Ərim məni uşaqlarla birlikdə porno filmə baxmağa məcbur edirdi

11-01-2013, 15:00  |  Azadqadin

 

 

Paytaxt sakini Günay Abdullayeva əri tərəfindən dəfələrlə döyülməsini, ərinin onu uşaqlarla birlikdə porno filmlərə baxmağa məcbur edildiyini deyib.

G. Abdullayeva həyat yoldaşı Əli İsgəndərov tərəfindən dəfələrlə vəhşicəsinə döyüldüyünü bildirib. Qadın ailə qurduğu dörd il müddətində bu cür hərəkətlərin saysız-hesabsız olduğunu vurğulayır. Deyir ki, o, ərinin vəhşiliklərindən can qurtarmaq üçün dəfələrlə Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə rəsmi şəkildə müraciət etsə də, polis heç bir tədbir görməyib.


Bu il yanvarın 2-də əri onu növbəti dəfə döyüb. Nəticədə evə çağırılan təcili yardım qadının vəziyyətinin ağır olduğunu görüb polisə müraciət edib. Polis əməkdaşları isə onu xəstəxanaya yerləşdirərək çıxıb gediblər. "Yeni Müsavat” qəzetinə başına gələn hadisələrlə bağlı  müraciət edən qadın qeyd edib ki, yanvarın 3-də növbəti dəfə polis bölməsinə müraciət edərək əri tərəfindən xəsarət aldığını bildirsə də, aradan keçən bir həftədə iş araşdırılmır. Əksinə, qadının əri xəstəxanaya gələrək ondan ərizəsini geri götürməyi tələb edib. Əsas kimi də göstərib ki, polis bölməsi qadının vəziyyətinin yüngül olmadığından xəbərdardır və ərizəsini geri götürmədən ölə bilər. Bu halda isə vəziyyət pisləşəcək.

"Dörd dəfə Əlinin əlindən qaçıb ayaqyalın 23-cü bölməyə gəlmişəm. Rəsmi şəkildə müraciət etmişəm, ərizə yazıb bildirmişəm ki, ərim məni öldürür, kömək edin. Bölmənin əməkdaşları isə ərimi çağırıb məni ona veriblər ki, al apar. Elə bölmədən çıxan kimi, həyətdə məni polislərin yanında təpiyinin altına salıb, ancaq heç kim mənə yardım etməyib. Əksinə, ərim sonradan deyir ki, nə qədər istəyirsən polisə müraciət edə bilərsən. Onsuz da polislərin haqqı 200 manatdır, bu qədər verib səni istədiyim qədər döyürəm.

Dəfələrlə məni dəmirlə, ağac parçaları ilə döyüb,  boğub, asıb və sonradan kəndiri kəsib, hamilə vəziyyətdə torpağa basdırıb və sair. Ərim qohumlarımı öldürəcəyi, evlərini yandıracağı ilə hədələyir. Elə olur ki, qaçıb hansısa qohumumun evində gizlənirəm, evə qayıdan günü o da gəlib çıxır və işgəncələr təkrar başlayır. Onun hərəkətləri danışmaqla qurtaran deyil. O, üç uşağıma da əzab verir. Polis isə işə baxmır”. Bunu da hazırda xəstəxanada müalicə alan G.Abdullayeva bildirir.

Şikayətçi deyir ki, işsiz olan əri qohumlarının qadına verdiyi pullarla yaşayır, əvəzində isə qadın üç körpəsi ilə günlərlə ac qalır: "Qohumlarım, bacı-qardaşım bizə pul, pay, ərzaq göndərirlər. Əli heç birini evə gətirmir. Bizə qonşular bir qab yemək versə, yeyirik, yoxsa ac qalırıq günlərlə. Qaz sayğacına kart yükləmir ki, evi isitməyək. Bu qışın günündə soyuqdan donuruq”.

Onun sonrakı fikirləri isə daha dəhşətlidir. Qadın deyir ki, əri onu və uşaqlarını məcbur edir ki, internetdə yüklədiyi intim, əxlaqsız videolara baxsınlar: "Sonra da uşaqları məcbur edir ki, soyunub həmin videodakı hərəkətləri təkrar etsinlər. İki qızım var, onların başına pis hadisənin gələcəyindən qorxuram. Pulu qurtaranda isə mənə deyir ki, get özünü sat, mənə pul gətir. Bunları polis bölməsində deyəndə isə mənə deyirlər ərin dediyini edə bilərsən”.

Sonda bu drama rəsmilərin də mövqeyini öyrənmək istədik. Daxili İşlər Nazirliyindən məsələnin araşdırılacağı və diqqətdə saxlanılacağı vəd edildi. Nizami Rayon Polis İdarəsinin növbətçi hissəsindən isə şikayətçinin adını eşidən kimi bildirdilər ki, həmin kişidən pul alınması yalan söhbətdir: "O kişinin heç əyninə şalvar almağa imkanı yoxdur”. İdarənin 23-cü bölməsindən isə bildirdilər ki, şikayətçi qadının müraciəti araşdırılır.

