Kitab aləmi / Müəllif yazıları

Dünyanın məşhur yazıçıları öz dünyaşöhrətli əsərləri ilə...

Inci deniz | 21-09-2013, 20:00
7 956 18
U.ŞEKSPİR "ROMEO və CÜLYETTA"





Romeo və Cülyetta

Uilyam Şekspirin məşhur faciəsi, 1591 və ya 1592-ci ildə yazılmışdır. İlk rus tərcüməsi 1839-cu ildə

meydana gəlmişdir.


Romeo və Cülyetta bir-birinə düşmən olan iki ailənin uşaqlarıdır.

Qarşılaşdıqları ilk anda aşiq olur və beləcə kədərli sonluqla bitən əhvalatları başlayır. Cülyetta Romeoya qovuşmaq üçün ailəsindən keçə bilmir, buna görə də özünü qurban vermək qərarına gəlir.
Beləcə rahibin köməyi ilə zəhər içir ki, hər kəs onu ölmüş bilsin. Ancaq Romeo döndüyündə Cülyettanın öldüyünü zənn edir və özünü öldürür.
"Romeo və Cülyetta"da sadə olaraq eşqdən bəhs edilir deyilməməlidir. Bunu;
 "ailələri düşmən olan, maneələrə baxmayaraq bir-birindən imtina etməyən aşiqlər"

 deyə izah etsək daha doğru olar. Çünki dramın əsas mövzusu:
 "Eşq ölümü belə gözə alar"
şəklindədir.


F.M.Dostayevski "CİNAYƏT və CƏZA" əsəri



Cinayət və Cəza , Dostayevskinin romanlarından biridir. Yazıçının ən məşhur romanlarından biridir.

 Orjinal adı Prestupleniye i Nakazaniye
dir.

 Roman ilk dəfə 1866-cı ildə" Rus xəbərçisi" adlı ədəbiyyat jurnalında yayımnlandıqdan sonra cild formasında çap olunmuşdur. Dostayevskinin Sibirdən həpsxanadan qayıtdıqdan sonra yazdığı roman, yazıçınınən iri həcmli romanı hesab olunur.

Kasıb bir gənc olan Raskolnikov, bacarıqlı olmasına rəğmən hüquq fakültəsini maddi səbəblərə görə yarıda buraxmaq məcburiyyətində qalmışdır.Pulun,pulla rəftar etməyi bacarmayan , insanlıq adına ləkə olan alçaq insanların əlində ikən, cəmiyyətin inkişafında böyük xidmətləri ola biləcək adamların pul yoxluğu çekmeyinin yalnış bir fikir olduğunu düşünür. Bu yalnışlığı düzəltmək üçün yaşlı ve imkanlı bir sələmçini ve onun bacısını şahid buraxmamaq üçün öldürür.Heç kimin onu görmədiyini və heç bir iz qalmadığını bildiyi halda,bəzi təsadüflər nəticəsində Roskolnikov böyük bir narahatlığa düçar olur.İnsanlığını, məsumiyətini itirmir. Təmiz qəlbli Sonyaya günahını etiraf edən Raskolnikov, polisə də təslim olur ve cəzasını çəkmək üçün Sibirə gedir.



V.HÜQO "SƏFİLLƏR" ƏSƏRİ





Səfillər Viktor Hüqo tərəfındən yazılmış tarixi romandır.

Hekayə 1815-ci ilden başlayır və 1832-ci ildə qurtarır. Əsərdə bir neçə obrazın həyat tərzini və bir-biriylə əlaqəsini ələ alan köhnə məhkum Jan Valjanın həyat mübarizəsi və atdiğı kiçik bir səhv addımın ömrü boyu cəzasını çəkməsindən bəhs edilir.

Roman sadəcə Fransada deyil bütün dünyada böyük uğur qazandı.

Qanun və mərhəmətin araşdırıldığı roman eyni zamanda Fransa tarixi, Parisin memarlığı , siysət, əxlaq fəlsfsi, antimonarxizm, ədalət, din, ailəvi ve romantik sevginin növləri və təbiətiı kimi mövzuları əks etdirir.

T.DRAYZER "DAHİ" əsəri




T.Drayzer Dahi romanı 1915 ci ildə qələmə almışdır.

Əsərdə sadə bir rəssam olan Yucin Vitlanın həyat tərzi,yaradıcılığı,uğurları,çətinliklərin öhdəsindən gələrək yüksəlib dahi rəssama çevrilməsi və eyni zamanda da onun necə ehtiras,gözəllik,qadın düşkünü olduğu eks etdirilib.
Əsər başdan ayağa onun tanış olduğu qadınlar və onlarla necə rəftar etməsi ilə təsvir olunub.Bu qadınların içərisində isə onu başqalarından daha çox sevən Ancelanın ağrılı,acılı sevgisi və əsl qurbana çevrilməsi əks olunub.Bu əsərdə eyni zamanda insanın yüksələ bilməsi və ehtirasların onu həyatın qaranlıq bir quyuya ataraq məhv etməsini yazıçı çox gözəl göstərmişdir.

