Bugün İlaxır çərşənbə Torpaq çərşənbəsidir!(Məlumat+Video)

19-03-2013, 10:00  |  Azadqadin.az » Azadqadın həyatı

 

 


 

Novruz bayramının ən təntənəli mərasimləri çərşənbələr hesab olunur və məhz buna görə də əhali həmin günləri xüsusi təntənə ilə qeyd edirlər. Lakin bu çərşənbələrin içərisində daha böyük mərasimlər hazırlanan çərşənbə sonuncu hesab olunan Torpaq çərşənbəsidir. Bu çərşənbə öz xüsusiyyətlərinə və bayrama yaxın olduğuna görə daha çox insanlar tərəfindən sevilir və seçilir. Ununla yanaşı torpağın insana və bəşəriyyətə verdiyi bu nemətlər heç vaxt unudulmur. Ona görə də həmin günə Azərbaycan xalqı daha təmtaraqlı şəkildə hazılaşırlar. Torpaq çərşənbəsində süfrəmizin gözəl təamlarından olan paxlava, şəkərbura, qoğal və bir çox şirniyyatlar hazırlanır. Qoğal günəşin və istiliyin simvolu kimi stola gətirilir. Şəkərbura da kənarındakı və üzərindəki mənalara görə günəş şüalarını xatrıladır, paxlava isə mərkəzinə qoyulmuş funduqla mifik mənanı özündə əks etdirir. Şirniyyatların süfrəyə qoyulması bütün ilin bərəkətli, ruzili və həmişə şirin keçməsini mənalandırır. Bununla yanaşı qoz, funduq, badam və bir çox çərəz növləri də süfrəni bəzəyir. Qadınlar, qızlar isə evlərinə xonça tuturlar və müxtəlif konfetlərlər onu bəzəyirlər. Süfrə qoyulmuş səməni isə öz yaşıl görkəmi və belinə bağlanmış qırmızı lentlə daha çox diqqət vəlb edir. Həmin gün hamı deyib, gülür və insanlar evlərində xoş sözlər danışırlar.

Torpaq çərşənbəsi olduğu üçün artıq xalq əkin – biçinə başlamalı olur. Digər çərşənbələr sayılan Su, Od, Yel öz işlərini bitirmiş sayılırlar və Torpağa yer verirlər. Torpaq isə deyir səndən hərəkət məndən bərəkət. Yerlər şumlanır, toxumlar səpilir və artıq yazın gəlməsi ilə işgüzarlıq da özünü göstərir.

Axır çərşənbə günü qadınlar, qızlar çilələrini tökmək üçün çay üzərinə yollanır və sudan tullanırlar. Həmçinin həmin gün axşam vaxtı yenə də tonqallar qalanır, lakin bu çərşənbənin tonqalları digərlərindən amam fərqlənir. Çünki həmin gün daha çox maraq olur və hamı od ətrafına yığışaraq onun istisinə qızınmağa çalışırlar

Evlərdə qadınlar yemək qazanları asır, plov dəmləyir və bir çox xörəklər bişirirlər. Bunların müxtəlifliyi süfrənin daha da cəzbedici olmasına səbəb olur. Nişanlı qızlara hədiyyələr gəlir, təzə gəlinlər qırmızı geyinirlər. Xanımlar isə evlərini ən yüksək səviyyədə bayrama hazırlayırlar. Həmçinin bugünü evlənməyən subay qızlara baxmağa gələn oğlanlar olduqca çox olur, xüsusən papaqatmaq mərasimi bütün oğanlar tərəfindən sevilir. Onlar öz papaqlarını başqalarının qapısına ataraq bayram payı gözləyirlər. Qapını açan şəxslər isə bayram tədarüklərindən və evlərində olan nemətlərdən papağa qoyaraq həmin adamları sevindirirlər. Çərşənbə günü yumurtalar boyanır, rəngləri isə xonçalarda bəzəkli görünsün deyə müxtəlif olur. Axır çərşənbədə yumurtalar toqquşdurulur və uşaqlar mərcə girirlər. Kimin yumurtası digərinə aid olanı sındırsa həmin şəxs qalib elan olunur.

