Bugün İlaxır çərşənbə Torpaq çərşənbəsidir!(Məlumat+Video)

19-03-2013, 10:00  |  Azadqadin.az / Azadqadın həyatı

 

 


 

Novruz bayramının ən təntənəli mərasimləri çərşənbələr hesab olunur və məhz buna görə də əhali həmin günləri xüsusi təntənə ilə qeyd edirlər. Lakin bu çərşənbələrin içərisində daha böyük mərasimlər hazırlanan çərşənbə sonuncu hesab olunan Torpaq çərşənbəsidir. Bu çərşənbə öz xüsusiyyətlərinə və bayrama yaxın olduğuna görə daha çox insanlar tərəfindən sevilir və seçilir. Ununla yanaşı torpağın insana və bəşəriyyətə verdiyi bu nemətlər heç vaxt unudulmur. Ona görə də həmin günə Azərbaycan xalqı daha təmtaraqlı şəkildə hazılaşırlar. Torpaq çərşənbəsində süfrəmizin gözəl təamlarından olan paxlava, şəkərbura, qoğal və bir çox şirniyyatlar hazırlanır. Qoğal günəşin və istiliyin simvolu kimi stola gətirilir. Şəkərbura da kənarındakı və üzərindəki mənalara görə günəş şüalarını xatrıladır, paxlava isə mərkəzinə qoyulmuş funduqla mifik mənanı özündə əks etdirir. Şirniyyatların süfrəyə qoyulması bütün ilin bərəkətli, ruzili və həmişə şirin keçməsini mənalandırır. Bununla yanaşı qoz, funduq, badam və bir çox çərəz növləri də süfrəni bəzəyir. Qadınlar, qızlar isə evlərinə xonça tuturlar və müxtəlif konfetlərlər onu bəzəyirlər. Süfrə qoyulmuş səməni isə öz yaşıl görkəmi və belinə bağlanmış qırmızı lentlə daha çox diqqət vəlb edir. Həmin gün hamı deyib, gülür və insanlar evlərində xoş sözlər danışırlar.

Torpaq çərşənbəsi olduğu üçün artıq xalq əkin – biçinə başlamalı olur. Digər çərşənbələr sayılan Su, Od, Yel öz işlərini bitirmiş sayılırlar və Torpağa yer verirlər. Torpaq isə deyir səndən hərəkət məndən bərəkət. Yerlər şumlanır, toxumlar səpilir və artıq yazın gəlməsi ilə işgüzarlıq da özünü göstərir.

Axır çərşənbə günü qadınlar, qızlar çilələrini tökmək üçün çay üzərinə yollanır və sudan tullanırlar. Həmçinin həmin gün axşam vaxtı yenə də tonqallar qalanır, lakin bu çərşənbənin tonqalları digərlərindən amam fərqlənir. Çünki həmin gün daha çox maraq olur və hamı od ətrafına yığışaraq onun istisinə qızınmağa çalışırlar

Evlərdə qadınlar yemək qazanları asır, plov dəmləyir və bir çox xörəklər bişirirlər. Bunların müxtəlifliyi süfrənin daha da cəzbedici olmasına səbəb olur. Nişanlı qızlara hədiyyələr gəlir, təzə gəlinlər qırmızı geyinirlər. Xanımlar isə evlərini ən yüksək səviyyədə bayrama hazırlayırlar. Həmçinin bugünü evlənməyən subay qızlara baxmağa gələn oğlanlar olduqca çox olur, xüsusən papaqatmaq mərasimi bütün oğanlar tərəfindən sevilir. Onlar öz papaqlarını başqalarının qapısına ataraq bayram payı gözləyirlər. Qapını açan şəxslər isə bayram tədarüklərindən və evlərində olan nemətlərdən papağa qoyaraq həmin adamları sevindirirlər. Çərşənbə günü yumurtalar boyanır, rəngləri isə xonçalarda bəzəkli görünsün deyə müxtəlif olur. Axır çərşənbədə yumurtalar toqquşdurulur və uşaqlar mərcə girirlər. Kimin yumurtası digərinə aid olanı sındırsa həmin şəxs qalib elan olunur.

