Nərgiz baharın xəbərçisi

11-04-2013, 11:00  |  Aktual » Xəbəriniz olsun!


Baharda çox gözəl qoxulu çiçəkləriylə baharın müjdəcisi olaraq bilinər. Diqqəti cəlb edən və xoş qoxulu çiçəkləri sayəsində bir çox ölkədə bəzək bitkisi olaraq yetişdirilən nərgizlərin, başda Avropa olmaq üzrə, şimal bölgələrdə öz özünə yetişən 40-a qədər növü vardır. Nərgizgilər soyadının Narcissus cinsini əmələ gətirən bu bitkilərin adı Yunan mitologiyasında Narkissos adından gəlir. Mitologiyaya görə sudakı görünüşünə aşiq olub ona qovuşmaq üçün ölümü seçən gözəllər gözəli Narkissosun öldüyü yerdən nərgizlər bitmişdi...

  

Nərgiz soğanağı zəhərli bir bəzək bitkisidir. Torpağın üzərində çıxaraq topa halına gələr, incə uzun, sivri uclu və yastı yarpaqları vardır. Təqribən 50 sm boyundakı bu yarpaqların bəzi növlərdə 1 metrədək uzadığı da olur. Nərgiz çiçəkləri arıların köməyi ilə tozlanır. Ana vətəni Avropa olan bu bitkilərin növ çoxluğuna İspanya və Portekizdə rast gəlinilməkdədir. Ancaq təbii olaraq bütün Ağ dəniz sahillərində yetişir. Dünyada Avropa, şimali Amerika, Şimali Afrika ölkələrində yetişdirilməkdədir. Narcissus poeticus Türkiyədə Egey Bölgəsində əsasəndə Qaraburun və Mordoğanda yetişdirilməkdədir. Mordoğan, nərgizin ana yurdu olaraq sayılmaqdadır.

Nərgiz baharın xəbərçisi, cəlb edici bir qoxuya sahib olan soğanaqlı bir bitkidir. Çində nərgizlər yeni ildə çiçək açarsa o ilin bərəkətli geçəcəyinə inanılar. Hava şəraitinə görə fevralın sonu, martın başlanğıcında aça bilər. Fulya, Nargöz, Zerrin, Zerrin qədəh kimi adlarla da tanınmaqdadır. Hollandlar lalədə sınadıqları kimi bu soğanaqlıdan da 20 - 30 dəyişik növ yetişdirmişlər.

Əsasən yarpaqları və çiçək sapları eyni (10 - 50 sm arası) fəqət çiçəklərii çox fərqlidir. Nərgizlərin bəyaz, sarı, kök rəngi, çəhrayı rəngləri olur. Tək rəng ya da qarışıq rəng növləri qarşımıza çıxa bilər. Qədim binaların bağlarında bəyaz və sarı rənglilərini bolca görə bilərsiniz.

 

 Nərgizin Faydaları:

Sakinləşdırici.   

Qızdırma salıcı.
Qusdurucu.

 Qəbizliyi aparar.

Soğanının topası, yaraların irinini qurudar, təmizləyər və sağaldar.
5qr. bal ilə içilərsə qusdurar.
Çiçəklərinin suyu balla bərabər şərbət kimi içilərsə məsanə ağrılarını sağaldar.


Redaktə etdi- Torpaq

 

0 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 2426 Şərh sayı 42 Müəllif Hande 18
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline Damla

     subayliqda her hefte alardim nergiz ve benovwe..Men benovweni en cox sevirem kovrek balaca benovweleri...

    İmza: 


    Allah ən ədalətli vəkildir.....Bunu heç kim heç zaman unutmasın....


  2. Offline nara73

    NERGIZ GULUDU VE MENIMDE EN COOX SEVDIYIM GULDU CUNKI ADIMLA BAGLIDI..NOVRUZGULU BELE OLMUR

     


  3. Offline Free_Woman.

    xeber o qeder gozeldiki oxuyanda adamin ureyi acilir twk


  4. Offline Meh_man

    novruz gulu


  5. Offline heyatimin menasisan

    bu gul novruz guludu,nergiz deyil


  6. Offline Princess_93

     

    cox sevirem bu gulu

    İmza:  Ayağıma dolaşan tək əngəl: - Gəlinliyimin ətəyi olsun ..

  7. Offline NaraAzer

    EN COX SEVDIYIM GULLERDEN BIRI

    İmza:  Övladlarınızı tərbiyə etməyin.Onsuz onlar sizə bənzəyəcəklər,Özünüzü tərbiyə edin !

  8. Offline PAYIZ

    Hem gornuwu,hem iyi ucun ureyim gedir.


  9. Offline _Asi_

    gorunushu qeshengdi amma iyini xoshlamiram

    İmza:  Əgər bir gün dünyaya aid dərdin olarsa Rəbbinə dönüb: "Rəbbim çox böyük dərdim var" - demə, dərdinə dönüb: "Çox böyük Rəbbim var" - de.
    Hz.Əli

  10. Offline Feriha.

    nergiz gulunu cox sevirem

    İmza:  kalbimin tek sahibi

  11. Offline NUR-AY.

    cox sevirem nergiz gulunu,olanda qoyuram stolda.ama ewitmiwemki cox iyleyende onu baw agri verir insana,cox sagolun melumat ucun

    İmza:  Nasil hissediyorsan oyledir dunya
    Mutluyken cennet,mutsuzken cehennemdir...

  12. Offline selenay

    ay cox gozel xeberdir cox sevirem gulleri tsk

    İmza:  Gülmək hər vaxt xoşbəxt olmaq üçün deyil. Bəzən elə gülümsəmələr vardır ki; ən böyük ağrıları gizləmək üçündür...!!!

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top