Torpaq çərşənbəsində insanlar öz qohumlarını yadına salır və onlara qonaq getməyə başlayırlar, həmçinin vəfat etmiş insanları da yada salmaq lazımdır. Rəhmətə gedən insanların qəbirlərini ziyarət edir, onları da xatırlayırlar. Həmçinin qoca insanları və valideynləri yada salmaq daha mühüm əhəmiyyətə malikdir. Bu bayram günlərində şikəstlərə, əlillərə əl tutmaq və valideyni olmayan uşaqlara yaxşılıq etmək həmin insanın savaba girməsi ilə nəticələnir. Çərşənbə günü ev sahibləri gec yatmalıdır və evində qulaq falına çıxanları nəzərə alaraq xoş söhbətlər etməlidir. Əkin – biçinlə məşğul olunan torpaq sahələrində cütçülərin və sayaçıların sözlərinə rast gəlmək mümkündür. Hətta mal – qara saxlayan insanlar da həmin günlər ərzində kefləri kök olur. Xüsusən axır çərşənbə sayılan Torpaq çərşənbəsi günündə evdən od, neft, kibrit vermək olmaz. Hətta ağartı qidaların da verilməsi düzgün hesab olunmur. Çərşənbə günündə başyalan mərasimlər səhər tezdən elan olunur və gün dəyişənə qədər davam edir, həmin gücə evlərdə şamlar yandırılır, hər bir şəxsin adı qoyulmuş şam sona qədər yanmalıdır. Şamların kimsə tərəfindən söndürülməsinə icazə verilmir.

Torpağın əzizlənməsi, onun qeydinə qalınması, bostan və dirriklərdə aparılan tədarüklər də hamı tərəfindən hiss ediləcək dərəcədə olur. Yazın gəlişi havalrın dəyişilməsində də güclü şəkildə hiss olunur və mərasimlər zamanı yazla, qış vəsf olunur.

Həmin günü buğdalar qovrulur və onlar tavaya atılarkən müxtəlif qızların adları tutulur. Kimə aid olan buğda tez atılsa, deməli həmin qız hamıdan əvvəl evlənəcəkdir. Subay qızları görməyə gələn oğlanlar kənd yerlərində bacadan torba sallayırlar və qızlar da onların içərisində müxtəlif şirniyyatlar qoyaraq yenidən özlərinə göndərirlər. Həmçinin Torpaq çərşənbəsində müxtəlif ayinlər qurulur, nəğmələr, bayatılar oxunulur, insanlar qulaq falına çıxırlar. Xüsusən axır çərşənbə günü qadınlar, qızlar bir evə evə toplaşaraq fal mərasimlərini yerinə yetirirlər. Bunlara aşağıdakı falları göstərə bilərik;

Ilin-ayın axırında (Novruz bayramından iki gün əvvəl) bulaqdan, yaxud çaydan axar sudan "lal su” gətirilir. Buna ona görə "lal su” deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə, iynə salınacaq qaba tökənəcən dinməməlidir (həmin su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən müşayiət oluna bilər).

Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, birini qız, birini oğlan deyə fikirdə tutur (falı açılan şəxslər) və hərəsini bir tərəfdən üsulluca suya qoyurlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər.

Qovuşacaq adamlarda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşurlar. İynə suyun dibinə çökürsə - elə ilk dəfə qoyulanda, deməli, su "lal su” deyil. Su gətirən adam üstündə danışmışdır. O, heç olmasa, "a” deyə səs çıxarmışdır.

Axır çərşənbə günü tövlənin pəncərəsinin ağzına (qabağına) bir yumurta, iki karandaş – qara və qırmızı karandaşlar qoyulur. Səhər həmin yumurtanın üstündə (üzərində) xətt olur (guya Xıdır xətt çəkir). Əgər qırmızı karandaşla xətt çəkilibsə, yumurta kimin bəxtinə qoyulubsa, o xoşbəxt olacaq. Qara karandaşla xətt çəkilibsə əksinə olacaqdır.

