Həyat tərzi / Maraqlıdır

Banunun təqdimatında: Sual ver, cavab al!

Banu. | 7-08-2013, 08:00
3 845 50

 


 


Həyat bir çox çətinliklərlə doludur. AzadQadin.az bu çətinliklərlə mübarizə aparmanız üçün sizə kömək etmək qərarına gəldi.
 Bir çox gənclərimiz ,hətta daya yaşlı nəslin nümayəndələri həyatı məsələlərdə məsləhət fikir almaq istəyir. Ancaq yaxınlarına və onları tanıyan şəxslərə bu sualı verməyə çəkinir. Burda isə anonim şəkildə suallar veriləcək və hər bir sual mütləq cavablandırılacaq. Dərc olunmasını istəmiyənlər də sadəcə cavab alacaqlar.
Rəfiqənizə. doğmalarınıza deyə bilmədiklərinizi bizimlə bölüşüb ,məsləhət alacaqsınız.
Sevgi, nəfəs aldığımız müddətcə davam edəcək çox xüsusi bir duyğudur və sevgi,məhəbbət  var olduğu müddətcə, problemləri və ağrısı da olacaq. Siz də dərdlərinizi paylaşmaq istəsəniz; azadqadin_banu@mail.ru ünvanına və va adınızın gizli qalmasını istəyirsinizsə AzadQadin saytına, loqin: anonim ,parol : anonim açıq profilinə  məktub göndərə bilərsiniz.

İndi oxucu suallarını cavablandirmaq istəyirəm...
Banunun təqdimatında: Sual ver, cavab al!
Profilini çox bəyəndiyim birinin diqqətini necə çəkə bilərəm?
Sual: Facebook sosial şəbəkəsində biri ilə necə tanış ola bilərəm? Profilini çox bəyəndiyim birinin diqqətini necə çəkə bilərəm?

Cavab:
Canım R..., əlbəttə hər ünsiyyətə bir addımla başlamaq lazımdır. Onun etdiyi bir şeyi bəyənnin. Dostunuzun şəkilinin altına şərh etmişsə,  şərhini bəyənin və şərhinə uyğun cavab verin. Ardından sadə bir salamlaşma, ünsiyyət üçün ən uyğun addımdır. Amma birdən-birə "Danışa bilərikmi?"deyə yazmayın.Bu haqqınızda pis fikir yarada bilər.
Ortaq dostlarınızdan şəxs haqqında məlumat ala bilirsinizsə, bu vəziyyəti olduqca asanlaşdırar. Heç olmasa evli, subay, sevgilisi var, sevgilisi yox kimi məlumatlar addım atmanızı asanlaşdırar.

Bir söhbət mövzusu yaratmaq üçün ismarıc göndərə bilərsiniz. Ortaq dostunuzu haradan,nece tanıdığınızı soruşa bilərsiniz.guya onun haqqında nəsə soruşmaq istəyirsiniz, profilinin diqqətinizi çəkdiyini və foto şəkilindən yola çıxaraq bir mövzunun sizin diqqətinizi çəkdiyini söyləyə bilərsiniz. Onun izlədiyi bir səhifəni soruşa bilərsiniz.
Banunun təqdimatında: Sual ver, cavab al!
Nişanlım məni söyür
Sual: Mən nişanlanmışam ,amma nişanlımı heç sevmirəm,ona qarşı duyğularım yoxdur. ayrıca mənə qarşı kobuddur , hətta söyüş belə söyür ,mən nə edim artıq nişanlanmışam, nişanımı qaytarımmı ,ya onunla evlənim?