Bölmənin rəisi Nəsib Məmmədov bildirdi ki, şikayətçi G.Abdullayevanın yanvarın 3-də bölməyə etdiyi şikayətlə bağlı yanvarın 4-də məhkəmədə sadələşdirilmiş iş icraatı açılıb. Məhkəməyə göndərilməsi üçün sübutlar toplanır. Bölmə rəisinin sözlərinə görə, sonunda güman ki, bölmə təhqiqatçısı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin başlanmasını tövsif edəcək. O, həmçinin bir həftə ərzində ekspertizanın nə səbəbdən təyin olunmamasına, bölmənin heç bir təhqiqat aparmamasına, iş icraatı varsa, bu barədə şikayətçiyə nə səbəbdən məlumat verilməməsinə tutarlı səbəb gətirmədi.

Qeyd edək ki, G.Abdullayevanın 11, 3 və 2 yaşlı üç uşağı var. Uşaqlardan böyüyü qadının əvvəlki rəsmi həyat yoldaşındandır. Balacalar isə dini kəbinlə evləndiyi Əli İsgəndərovun uşaqlarıdır.


 

0 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 5937 Şərh sayı 77 Müəllif Aynur_Qurbanqizi
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Online TENHA_MELEK
    Sitat: Aya:))
    bax bu da bizim polisler kime ve hara gedesen.Gerek olum olsun ki polisler yuxudan ayilsinlar.Ona gorede bele kishilerin ayaqi yer alir.

    Duzdur 0140
    İmza:  Məndə günah arama ...Özün küstürdün məni.
    Ürəyimə toxunan....Sözün küstürdü məni.
    Hərdən süzülüb axan... Məni yanlız buraxan,
    Dönüb yadlara baxan... Gözün küstürdü məni.





  2. Offline N....N92
    bilmirem...soz tapmiram
    İmza:  Hər şeyin çarəsi ''ZAMAN''dı deyirlər.Çünki o sözün tərsi hər şeydən üstündür....

  3. Offline Narin-Ulker
    ALLAH BELE NAKISILERIN BASINA DAW SALSIN BELE KISIYE NE ER DEYIRSEN BPSA REDD ELEDE

  4. Offline fida
    KUL BAWINA MANYAK

  5. Offline bayaz gulum
    Allah belani versin 

  6. Offline Ayten Hesenzade
    Allah o kisini belasini versin. cehennemlik olsun ele o

  7. Offline aysun94
    Allah lenet elesin o kiwiye..Rebbim sen ozun qoru bizi ele insanlardan..
    İmza:  Dil həmişə aldada bilər, ancaq göz heç vaxt aldatmaz. Göz ürəyin sözünü deyir, dilsə beyinin...

  8. Offline yumurcaq
    kul o kiwinin bawina qara yere girsin

  9. Offline lale imanova
    bizim polisler erini polise sikayet eden qadina pis baxirlar fikirlesirlerki mentalete uygun deyil deye fikir vermirler axirida pis olur vallah besdi bu qadinlarin kisilerden cekdikleri cox pis oldum Allah o qadini balalarina bagisdasin o kisini eve buraxmasin o day orgenib duzelen deyil barismasin onnan.

  10. Offline zumer
    Dehset.Bu qadin emelli basdi manyaka ere gedibki,eslinde bele insanlarin psixoloji problemleri var.Qadinlarimizi basa duse bilmirem bele bir insandan nece usaq dunyaya getirirller niye usaqlari bedbaxt edirler.Bu usaqlqarin sabahi var.Ailede bele bir hadiselerden en cox psixoloji zerbe alan usaqlar olur.ALLAH polislerimizede insaf versin.

  11. Offline nejenka
    BU olkede plis hec bir isi hell etmir. herseyin helle eden puldu. adamda oldursen pul verib qurtulursan. ehhhhhhh ne bilim e neyse............

  12. Offline leman2000
    kecmiw muellimimden xaiw edirem ki bu iwe edaletli yanawsin.burda 1qadinin 3korpenin heyatindan soz gedir.onlari qorumaq bu iwe soyuq yanawan muellimimin,onun polislerinin borcudu.Bir insan ki sevgisini qoruya bilmirse o insan hec vaxt hec bir qadina komek ede bilmezzzzz.

  13. Offline Mavish
    Sitat: Elgun_Azizov
    Birincisi çarəsiz xanımlar uşaqları olan çarəsizdiyindən uşaqlarının xatirinə yaşıyır. Qadını qınamaqda yersizdir.

    düz deyirsiz,şəxsən mənim atamda anamı o qədər döyüb özüdə işləmirdi,ama o gün gəlir deyirik ki papa kimlə gəlirsən deyir sevgilimlə..indi anama sevgilim deyir...
    Hər zamanın bir dövranı var..kimisi düzələ bilir kimisi isə lap korlanır...
    İmza: 

  14. Offline Aynur
    islemiyen adamin polise veresi 200 man hardandir,yarisi uydurmadi,
    İmza:  Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
    ~~~~Aynar~~~

  15. Offline Aynur_Qurbanqizi
    Anar,

    Xahish edirik sozlerinize diqqet edin. Tehqire yol verseniz ban olunasiz

    Hami bir-birinin sherhine hormet etsin
    İmza:  Səni səndən başqa kimsə xilas etməyəcək!