Torpaq çərşənbəsində insanlar öz qohumlarını yadına salır və onlara qonaq getməyə başlayırlar, həmçinin vəfat etmiş insanları da yada salmaq lazımdır. Rəhmətə gedən insanların qəbirlərini ziyarət edir, onları da xatırlayırlar. Həmçinin qoca insanları və valideynləri yada salmaq daha mühüm əhəmiyyətə malikdir. Bu bayram günlərində şikəstlərə, əlillərə əl tutmaq və valideyni olmayan uşaqlara yaxşılıq etmək həmin insanın savaba girməsi ilə nəticələnir. Çərşənbə günü ev sahibləri gec yatmalıdır və evində qulaq falına çıxanları nəzərə alaraq xoş söhbətlər etməlidir. Əkin – biçinlə məşğul olunan torpaq sahələrində cütçülərin və sayaçıların sözlərinə rast gəlmək mümkündür. Hətta mal – qara saxlayan insanlar da həmin günlər ərzində kefləri kök olur. Xüsusən axır çərşənbə sayılan Torpaq çərşənbəsi günündə evdən od, neft, kibrit vermək olmaz. Hətta ağartı qidaların da verilməsi düzgün hesab olunmur. Çərşənbə günündə başyalan mərasimlər səhər tezdən elan olunur və gün dəyişənə qədər davam edir, həmin gücə evlərdə şamlar yandırılır, hər bir şəxsin adı qoyulmuş şam sona qədər yanmalıdır. Şamların kimsə tərəfindən söndürülməsinə icazə verilmir.

Torpağın əzizlənməsi, onun qeydinə qalınması, bostan və dirriklərdə aparılan tədarüklər də hamı tərəfindən hiss ediləcək dərəcədə olur. Yazın gəlişi havalrın dəyişilməsində də güclü şəkildə hiss olunur və mərasimlər zamanı yazla, qış vəsf olunur.

Həmin günü buğdalar qovrulur və onlar tavaya atılarkən müxtəlif qızların adları tutulur. Kimə aid olan buğda tez atılsa, deməli həmin qız hamıdan əvvəl evlənəcəkdir. Subay qızları görməyə gələn oğlanlar kənd yerlərində bacadan torba sallayırlar və qızlar da onların içərisində müxtəlif şirniyyatlar qoyaraq yenidən özlərinə göndərirlər. Həmçinin Torpaq çərşənbəsində müxtəlif ayinlər qurulur, nəğmələr, bayatılar oxunulur, insanlar qulaq falına çıxırlar. Xüsusən axır çərşənbə günü qadınlar, qızlar bir evə evə toplaşaraq fal mərasimlərini yerinə yetirirlər. Bunlara aşağıdakı falları göstərə bilərik;

Ilin-ayın axırında (Novruz bayramından iki gün əvvəl) bulaqdan, yaxud çaydan axar sudan "lal su” gətirilir. Buna ona görə "lal su” deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə, iynə salınacaq qaba tökənəcən dinməməlidir (həmin su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən müşayiət oluna bilər).

Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, birini qız, birini oğlan deyə fikirdə tutur (falı açılan şəxslər) və hərəsini bir tərəfdən üsulluca suya qoyurlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər.

Qovuşacaq adamlarda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşurlar. İynə suyun dibinə çökürsə - elə ilk dəfə qoyulanda, deməli, su "lal su” deyil. Su gətirən adam üstündə danışmışdır. O, heç olmasa, "a” deyə səs çıxarmışdır.