Cavab:
Əzizim Y., nişanlanmaq demək, nə olursa olsun evlənəcəksən demək deyil. Nişanlılığın mənası tam olaraq budur: qarşındakı insanı tanıyarsan və onunla bir ömür keçirib keçirə bilməyəcəyinə qərar verərsən, bunun üçün nişan olu. Ayrıca insanlar neçə uşaqla illər sonra ayrılırlar da, sən indidən ayrıla bilmirsən? Burada əhəmiyyətli olan budur məncə; sən belə bir əlaqə istəyirsənmi? İnsanların davranışları o əlaqəyə dair ipucu verər.  Belə bir əlaqəni ömür boyu davam etdirə biləcəksənmi? Eyni evin içində belə olsanız, bu şəkildə davranacaq, fərqli bir şey etməyəcək.
Belə bir gələcək xəyalimi quruyursan? Özünlə əlaqədar xəyalların bunamı bənzəyir? Məncə oturub yaxşı düşün, sırf evlənmək üçün biriylə evlənmək həyati bir səhvdir. Nişanlılıq müddətini doğru qiymətləndirə biləcəyini ümid edirəm.  Gələcəkdəki həyatının kiçik bir xülasəsini yaşayırsan bu anda, yaxşı gör və yaxşı düşün!
Banunun təqdimatında: Sual ver, cavab al!
Sevgilim köhnə sevgilisinin yanına qa
çır
Sual: Mənim sevgilim var. Amma keçmiş sevgilisi onu heç rahat buraxmır. SMS yazır, xəbər göndərir o da tez onun yanına qaçır ki, ona köməyim lazımdır. Onunla artıq öpüşə sevişə bilmərəm deyir mənə. Ancaq məsuliyyət daşıyıram, birdən özünə nəsə edər. Mən nə edim? Münasibətlərimizi necə qoruyum? İstəyirəm sevgilin ələqəsini düşünsün.

Cavab: Özündən bunu obyektiv olaraq soruş Sevimli C..., adam o qadını sevməsə, niyə gəl dediyində getsin? Niyə onunla birlikdə olsun? Sevməyən birini başına silah söykəyərəkmi orada tuturlar? Məsuliyyət deyirsən, nə məsuliyyəti? Özünü aldatma! Burax sevdiyini düşündüyü, sevdiyi  qadınla getsin ,yolunu kəsmə, niyə özünü belə bir pis vəziyyətə salırsan?
O əlaqəsini düşünsün deyirsən, bax nə gözəl söyləyirsən onun əlaqəsi, onun sorğusu, sənə nə bunlardan! Sorğulamadığınımı zənn edirsən? Düşünməsə, sevməsə,  sevgilisi mesaj atar atmaz qaçaraq gedərmi? Sənin sevmədiyin bir adam dön desə dönərsənmi indi?  Özünü aldatma! Kim deyir sənə  öpüşə bilməz, sevişə bilməz deyə! Çox da gözəl öpüşər, sevişər… Sən özünə bəhanələr axtarırsan,  bunu etmə! Özünə qiymət ver.Çünki sən o qiyməti verməsən heç kim sənə qiymət qoymayacaq!

 Banunun təqdimatında: Sual ver, cavab al!

 Qeyd: Siz də dərdlərinizi paylaşmaq istəsəniz; azadqadin_banu@mail.ru ünvanına və va adınızın gizli qalmasını istəyirsinizsə AzadQadin saytına, loqin: anonim parol : anonim açıq profilinə  məktub göndərə bilərsiniz.

 

 





pirenses | 18 mart 2014 01:22 | Status: VİP user | Şərh: 1 405
Sitat: Röyamsan.
Allah hamıya kömək olsun.

AMİİİN......
Gulshen. | 21 fevral 2014 17:00 | Status: Qonaq | Şərh: 0
Tewekkurler
Rafet Hasanoglu | 20 fevral 2014 21:07 | Status: Şərhçi | Şərh: 185
allah hamini xosbext elesin her gunun bir gozelliyi var dozub her seye sebr elemek lazimdi
Röyamsan. | 1 fevral 2014 23:28 | Status: Brilliant user | Şərh: 6 128
Allah hamıya kömək olsun.
Seyidli | 13 avqust 2013 01:25 | Status: Yazar | Şərh: 2 719
Sitat: Banu.
Beli men mesuliyyeti boynuma goturmeseydim hec bu layiheni hazirlamazdim.Mene coxlu miqdarda mektublar gelir.Men onsuz da bunu coxdandir edirem sadece bunu sizin de ixtiyariniza verirem ki siz de oz meslehetlerinizi veresiniz belke men dogrudan da duz demiremse bu aciq shekilde olsun.siz de oz fikrinizi bildiresiniz.esas meqsedim budur.