Dahi Yucin.Dahi lakin bədbəxt Yucinin həyat hekayəsi.




@Xəbər azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir. Müəllif hüquqları qorunur!

Ümumi Redaktə etdi: ALiyeva



ESMERRi | 18 aprel 2016 23:04 | Status: Brilliant user | Şərh: 5 471
Sitat: Miraj
oscar wild on bir deqiqe superdi
SEVDA | 29 mart 2016 09:54 | Status: Nəzarətçi | Şərh: 17 643
Sitat: HUSNIYYA
cox ela,,maariflendirici bir xeberdir..tewekkurler...
Miraj | 16 yanvar 2015 11:09 | Status: Professional user | Şərh: 2 657
oscar wild on bir deqiqe superdi
luce | 31 yanvar 2014 22:21 | Status: Professional user | Şərh: 2 940
Romeo ve Culyetta, Sefiller, Cinayet ve ceza'ni oxumusam. Dahini oxumamisam, tapib oxuyaram insallah.
Cenab Azerbaycan | 16 oktyabr 2013 22:37 | Status: İstifadəçi | Şərh: 14
Sefiller haqqindaki bezi fikirlerinle razi deyilem
sadəcə MƏN | 23 sentyabr 2013 12:17 | Status: Brilliant user | Şərh: 4 793
Sitat: FARIZ NAMAZLI
Sitat: sadəcə MƏN
Uilyam Şekspiri hələ 16-17 yaşım olanda oxumuşdum."Səfillər"i də oxumuşam.Amma təssüf ki,Drayzerin "Dahi"sini tapa bilməmişəm..Tapan kimi mütləq oxuyacam.


Dahi azərbaycanca köhnə nəşrdir, satışda çətin tapılır . rusca tapmaq asandır .ş

Təşəkkür Fariz bəy.Taparam İnşallah))
Aliyeva | 22 sentyabr 2013 18:49 | Status: Yazar | Şərh: 4 052
men oxudugum eserleri kitablari bura yazsam gerek bir nece hissseden ibaret xeber hazirlayim werh-le duzelecek iw deyil..
kitablari inanilmaz coxx sevirem. bu yazilan kitablar haqin da da melumatim var idi. redakte eden de de coxx beyendim.
qeyd edimki yazinin mueyyen hissesini Aygun (incideniz) xarici dilde yazilmis ensklopediyadan bizim ucun tercume edib. buna gore ona derin tewekkurlerimi bildirirem.
davamli olsun bu gozel maariflendirici xeberler canim
Nazlı_Kız | 22 sentyabr 2013 18:23 | Status: Redaktor | Şərh: 6 497
duzunu deyim hec oxumamiwam)yenede xeber etdiyiniz ucun cox tewekkurler fellow
Nərmin.bayram | 22 sentyabr 2013 13:51 | Status: Gümüş user | Şərh: 2 318
kitab oxumağı çox sevirəm çox sag olun məlumata görə
SULTANIM | 22 sentyabr 2013 10:55 | Status: Ekspert | Şərh: 4 764
Kitablar haqqinda melumat eladir.
Vuska.M | 22 sentyabr 2013 02:08 | Status: İstifadəçi | Şərh: 26
Hamisini oxumusam, en cox beyendiyim Dahi olub,bele xeberler daha tez tez olsun
FARIZ NAMAZLI | 22 sentyabr 2013 01:23 | Status: Hüquqşünas | Şərh: 994
Sitat: sadəcə MƏN
Uilyam Şekspiri hələ 16-17 yaşım olanda oxumuşdum."Səfillər"i də oxumuşam.Amma təssüf ki,Drayzerin "Dahi"sini tapa bilməmişəm..Tapan kimi mütləq oxuyacam.


Dahi azərbaycanca köhnə nəşrdir, satışda çətin tapılır . rusca tapmaq asandır .ş
ulker85 | 22 sentyabr 2013 00:40 | Status: Şərhçi | Şərh: 212
Demek olarki hamisini oxumusam cox sevdiyimse "Sefillerdi
HUSNIYYA | 21 sentyabr 2013 22:45 | Status: Gümüş user | Şərh: 1 199
cox ela,,maariflendirici bir xeberdir..tewekkurler..canim sen oz xeberlerin ile secilirsen....
Qanad | 21 sentyabr 2013 22:31 | Status: Yazar | Şərh: 4 372
Tesekkurler.Xeber ucun...
GulSam | 21 sentyabr 2013 20:50 | Status: Şərhçi | Şərh: 229
ne yalan deyim oxumamiwam hec birin bir Romeo bilirem _)
Qaracaqiz | 21 sentyabr 2013 20:45 | Status: VİP user | Şərh: 1 687
Sefillere ve ve Culyetta eserlerini oxumusam xosumada gelib tesekkur
sadəcə MƏN | 21 sentyabr 2013 20:14 | Status: Brilliant user | Şərh: 4 793
Uilyam Şekspiri hələ 16-17 yaşım olanda oxumuşdum."Səfillər"i də oxumuşam.Amma təssüf ki,Drayzerin "Dahi"sini tapa bilməmişəm..Tapan kimi mütləq oxuyacam.
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.