Axır çərşənbə günü tövlənin pəncərəsinin ağzına (qabağına) bir yumurta, iki karandaş – qara və qırmızı karandaşlar qoyulur. Səhər həmin yumurtanın üstündə (üzərində) xətt olur (guya Xıdır xətt çəkir). Əgər qırmızı karandaşla xətt çəkilibsə, yumurta kimin bəxtinə qoyulubsa, o xoşbəxt olacaq. Qara karandaşla xətt çəkilibsə əksinə olacaqdır.

Axır çərşənbə günü, yaxud həftənin uğurlu günləri axşamçağı qonşuların qapısını kirimişcə pusurlar. Qapıya yaxınlaşərkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. (Bu səbəbdəndir ki, həmin günün axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur). Məsələn, ilk eşidilən sözlər "işığı yandır”, "yaxşı olacaq” və s. olarsa, hər şeyin yaxşı olacağı güman dilir. əksinə, "söndü”, "viran qalsın” və s. kimi sözlər eşidiləndə pis tərəfə yozulur.

Sözə qüvvət: Arvadxasiyyət bir kişi qulağa durmaqla qonşusunu boğaza yığıbmış. Bir gün (həmin "fal açılan” gün) qonşu görür ki, həmin kişi sakitcə pəncərənin qabağından keçdi. Qonşu hiss edir ki, o yenə qulağa dayanacaq. (Qapı pusmanı adətən qadınlar icra edərlər). Onun bu xasiyyətindən təngə gəlmiş qonşu, adəti pozub deyir:

- Əşi, bu soba zəhrimara qalmış sönüb, elə sönülü də qalacaq! Bir an keçmir ki, həmin kişi pəncərənin qabağından çox qanı-qara keçir...

Axır çərşənbə axşamı gec yatırlar. Yatanda işə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.

Sözə qüvvət: Bir qızı iki oğlan sevirmiş. Bu falı yoxlamaq üçün həmin qız həmin bayramda duzlu kökə bişirib yeyir. Gecə yuxuda oğlanlardan biri ona su verir. Qız içir. Lakin susuzluğu keçmir. Yenə "su, su” deyir. Bu vaxt o biri oğlan su verir... Belə çıxir ki, qız onların iksinə də ərə getməli idi...

Deyilinə görə həmin qız ona birinci olaraq su verənə ərə gedir. Lakin hansısa qəzadan həmin gənc həlak olur. O biri oğlan dul qalmış qız ilə evlənir.

Yeddi ulduz

Bu falı istənilən vaxt icra etmək olar. Yatmağa gedəndə yeddi ulduz sayırlar. Ulduzları sayandan sonra bir kəlmə də olsa, danışmaq olmaz. Bu halda öz qismətini yuxuda görürlər.

Şax konfeti

Əvvəllər gəlin üçün şax bəzənərdi. Bu, taxtadan, daha doğrusu, odundan düzəldilmiş və bütün çıxıntılarına mıx çalınmış konusvarı, təxminən 1-1.5 metr hündürlüyündə figur idi ki, bunu da müxtəlif şirniyyatla, qoz-badamla, meyvə ilə bəzəyirlər. Həmin şaxdan qoparılmış konfeti axşamyeyib yatanda, guya adam yuxuda öz qismətini görür.


***

İlk dəfə yatılan evdə yastığın altında güzgü qoyurlar. Güzgü yuxuda bütün gələcək həyatını göstərir.

***

Ilin axır çərşənbə axşamı gecəsi cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayırsan. Demək o yaşda da gəlin gedəcəksən.

***

Çərşənbə axşamı otuzluq lampanın altına qıfılı bağlayıb qoyurlar. Niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə girsə, onun birinci sözünü niyyətlərinə görə yozarlar.

***

Balığın çanaq sümüyünü övlad gözləyən gəlinin oğlu və ya qızı olacağını bilmək üçün iki barmağın ortasından atırlar. Arxası üstə düşərsə, qız, üzü üstə düşərsə oğlan olacağı gözlənilir.