Bu nə gözəl bir layihədi. ƏLA, ÇOX BƏYƏNDİM!
Cavablar da çox təqdirəlayiq. Artıq şərhə ehtiyac belə yox. İnanıram ki, cavab alan kəslər qismən rahatlamışlar. Kim bilir bəlkə mən də göndərdim 1-2 sual.

Təşəkkürlər Banucum bir sözlə - SUPER!!! nn29
Ritam | 12 avqust 2013 10:48 | Status: İstifadəçi | Şərh: 2
menim sevqilim var biz 4-ildi bir yerdeyik ailesi meni almaqini istemir oda meni qacirmaq isteyir mende qacmaqi istemirem toynan qetmey isteyirem onusa bize elci qondermeye hec bir adami yoxu ne edim bilmirem

bu yawda ne olub evlenib bowanmisiz
Ruslan bey
MELEK_ | 10 avqust 2013 04:55 | Status: Professional user | Şərh: 3 968
emeye hormet,
leylawka | 9 avqust 2013 20:54 | Status: Professional user | Şərh: 1 874
MARAQLIDIR TEWEKKÜRLER dance
Mickey Mouse | 9 avqust 2013 15:19 | Status: Professional user | Şərh: 4 014
Cox gozel layihedir ee..Cox sagolun Banushka Xanim...............
a.mubariz | 9 avqust 2013 09:24 | Status: Professional user | Şərh: 1 163
sullari banu cavablandirir?
cox gozel layihedir. gunu gunden inkisaf edirik.
AYKA-Z | 9 avqust 2013 01:54 | Status: İstifadəçi | Şərh: 90
Sitat: ayruska
ALLAH HAMIYA KOMEK OLSUN INWALLAH AMIN
ayruska | 8 avqust 2013 21:53 | Status: Professional user | Şərh: 3 993
ALLAH HAMIYA KOMEK OLSUN INWALLAH AMIN
Sumeyye | 8 avqust 2013 21:32 | Status: Professional user | Şərh: 1 734
Sitat: Banu.
esas meqsedim budur.

ugurlar nn7
Aliyeva | 8 avqust 2013 18:58 | Status: Yazar | Şərh: 4 052
Sitat: Banu.

Oyrenmek isteyenler ucun de bildirim ki qisa sualdirsa bura sherh ki yaza bilersiniz eger uzun uzadi heyat hekayesidirse xeber kimi de gondere bilersiniz.

aydindi ureyim. tewekkurler. coxx gozel layihedi ureimce oldu
Banu. | 8 avqust 2013 18:01 | Status: Admin | Şərh: 2 259
Sitat: Aliyeva
halal olsun canim menim de bir iki sualim olacaq insallah amma anonim niki ile hara gonderek? size?

Oyrenmek isteyenler ucun de bildirim ki qisa sualdirsa bura sherh ki yaza bilersiniz eger uzun uzadi heyat hekayesidirse xeber kimi de gondere bilersiniz.
Aliyeva | 8 avqust 2013 17:34 | Status: Yazar | Şərh: 4 052
Sitat: Banu.
Beli men mesuliyyeti boynuma goturmeseydim hec bu layiheni hazirlamazdim.Mene coxlu miqdarda mektublar gelir.M

halal olsun canim menim de bir iki sualim olacaq insallah amma anonim niki ile hara gonderek? size?
DENIZ QIZI3 | 8 avqust 2013 16:07 | Status: Gümüş user | Şərh: 3 871
cox maraqli lahiyyedir.ugurlar sene BANU xanim
Banu. | 8 avqust 2013 14:30 | Status: Admin | Şərh: 2 259
Sitat: Sumeyye
mesuliyyeti oz boynuna goturmusense halal olsun sadece

