Xəyanətin növləri və səbəbləri (Şəxsi düşüncələrim)

5-07-2012, 22:00  |  Aktual » Gəlin, müzakirə edək!
Söhbət açdığım mövzu bəlkə də insanlığın sonuna qədər öz aktuallığını itirməyəcək.
XƏYANƏT!.. Acı həqiqətlər üzə çıxacaq!

Xəyanətin növləri və səbəbləri (Şəxsi düşüncələrim)
Ümumiyyətlə iki cür xəyanət var: sevgiyə xəyanət və fiziki xəyanət.
Bizdə xəyanət deyəndə əksər insanlar kişi xəyanətini nəzərdə tuturlar, amma qadın xəyanətindən danışanlar çox azdır, elə ona görə də bu barədə öz təcrübəmə və öz düşüncəmə əsasən yazacam, həm də bəzi məqamlara aydınlıq gətirməyə çalışacam...Düzdür xəyanət barədə qadınlar kişiləri heç vaxt başa düşməyib, indi də başa düşməyəcək, həmçinin kişilərdə bir az qadınları.
İndi isə gəlin araşdıraq:
Sevgiyə xəyanət: insan birini sevdiyi zaman başqa birisini də sevir, birinci sevdiyini tərk etmədən, yəni paralel olaraq. Buna sevgi üçbucağı da deyilir. Sevgiyə xəyanət çox vaxt heç bir fiziki kontakt baş vermədən də olur. Yəni sevdiyi insana toxunmadan onu sevir, görüşür, onunla romantik anlar yaşayır .
Mütəxəssislərin dediyinə görə, “kişilər eyni zamanda iki və ya üç qadını sevə bilər.” Əlbətdə gizlin. Bu münasibətlərə o vaxt son qoyulur ki, qadınlardan biri bu münasibəti aşkar edir.
Belə bir realliq var ki, kişilər sevgidə və seksdə kəmiyyətə üstünlük verirlər qadınlar isə keyfiyyətə.
Kişilərin fiziki xəyanətini heç xəyanət də adlandırmaq düzgün deyil. Bu sadəcə tələbatdır.

 Xəyanətin növləri və səbəbləri (Şəxsi düşüncələrim)

 

 

Kişi və qadın xəyanətinin fərqini aydınlaşdıraq:
Kişi-qadın fərqli olduğu üçün sevgidə və onların arasında fərqlilik hiss olunur. Qadınlar seksdə əsasən duyğulara üstünlük verirlər kişilər isə daha çox fantaziyaya. Kişi ilə qadın xəyanəti arasında fərqi əksər insanlar ayırd etməkdə çətinlik çəkirlər, bəlkə də heç fərq qoymaq istəmirlər, amma dərininə getsək görərik ki, aralarında nə qədər fərq var. Məsələ bundadır ki, kişinin başqa qadınla hər hansı bir fiziki kontaktı bu həyat yoldaşına, və ya sevgilisinə xəyanət deyil. Bu münasibət, ona qarşı sevginin azalması və ya sevgisinin tamamilə bitməsindən əmələ gəlmir. Qadınlarda isə bu belə deyil.