  16. Offline rosee
    _ANAR_,


    cenab danisiginiza fikir verin!!!!
    ne siz meni taniyirsiz nede men sizi!
    ona görede fikirlernizi özunuze saxlayin
    birde mene sitat getirmeyin!!
    size meslehet kimese sitat getirende mulayim olmagi öyrenin...
    İmza:  <<<Siz arxamdan danışanlar...Nifrət ediləcək qədər dəyərli deyilsiniz...!!<<

  17. Offline Sessiz.Sunami
    Mənə çox maraqlıdı bu qadın görürki bu psixo manyakdı niyə 3 uşaq dünyaya gətirib. Niyə qadınların hüquqları üzrə təşkilatlara müraciət etməyib ?
    Çox təəssüfki belə hallar cəmiyyətimizdə rast gəlinir, əgər kişini islah etmək iqtidarında deyilsə boşansın.

  18. Offline RA
    a millət sora demiyin ki Allah prezdentimızın hökmətmızın ) canın sağ eləsin bu sizin prizdent bu sizin hökmət bu da sizin 200 manata vicdanını satan POL-İTLƏRR!!! .. POLİS DEYİLLƏR NATURALNÇ FAHÇŞƏDİLƏR...XİDMƏT ETDİKLLƏRİ HÖKMƏT DƏ FAHÇŞƏDÇR ..PRİZDENTİYNƏN 1 YERDƏƏ HAMSÇ FAHİŞƏ .. QADÇN FAHÇŞƏSÇNƏ BU FAHİŞƏLƏRDƏN 100 -QAT ..ARTÇQ HÖRMƏTİM VAR ..HEÇ OLMASA QADÇN FAHÇŞƏSÇ ÖZ BƏDƏNİNİ ŞƏXSİYYƏTİNİ SATÇR ..AMMA BU ALÇAQ HÖKÜMƏT BÜTÜN MİLLƏTİN ŞƏXSİYYƏTİYNƏN ALVER EDİR BU 20 ÇL ƏRZİNDƏ !! (HİRS TƏPƏMƏ VURDU!..

  19. Offline Gulnare81
    Niye bunu vurub oldurmeyib yatanda ? n38 soz tapa bilmirem

  20. Offline Fatima Q.
    Esebimden axira qeder oxuya bilmedim...O "Polislerinnnn"............ƏCLAFLAR!!! Ebes yer it deyilmir onlara..O "insanciyeze" deyilecek soz tapmiram..Resmen insan deyil/

  21. Offline yeqish
    Bu kishi ruhi xesdeymish. Ikinciside qadinda geri zekalidiki seni demirle doyenin, seni pis yola dushmeye vadar edenin yaninda ne oturmusan ayrildee get iborsa ishle ushaglarini saxla

  22. Offline Deniz_Nur
    Çrag olsun

  23. Offline drop
    eger ona kiwi demek olarsa. kiwi adi ona yarawmir.yaziq qadin ve uwaqlari.Allah komeyi olsun.ele kiwiyle (dilim gelmir kiwi demeye ama) yawamaqdansa ayrilmasi daha yaxwi olardi.
    İmza:  kucuyum daha cok kucuyum
    bu uzden butun korkularim.....

  24. Offline cippiska
    qadin huqlarini bilseydi bele olmazdi.xais edirem qadin huquqlari haqqinda meqale hazirlayasiniz

  25. Offline H.Fidan.
    Dehwet.Gucu qadina catirda,bele zeif kiwilere ne deyesen axi.

  26. Offline _Mamedova_
    dehshet...ne manyak adamlar var

  27. Offline arzum
    belə kişini ancaq öldürmək lazimdi.ondada yaziq qadin türməyə düşəcək. qadinin yiyəsə yoxdur yəqin.

  28. Offline TATLI GUZEL
    Axira kimi oxuya bilmedim.Amma bele bashliga nezer salanda gordum.Prosta dehshet
    İmza:  La la ben de boyleyim
    La la hem de boyleydim ♥ :))

  29. Offline Listen to you heart
    dehsetdi, bax bu da polis, edalet. niye Azerbaycanda insan canina laqeyd yanasirlar? o qadin ne veziyyete dusub polisler deyir"erin dediyin ede bilersen" bu insanliqdan kenardi!...

    Allah agil versin, ele ataya da cehennemin en isti yerinde bi guse!

  30. Offline Aya:))
    bax bu da bizim polisler kime ve hara gedesen.Gerek olum olsun ki polisler yuxudan ayilsinlar.Ona gorede bele kishilerin ayaqi yer alir.

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top