Beli men mesuliyyeti boynuma goturmeseydim hec bu layiheni hazirlamazdim.Mene coxlu miqdarda mektublar gelir.Men onsuz da bunu coxdandir edirem sadece bunu sizin de ixtiyariniza verirem ki siz de oz meslehetlerinizi veresiniz belke men dogrudan da duz demiremse bu aciq shekilde olsun.siz de oz fikrinizi bildiresiniz.esas meqsedim budur.
Sumeyye | 8 avqust 2013 13:16 | Status: Professional user | Şərh: 1 734
Sitat: Banu.
Canim tecrubenin verdiyi meslehete hemishe ehtiyac var.Bir de bu layihenin ustun ceheti odur ki tam mexfidir.Axi insanlar onlari tanimayan biri ile icindekileri bolushmeyi ustun tuturlar!

pis basa dusme baci yeni o menada dedimki tam problemi bilmeden verilen meslehet duzgun olmur ve neticesi hemen insana ziyan vurarsa gunahi meslehet verenindi. bes neye gore deyirlerki en asan is meslehet vermekdi. mesleheti hami vere biler ama onun duzgun olub olmamasi var. yeni eger sen bu mesuliyyeti oz boynuna goturmusense halal olsun sadece
sheh | 8 avqust 2013 11:12 | Status: Yazar | Şərh: 3 362
əla layihədir həmişəki kimi Banu bacımız fəğan eliyir,çox bəyəndim.mƏN də anonim sual verəcəyəm
Banu. | 8 avqust 2013 08:26 | Status: Admin | Şərh: 2 259
Sitat: Sumeyye
ugurlar. ama tam o problemin daxilini bilmeden meslehet vermek duzgun olmaz mence.

Canim tecrubenin verdiyi meslehete hemishe ehtiyac var.Bir de bu layihenin ustun ceheti odur ki tam mexfidir.Axi insanlar onlari tanimayan biri ile icindekileri bolushmeyi ustun tuturlar!
Ulviyye | 8 avqust 2013 05:59 | Status: Gümüş user | Şərh: 2 849
maraqli lahiyedi
Sebiska xanim | 8 avqust 2013 02:55 | Status: İstifadəçi | Şərh: 50
nn29 nn22
Sitat: aytowka
Sitat: Sumeyye
ugurlar. ama tam o problemin daxilini bilmeden meslehet vermek duzgun olmaz mence.

bravoooo ela fikrdi nn28
lale-suleymanli | 8 avqust 2013 01:21 | Status: İstifadəçi | Şərh: 19
üreyim maraqli layihedir ,ağıllı məsləhətlərinə ehtiyacımız var bacişka uğurlu olsun
shela | 7 avqust 2013 23:20 | Status: Gümüş user | Şərh: 2 922
Sitat: Girl
Maraqli olacaq...
Ugurlar...
viska | 7 avqust 2013 23:13 | Status: VİP user | Şərh: 515
Banucum cox saqol maraqli faktlar aciqladiqin ucun.Twk,
СКАЖИ НЕ МОЛЧИ | 7 avqust 2013 22:49 | Status: İstifadəçi | Şərh: 33
Men dertlerimi ve problemlerimi ALLAHIMLA boluwurem,halbuki o her weyden xeberdardi bilirem!twk

Anonim xanim yoldawinin qocalmasin gozle,rus onda el cekecek oda senin olacaq....bagiwla
nayira | 7 avqust 2013 20:26 | Status: VİP user | Şərh: 584
yorulumuyasiz deyilene gore heyatda en rahat iw meslehet vermeydi.Ama men nedense cekinirem bu barede
Aynur | 7 avqust 2013 20:12 | Status: Professional user | Şərh: 382
maraqlidir,twk canim,amma birine fikir vermek asantdi,hemde meslehete de qulaq asmaq asant,amma yerine yetirmek cetindi
ugular size
Xeyale05 | 7 avqust 2013 19:53 | Status: Şərhçi | Şərh: 273
banu siz ki8msiz?
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.