Bir tanınmış azərbaycanlı psixoloq qadıının dedikləri: “xəyanətdən əziyyət çəkən, bunu fəlakətə çevirən qadınlarımıza demək istəyirəm ki, kişilərin qıraqda intim münasibətinə xəyanət demək olmaz, bu bir əyləncə, istirahətdir.” Belə bir fikir də var ki, “qadınlar xəyanəti başqasına qarşı sevgidən edirlər kişilər isə bir əyləncədən, və ya tələbatdan”. Bu fikirlər məncə cox doğrudur və bütün cəmiyyətlərə aiddir.
Bir rus saytında kişi xəyanəti haqqında gedən mövzunun başlığı belədir: “təbiətlə müqaisə etmək.”
Yəni kişilər belə yaranıb, belə də olmalıdır. Bunu heç kim dəyişə bilməz. Kişilər tez bir zamanda yad qadına qarşı ehtiraslana bilər, qadının bircə barmağının işarəsi və ya səbəbli baxışları bəs olur ki, kişini “yoldan çıxartsın.” Əgər hansısa qadın kişiyə intim münasibət təklif edirsə onda kişini bu münasibətdən heç nə saxlamır.
Amma qadınlar belə olmurlar. Qadını ehtiraslandırıb onunla intim əlaqəyə girmək çox müşkül məsələdir, qadın elə-belə boş yerə ehtiraslanmaz. Ailədə hansısa ər, öz qadınına xəyanət edirsə burda evdəki qadının günahı da ola bilər, yəni buna şərait yarada bilər, əri ilə münasibətə girmiş ikinci qadını da günahlandırmaq lazımdır.
Əgər bir gün qadın eşitsə ki, əri ona xəyanət etmişdir onda bunu fəlakətə çevirməli deyil! Hamı elə bilir ki, daha çox kişilər xəyanət edir.Yenə də başqa bir tanınmış azərbaycanlı bir psixoloq qadının dedikləri: “hamı elə bilir ki kişilər daha çox xəyanət edir amma ümumi dünya üzrə götürsək onda daha çox qadınlar xəyanət edir”. Həm də kişilər kiminlə xəyanət edir?Qadınla. Deməli o qadın da xəyanətkardır. Burda say etibarilə bərabərlik olur. Müdrik qadın həyat yoldaşının xəyanətini başa düşüb bağışlayır və başqasının yanında bu barədə danışmır, bunu görə ailəsini dağıtmaz.

Xəyanətin növləri və səbəbləri (Şəxsi düşüncələrim)

 

 Qadın xəyanətinə gəlincə bu barədə adam danışmaq belə istəmir. Bu əsl xəyanətdir! Hətta deyərdim ki, cinayətdir! Bütün ailə üzvlərini biabır edir, yaxınlarına ləkə gətirir. Qadınlar başqa kişi ilə intim əlaqəyə sadə bir addımdan girmir, əlaqəyə girdiyi kişiyə qarşı sevgi hiss olur deməli. Əgər bu cinsi əlaqə (xəyanət) baş tutubsa deməli o qadın o kişini yaxşı tanıyır, ona qarşı duyğuları var həm də qadın bu hadisəni ömürünün axırına qədər yaddan çıxartmayacaq.
Ona görə qadın xəyanəti dəhşətlidir! Həm də qadın anadır, tərbiyyəçidir! Heç bir halda xəyanətkar qadını bağışlamaq olmaz. Hələ başqa misalları çəkmirəm. Həm də deyirlər ki, qadın xəyanətinin ən çox səbəblərindən biri qadın ərinin xəyanətini görüb, xəyanətlə qisas almasıdır. Bu bir bəhanədir belə qadın üçün, bir xarici qadın psixoloqun dediyinə görə, belə qadınlar bəhanə axtarır ki, bir səbəb olsun başqası ilə intim əlaqəyə girməyə, ərinin xəyanətini görcək əlində əsas səbəb, bəhanəsi olur.
Kişi və qadın xəyanətini çox fərqləndirmək olar.

  

 

Xəyanətin növləri və səbəbləri (Şəxsi düşüncələrim)

 

 

Bəs siz bu barədə nə düşünürsüz və siz hansı fərqi görürsüz?

 

 Diqqət! Bu xəbəri oxuyan hər kəs, kişiyə və qadına baxışınızı dəyişməyin!

 

 

 


Redaktə etdi: Aynur_Qurbanqizi - 6-07-2012, 08:53

6 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 7729 Şərh sayı 256 Müəllif Vetenperver
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline Ayan92
    Xəyanət çox geniş mövzudur.Danış-danış bu mövzu bitmək bilmir.Qadın xəyanətindən ümumiyyətlə isə danışmaq belə istəmirəm.Bir müsəlman qadını kimi bunu qəbul etmirəm,heç vaxt da etmiyəcəm və bunun üstündə həyat yoldaşlarını öldürən kişilərə də haqq qazandırıram.Qaldı kişi xəyanətinə.Bu kişi tiplərini də mən 3 qrupa ayırıram:
    a)öz qanında,canında xəyanətə meyilli olan kişilər;
    b)öz qadınından o istiliyi,o qayğını,o sevgini görməyib,onlara xəyanət edən kişilər
    Bir də xəyanəti müddətinə görə də növlərə ayırmaq olar:
    a)uzunmüddətli xəyanət(el arasında belə deyirlər:"filan kişi,filan qadını saxlayır")
    b)qısamüddətli xəyanət
    Və ən nəhayət həm qadın,həm də ki kişi xəyanəti mənim üçün bağışlanmazdır.(Mən də qalanda özümə güvənirəm,hər konuda.Və təsəvvür edə bilmirəm ki,gələcək həyat yoldaşımın mənə xəyanət etdiyi qadını)