***

İtkin olan zaman, onu tapmaqçın ələyə qaysının iki ucunu sancıb, fırlardırlar. Itkinin kim tərəfindən olduğunu bilmək üçün şübhələndiyin adamın adını çəkirsən. Əgər ələk fırlanarsa, bu iş həmin adam tərəfindən olub. Fırlanmazsa demək o günahkar deyil.

***

Qorxan adamın başının üstündə ərimiş qurğuşunu onun qarşısındakı qabın içindəki suya tökürlər. Adam nədən qorxubsa onun şəkili suyun içində formalaşır.

***

Axır çərşənbə gecəsi ürəyində niyyət tut yat. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən. Amma gərək qorxmayasan. Qorxsan bu niyyətin baş tutmaz.

***

Ilin axır çərşənbə günü niyyət tutub bağa getmək lazımdır. Bağdan bir çəngə ot qırırsan. Niyyət düzdürsə, sühərəsi gəlib görürsən ki, qırdığın otlar uzanıb əvvəlki kimi olub.

***

Ilin axır çərşənbə gecəsi ürəyində niyyət tutursan. Bağda bir daşı qaldırıb altını təmizləyirsən. Niyyətin hasilə çatandan sonra, gəlib daşın altına baxırsan. Görürsən ki, daşın altında ot bitib.

***

Ilin axır çərşənbə axşamı ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyirsən. Guya ki, bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.



 

{r-rm} bəyənməyib

Səhvi bildir  Baxış sayı 3 574 Şərh sayı 42 Müəllif Sevinc_Bayramova
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline Alone Girl
    maraqlidir
    İmza:  "Guluremse ,xowbextemse bu senin eserindi .. <3

  2. Offline Nurgul Ali
    Sitat: komikadze
    ohhh beee axir ki, yaz gelirrrr

    Offf.Yaz nedir eeee.Heyf deyildi qiw qewwey buzuwurduy wink

  3. Offline Əfşan
    butun userlerimizin bayrami muybush olsun,bu ilimiz duserli olsun,Allah her birimizi xosbext etsin
    İmza:  Ayaqların üstə ölmək, dizlərin üstə yaşamaqdan daha yaxşıdır.

  4. Offline zoluwka
    baharin geliwi heyatiniza bahar getirsin.ama burda hele qar yagir n6
    İmza:  Torpaq kimi olmalısan, əzildikcə sərtləşməlisən. Səni əzənlər sənə möhtac qalmalı, həyatı səndə tapmalıdırlar!

  5. Offline luce
    Bayraminiz mubarek olsun, butun iller, gunler, bayramlar bize her zaman, sevinc, xosbextlik, sulh, mehebbet getirsin. AMIN.
    İmza:  Qadın alışan və alışdırandır.
    Qadın övladının qoruyucu mələyidir.
    Qadınlar ağlını qəlbinə qurban versə də, qəlbini heç nəyə qurban verməz.
    Qadın sirri acılmamış bir möcüzə, oxumaqla bitməyən bir kitabdır.
    Kim nə deyir desin... Qadın - böyük qüvvədir!!!

  6. Offline selenay
    bayraminiz mubusssssssssssssss n18
    İmza:  Gülmək hər vaxt xoşbəxt olmaq üçün deyil. Bəzən elə gülümsəmələr vardır ki; ən böyük ağrıları gizləmək üçündür...!!!

  7. Offline Girl
    bayraminiz mubarek!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    İmza:  Kitap Kokusundakı Huzur... ♥

  8. Offline Xedice_Hacibeyli
    ohhh beee axir ki, yaz gelirrrr n18

  9. Offline sevinc keder
    cerwenbeniz mubarek olsun ezizlerim menimmmmmmmmm
    İmza:  qapi ona doyulecek her kese acilar.

