 070
Yalniz*Pispisa xanim ve sican bey*cizgi filmine baxmiwam.Qalanlarina yox
jasmin7 | 21 oktyabr 2013 12:31 | Status: VİP user | Şərh: 747
azerbaycanin filimferinden bawqasi yalandi
Nur | 21 oktyabr 2013 07:25 | Status: Professional user | Şərh: 4 003
efsuslar olsunki son iller Azerbaycanda hec bir maraqli cizgi filmleri cekilmir.usaqlarin baxdigi ancaq masa,ben10,kayu.
cox sagolun bele maraqli xebere gore
Melek | 21 oktyabr 2013 02:21 | Status: Gümüş user | Şərh: 918
Baxmiwam coxuna tewekkurler
Seyidli | 21 oktyabr 2013 02:18 | Status: Yazar | Şərh: 2 719
Sitat: Inci deniz
Cox sag ol,ezizim.

Dəyməz, bizim gözəl, incə qəlbli, İncimiz! love
Inci deniz | 21 oktyabr 2013 02:06 | Status: Yazar | Şərh: 2 396
Sitat: Seyidli
İnci Dəniz, çox gözəl xəbərlər hazırlayırsan, canım. Dəyərli xəbərlərdir. Əhsən!

Cox sag ol,ezizim.Sen de xeberlerimi cox gozel redakte edirsen.Sen de olmaqla butun redaktorlara tesekkur edirem
Seyidli | 20 oktyabr 2013 23:54 | Status: Yazar | Şərh: 2 719
İnci Dəniz, çox gözəl xəbərlər hazırlayırsan, canım. Dəyərli xəbərlərdir. Əhsən!
Gulnare4 | 20 oktyabr 2013 23:06 | Status: Gümüş user | Şərh: 1 256
goycek fatmani xosduyuram
Qanad | 20 oktyabr 2013 22:41 | Status: Yazar | Şərh: 4 375
Tesekkurler.Lap usaqliq vaxtlarim yadima dusdu.

gul kokusu | 20 oktyabr 2013 22:33 | Status: Gümüş user | Şərh: 1 479
maraqlidi.tewkkurler
LARA SOFI | 20 oktyabr 2013 21:31 | Status: VİP user | Şərh: 748
AZERBAYCANIN CIZGI FILMLERINI BEYENMIREM AMA KINOLARI UCUN UREYIM GEDIR COX SEVIREM KINOLARIMIZI
nergiz_zz | 20 oktyabr 2013 21:24 | Status: Professional user | Şərh: 3 832
MARAQLI XƏBƏRDİ...ƏLLƏRİN AĞRIMASIN..
Nurus. | 20 oktyabr 2013 21:00 | Status: Redaktor | Şərh: 7 007
Coxuna baxmisam maraqlidi.
Damla | 20 oktyabr 2013 20:50 | Status: Brilliant user | Şərh: 7 195
Cox maraqli xeberdi...Men usaq olanda en cox sevdiyim cizgi filmi Nu poqodi idi...
Alice | 20 oktyabr 2013 20:48 | Status: Professional user | Şərh: 5 037
Balaca vaxtı TIQ-TIQ xanım ən sevdiyim cizgi filmi idi...hər dəfə təkrar təkrar baxırdım.... bizi azda olsa neçə il arxaya aparmağı bacardız... Təşəkkür... İNCİ DƏNİZ...
drop | 20 oktyabr 2013 20:26 | Status: Gümüş user | Şərh: 2 460
o vaxtlar baxirdiq, indi ise o cizgi filmlerini hec ciraqla da axtarsan tapa bilmezsen). indiki uwaqlarin cizgi filmi turk filmleridir, cailou, pepe)) neblim neler
K.AWK.S.LOVE | 20 oktyabr 2013 20:07 | Status: Gümüş user | Şərh: 1 243
cox sagolun maraqli xeberdir.
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.