Axır çərşənbə günü, yaxud həftənin uğurlu günləri axşamçağı qonşuların qapısını kirimişcə pusurlar. Qapıya yaxınlaşərkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. (Bu səbəbdəndir ki, həmin günün axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur). Məsələn, ilk eşidilən sözlər "işığı yandır”, "yaxşı olacaq” və s. olarsa, hər şeyin yaxşı olacağı güman dilir. əksinə, "söndü”, "viran qalsın” və s. kimi sözlər eşidiləndə pis tərəfə yozulur.

Sözə qüvvət: Arvadxasiyyət bir kişi qulağa durmaqla qonşusunu boğaza yığıbmış. Bir gün (həmin "fal açılan” gün) qonşu görür ki, həmin kişi sakitcə pəncərənin qabağından keçdi. Qonşu hiss edir ki, o yenə qulağa dayanacaq. (Qapı pusmanı adətən qadınlar icra edərlər). Onun bu xasiyyətindən təngə gəlmiş qonşu, adəti pozub deyir:

- Əşi, bu soba zəhrimara qalmış sönüb, elə sönülü də qalacaq! Bir an keçmir ki, həmin kişi pəncərənin qabağından çox qanı-qara keçir...

Axır çərşənbə axşamı gec yatırlar. Yatanda işə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.

Sözə qüvvət: Bir qızı iki oğlan sevirmiş. Bu falı yoxlamaq üçün həmin qız həmin bayramda duzlu kökə bişirib yeyir. Gecə yuxuda oğlanlardan biri ona su verir. Qız içir. Lakin susuzluğu keçmir. Yenə "su, su” deyir. Bu vaxt o biri oğlan su verir... Belə çıxir ki, qız onların iksinə də ərə getməli idi...

Deyilinə görə həmin qız ona birinci olaraq su verənə ərə gedir. Lakin hansısa qəzadan həmin gənc həlak olur. O biri oğlan dul qalmış qız ilə evlənir.

Yeddi ulduz

Bu falı istənilən vaxt icra etmək olar. Yatmağa gedəndə yeddi ulduz sayırlar. Ulduzları sayandan sonra bir kəlmə də olsa, danışmaq olmaz. Bu halda öz qismətini yuxuda görürlər.

Şax konfeti

Əvvəllər gəlin üçün şax bəzənərdi. Bu, taxtadan, daha doğrusu, odundan düzəldilmiş və bütün çıxıntılarına mıx çalınmış konusvarı, təxminən 1-1.5 metr hündürlüyündə figur idi ki, bunu da müxtəlif şirniyyatla, qoz-badamla, meyvə ilə bəzəyirlər. Həmin şaxdan qoparılmış konfeti axşamyeyib yatanda, guya adam yuxuda öz qismətini görür.


***

İlk dəfə yatılan evdə yastığın altında güzgü qoyurlar. Güzgü yuxuda bütün gələcək həyatını göstərir.

***

Ilin axır çərşənbə axşamı gecəsi cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayırsan. Demək o yaşda da gəlin gedəcəksən.

***

Çərşənbə axşamı otuzluq lampanın altına qıfılı bağlayıb qoyurlar. Niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə girsə, onun birinci sözünü niyyətlərinə görə yozarlar.

***

Balığın çanaq sümüyünü övlad gözləyən gəlinin oğlu və ya qızı olacağını bilmək üçün iki barmağın ortasından atırlar. Arxası üstə düşərsə, qız, üzü üstə düşərsə oğlan olacağı gözlənilir.

***

İtkin olan zaman, onu tapmaqçın ələyə qaysının iki ucunu sancıb, fırlardırlar. Itkinin kim tərəfindən olduğunu bilmək üçün şübhələndiyin adamın adını çəkirsən. Əgər ələk fırlanarsa, bu iş həmin adam tərəfindən olub. Fırlanmazsa demək o günahkar deyil.

***

Qorxan adamın başının üstündə ərimiş qurğuşunu onun qarşısındakı qabın içindəki suya tökürlər. Adam nədən qorxubsa onun şəkili suyun içində formalaşır.