  2. Offline sadəcə MƏN
    Sözün açığı bu mövzu ilə bağlı qəti fikir söyləyə bilmirəm.Yəni subay olduğum üçün böyük-böyük danışmaq istəmirəm,həyatdı hər şey ola bilər.Amma "Qadın" və "Xəyanət" sözlərinin eyni cümlədə hallanması belə günahdır,nəinki xəyanət etmək!
    P.S Mark Taysonun xəyanətlə bağlı 1 fikrini tez-tez xatırlayıram amma."Xəyanətə görə 1 dəfə bağışladığınız insan ömrü boyu sizə xəyanət edəcək"...
    İmza:  Həddini bilməyən gülüşlərim var mənim; Dostlarıma güc, düşmənlərimə dərd verən ...

  3. Offline prince007368
    cox maraqlidir ki burda herkes eks cins numayendelerini pisleyirler. ama men bele duwunmurem. qadin ve ya kiwi ferq etmez, eger bulardan biri laqeyidsizlikle uz-uze qalibsa bu o demekdir ki diqqetsizlikden bezim onunla maraqlanan ve cox diqqet yetiren biriyle munasibet qurur. Xeyaneti bagiwlamaq olarmi? elbetde ki olmaz, amma nezerinize catdirim ki her hansi cins numayendesi her-hansi pis munasibetden bezib bunu edibse demeli sonradan olacaq ayriliqlari nezere almiwdir...!

  4. Offline leyla meherremova
    Kişi də qadın da xəyanət edirsə bağışlanmazdır.Ancaq kişiləri müəyyən qədər başa düşmək olar...Ancaq qadın müqəddəsdir,ağ kağızdır bir dəfə ləkə düşdümü silmək olmaz.Heç bir bir-iki dəfə əri xəyanət etmiş qadına töhmətlə baxmırlar,ancaq qadını xəyanət etmiş kişiyə necə baxılır düşünmək belə istəmirəm.Məncə qadın xəyanəti daha bağışlanmaz bir günahdır.Ancaq mən kişini də bağışlamaram.ƏSLA
    İmza:  Arxamca danışmaqdan zövq alırsansa, əsla susma... Məni günahkar çıxarmaq istəyirsənsə günahlandır və qəlbimə dəymək istədiyində, əlindən gələn hər şeyi et... Çünki mən səni Allaha həvalə etdiyim müddətcə sən mənə deyil, Allaha hesab verəcəksən!!!

  5. Offline Akademik
    Xəyanətin növündən asılı olmayaraq bağışlanmazdır.
    İmza:  Allahımın qulu, nəfsimin ağasıyam!

  6. Offline aysun94
    Vetenperver---Yox,qadının xəyanəti başa düşülməz və bağışlanılmazdır!


    bu sozunuze duzgun yanawmiram cenab..
    İmza:  Ancaq acı çəkərək özümüzə gələ bilərik.
    Fyodor Dostoyevski