  10. Offline Xedice_Hacibeyli
    bayramimiz mubarek azad qadin ailesi smile

  11. Offline Beren
    Bayramınız mübarək!Neçə belə bayramlara.
    İmza:  Ürəyinizdə ilk sıraya ALLAH`ı qoymasanız, həm ALLAH`ı itirərsiniz, həm ilk sıraya qoyduqlarınızı...

  12. Offline rosee
    bayraminiz mubarek!
    İmza:  <<<Siz arxamdan danışanlar...Nifrət ediləcək qədər dəyərli deyilsiniz...!!<<

  13. Offline Gunnare_ok
    Dostlar,bayraminiz mubarek,nece bele gozel bayramlara sevdiyinizle birlikde! n47

  14. Offline Billurə
    Her kesin bayramini tebrik edirem..
    İmza:  Yaxwi duwunun yaxwi olsun...

  15. Offline K.AWK.S.LOVE
    MARAQLI ALINIB

  16. Offline selenay
    cərsənbəniz mubarek n47
    İmza:  Gülmək hər vaxt xoşbəxt olmaq üçün deyil. Bəzən elə gülümsəmələr vardır ki; ən böyük ağrıları gizləmək üçündür...!!!

  17. Offline QAR DENECIYI
    ILAXIR CERSENBENIZ MUBAREK HER KESE UZUN OMUR CAN SAGLIGI ARZULAYIRAM............. n47

  18. Offline Aytekin82
    İlaxır çərşənbəmiz mübarək!!! n26
    İmza:  İki şeyi həmişə unut - sənə edilən pislikləri və etdiyin yaxşılıqları...

  19. Offline Saida Kerimova
    Sevgi dolu nur dolu novruz qarşılayaq, qoy bu bahar yaz boyu gün saçsın parlaq-parlaq! Novruz bayramınız mübarək!
    İmza:  Səndən ötrü min yol.

  20. Offline Asya21
    bayramımız mübarək

  21. Offline Aziza
    Novruz yenilik - inkisaf - safliq ve barisiqdir...Bayraminiz mubarek...

  22. Offline Nurus.
    Çersembemiz mübarək olsun
    İmza: 

  23. Offline Damla
    Bahar bayraminiz mubarek!
    İmza: 


    Allah ən ədalətli vəkildir.....Bunu heç kim heç zaman unutmasın....


  24. Offline SHIRIN-SHIPSIRIN.
    butun xalqimi tebrik edirem!bu il hamiya duserli olsun,hami arzusuna catsin,sagslamatciliq olsun!

  25. Offline Renat Qurbanov
    tebrik edirem ozumu

  26. Offline Sabahım.
    .Allah neinki bayram gunlerinde, umumiyyetle hec bir zaman hec bir aile bawcisini ailesinin yaninda boynubukuk qoymasin inwAllah... "AMIN" deyen diller ise var olsun...
    Alizes,
    [
    Biz qadinlar da həmişə onlarin zəhmətini qiymətləndirək.quote][/quote]

    llah neinki bayram gunlerinde, umumiyyetle hec bir zaman hec bir aile bawcisini ailesinin yaninda boynubukuk qoymasin inwAllah... "AMIN" deyen diller ise var olsun...
    amin.
    İmza: 




    AMİNLƏR BOŞA DEYİL.......HƏR ŞEYİN ZAMANI VAR.......

  27. Offline meray
    Bütün Azadqadin.az saytının kollektivini Novruz bayramı münasibətilə təbrik edirəm. Arzum budur bu novruz qüsse-qeminiz yox olsun, üreklerden getsin buz, sevgi payın çox olsun! Novruz Bayramınız Mübarek Olsun!

  28. Offline Aliyeva
    novruzu coxxxxx seviremdeeee n18 n16

  29. Offline filolog
    congratulation edirəm hamınızı smile

  30. Offline Ruqeyye
    Çerşenbemiz mubarek .

 İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.
Bootstrap Slider
Scroll To Top