***

Axır çərşənbə gecəsi ürəyində niyyət tut yat. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən. Amma gərək qorxmayasan. Qorxsan bu niyyətin baş tutmaz.

***

Ilin axır çərşənbə günü niyyət tutub bağa getmək lazımdır. Bağdan bir çəngə ot qırırsan. Niyyət düzdürsə, sühərəsi gəlib görürsən ki, qırdığın otlar uzanıb əvvəlki kimi olub.

***

Ilin axır çərşənbə gecəsi ürəyində niyyət tutursan. Bağda bir daşı qaldırıb altını təmizləyirsən. Niyyətin hasilə çatandan sonra, gəlib daşın altına baxırsan. Görürsən ki, daşın altında ot bitib.

***

Ilin axır çərşənbə axşamı ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyirsən. Guya ki, bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.



 

0 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 941 Şərh sayı 42 Müəllif Sevinc_Bayramova
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline Vetenperver
    Hamınızın axır çərşənbəsi və qarşıdan gələn Novruz Bayramınız mübarək!Neçə belə illərə çıxasız!

  2. Offline B_R
    INWALLAH bu ilide sevdik;lerimizle birge kecirerik. twk

  3. Offline Allahin Gulu
    Sitat: Alizes
    Allah neinki bayram gunlerinde, umumiyyetle hec bir zaman hec bir aile bawcisini ailesinin yaninda boynubukuk qoymasin inwAllah...

    Amiin bacim n45
    Yaziya gelende ise n37 Allahin ishine bash qoshmayin yoxsa yaman gune qalarsiz bayram gunu qapi pusmayin bir menim kimi delisi cixar qulaginizi kesib atar
    İmza:  Qizil olsam deyerimi herkes bilecek.Demir olum deyerimi yalniz anlayan bilsin...

  4. Offline Sabahım.
    Bu falı istənilən vaxt icra etmək olar. Yatmağa gedəndə yeddi ulduz sayırlar. Ulduzları sayandan sonra bir kəlmə də olsa, danışmaq olmaz. Bu halda öz qismətini yuxuda görürlər.

    Mən bunu etmişəm.Həyat yoldaşimi görmüşdüm və inanmamişdim hec kimə də demədim.Elcilər gələndə hamiya dedim.
    YATSAM YUXUMDADA GÖRMƏM MİSALİ GERCƏK OLDU.HAMİ DEDİ BELƏ ĞLU YUXUDA DA GÖRMƏK CƏTİNDİR. n3 n18
    İmza: 




    AMİNLƏR BOŞA DEYİL.......HƏR ŞEYİN ZAMANI VAR.......

  5. Offline Alizes
    Bayraminiz mubarek, sayt ehli. InwAllah ozum de daxil olmaqla her birimizin arzularimiz semeni kimi cucersin, ocagimiz bayram tonqali kimi isti, alovlu, sufremiz Novruz wirniyyatlari kimi wirin ve bereketli, uzumuz ise bayram gunlerindeki kimi her zaman guler olsun. Allah varli tebeqeye de insaf versin ki, bu baryam gunlerinde olsa kasiblarin da qarnini doyuzdurub uzunu guldure bilsin...Allah neinki bayram gunlerinde, umumiyyetle hec bir zaman hec bir aile bawcisini ailesinin yaninda boynubukuk qoymasin inwAllah... "AMIN" deyen diller ise var olsun...

  6. Offline Milaska.
    TEBRIKLER HAMINI

  7. Offline Hande.
    Thank you!
    İmza:  <b>♣İnsanları səni səhv başa düşdükdə bunu dərd etmə;eşitdikləri sənin səsindi,amma ağlından keçirdikləri öz düşüncələridir.*</b>

  8. Offline QAR DENECIYI
    BAYRAM YELI CARDAXLARI YIXANDA
    NOVRUZ GULU QAR CICEYI CIXANDA
    AG BULUDLAR KONEKLERIN SIXANDA
    BIZDEN DEBIR YAD ELEYEN SAG OLSUN
    DERDLERMIZ QOY DIKELSIN DAG OLSUN
    BAKICININ SOZU,SOVU,KAGIZI
    NEKLERIN BULAMASI AGIZI
    CERSENBENIN GIRDEANII MOVUZU
    QIZLAR DEYER ''ATIL-MATIL'' CERSENBE
    HER KESIN BAYRAMI MUBAREK

  9. Offline TATLI GUZEL
    Tebrikler !!!
    İmza:  La la ben de boyleyim
    La la hem de boyleydim ♥ :))

  10. Offline Princess_93
    her kesin bayramini tebrik edirem
    İmza:  Ayağıma dolaşan tək əngəl: - Gəlinliyimin ətəyi olsun ..

  11. Offline harmony
    her kesin bayramini tebrik edirem
    İmza:  hecbir bezenmish sevgi sozleri atanin^^sene guvenirem qizim^^sozunden daha deyerli deyil

  12. Offline Akademik
    Pəncərəmdən mРµh aС…dı,
    Nimçədə var səməni.
    Böyüyüb bРѕyu qalС…dı,
    Gündə bir buğda dəni.

    РћС…şayaram mən Рѕnu,
    BРѕl Рѕlsun sənin varın.
    Yamyaşıl Рѕldu dРѕnu,
    Müjdəsisən baharın.


    Nazlı qız kimi bəzən,
    РҐРѕş nəfəsli yazımsan.
    Dildə, ağızda gəzən,
    Bir həzin avazımsan.

    Səmənim, ay səmənim,
    Əridək qarı, buzu.
    Gülsün çölüm, çəmənim,
    Qarşılayaq nРѕvruzu.


    Haqq nuruna boyanmayan,
    top atmaqla oyanmayan,
    qazı, işığı yanmayan,
    üzün gülsün, Novruz gəlib!

    Atası, anası kasıb,
    qohumu, qudası kasıb,
    koması, odası kasıb,
    üzün gülsün, Novruz gəlib !

    Evi yox, obası qərib,
    odu yox, sobası qərib,
    qohum - əqrəbası qərib,
    üzün gülsün, Novruz gəlib!

    Oğlun atıb yurd daşını,
    bazarda girlər başını.
    Ana, tökmə göz yaşını,
    üzün gülsün, Novruz gəlib!

    Qarabağın qara bağrı,
    qara bağladı bağları.
    Yurd həsrəti çəkən qarı,
    üzün gülsün. Novruz gəlib !

    Yaşamaq, dolanmaq çətin,
    günü qaradır millətin.
    Qapıya göz dikən yetim,
    üzün gülsün, Novruz gəlib !

    Nökəri olduq yad elin,
    Xətası çox bu get - gəlin.
    Ər yolu gözləyən gəlin,
    üzün gülsün, Novruz gəlir !

    Çörək dalınca gedən, gəl,
    yurd - yuvanı tərk edən, gəl,
    yad ellərdə nəf güdən, gəl,
    üzün gülsün, Novruz gəlib!

    Əsəbdən ər -arvad əsir,
    güzəran əlində əsir.
    Bir həsir, bir Məmmədnəsir,
    üzün gülsün, Novruz gəlib !

    Dərman almağa pulu yox,
    qazanan qızı, oğlu yox,
    yaşamağın bir yolu yox,
    üzü gülsün, Novruz gəlib.

    Qəhərdən qəlbi yaxılan,
    aclıqdan qarnı sıxılan,
    yorğan - döşəyə yıxılan.
    üzün gülsün, Novruz gəlib .

    Ağrılardan qan ağlayan,
    Allaha ümid bağlayan,
    kömək, yardım soraqlayan,
    üzün gülsün, Novruz gəlib !

    Gözləri kor, qulağı kar,
    Tənha bifr qoca ağlayar,
    Dadına çat, pərvərdigar,
    üzü gülsün, Novruz gəlib !

    Ağrı - acı çəkilsin qoy,
    təzə ilə xoş qədəm qoy.
    Qarabağda çalınsın toy!!
    Üzlər gülsün, Novruz gəlib !
    İmza:  Allahımın qulu, nəfsimin ağasıyam!

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top