  7. Offline nara73
    ILK ONCE ONU DEYIMKI NE QADIN NE KIWI XEYANETI BAGIWLANMAZDI

    AMMA MEN YENEDE QADIN TEREFINDEYEM CUNKI HEYETDA RAST GELDIYIM BIR AILENIN DAHA DOGRUSU QADININ BAWINA GELENDEN BELE NETICEYE GELMIWEMKI COX VAXTI QADINLARI XEYANETE ELE OZ ERLERI VADAR EDIR,YENI KIWI DIQQETSIZLIYI, QADININA QARWI LAQEYIDSIZLIK BELE VEZIYETE GETIRIB CIXARIR,HER BIR QADIN ISDERKI AILESI ONU QORUSUN YAD GOZLERDEN PIS IWLERDEN AMMA MENIM REFIQEMIN ERI IWDEN GELIRDI ICIB YATRDI NE QADINDAN NE UWAQLARDAN XEBERI OLMAZDI,QADIN IWDIYRDI GELIRDI BAZARLIGIN EDIRDI UWAQLARLA MEWGUL OLURDU,YOLDAWINDAN NE KIWI QAYGISI GORURDU NE KIWI QISQANCLI,KIWI KIMI OLMUWDU YAZIQ GELIN..

  8. Offline aysun94
    [kisilere inanmiram ve onlara nifret ediremb]akya[/b],
    qatiliram)
    İmza:  Ancaq acı çəkərək özümüzə gələ bilərik.
    Fyodor Dostoyevski

  9. Offline Vetenperver
    Sitat: Aytekin82
    Heysiyyatsız qadınlar, aciz qadınlar bəlkə də bağışlayar....
    Mən heç vaxt bağışlamadım. Bağışlamaram daa((((

    Yox bağışlamaq acizlik deyil.
    Sizdə başqa cürə idi,yəni ağır bir situasiya idi,ona görə bağışlamadız.

  10. Offline Aytekin82
    Müdrik qadın həyat yoldaşının xəyanətini başa düşüb bağışlayır və başqasının yanında bu barədə danışmır, bunu görə ailəsini dağıtmaz.

    Burda mən fikrinize hörmet edirəm. Amma axı bunun da "amma"sı var...
    Qadın biləndə ki, əri onu sevməyib, sevmir((((((( Yenədəmi bağışlamalıdır?
    Heysiyyatsız qadınlar, aciz qadınlar bəlkə də bağışlayar....
    Mən heç vaxt bağışlamadım. Bağışlamaram daa((((
    İmza:  Tənha gecələrin qadınıyam mən...
    Ruhumu oxsamaq aya düşübdü.
    Tanrı sevdaları paylayan zaman,
    Mənim sevgi payım çaya düşübdü...



  11. Offline Vetenperver
    Sitat: Jozefin
    Nece olur ki, kişilər xəyanət edən də bu təbiətin qanunudur,kişilərə ləkə yapışmır deyirlər.Bəs düşünən yoxdurmu ki,qadının da hormonu var bu təbiıtin qanununu o da istiyə bilər?
    Siz deyin o zaman qadın ne etməlidir?!Əgər qadın kişinin xəyanətini başa düşürsə kişi də qadının xəyanətini başa düşməlidir.

    Yox,qadının xəyanəti başa düşülməz və bağışlanılmazdır!

  12. Offline akya
    kisilere inanmiram ve onlara nifret edirem n30

  13. Offline _Nazlim_
    off cas bu heyatda xeyanet deyilen bir sey olmasaydida n38

  14. Offline Jozefin
    Burda yazilanlarin 40% raziyam.Ancaq bir şey mənim üçün maraqlıdır.Nece olur ki, kişilər xəyanət edən də bu təbiətin qanunudur,kişilərə ləkə yapışmır deyirlər.Bəs düşünən yoxdurmu ki,qadının da hormonu var bu təbiıtin qanununu o da istiyə bilər?
    Doğrudur əgər qadın həyat yoldaşına xəyanət edirsə demək ki,digər kişini çox sevir.B u fikirlə tamamilə razıyam.Ancaq onu da qeyd etməliyəm ki,kişi də aşiq ola bilər.Kişiləri qadınlara yalnız intim əlaqə bağlamır.Siz deyin o zaman qadın ne etməlidir?!Əgər qadın kişinin xəyanətini başa düşürsə kişi də qadının xəyanətini başa düşməlidir.Ümumiyyətcə ailədə xəyanət varsa bu həm kişinin,həm də qadının günahıdır.

    Fidan xanim sizinle tamamile raziyam.

  15. Offline azeri_oglu
    bax gorursuz, bawqasi ile gezmek xeyanet deyil, acin qulaqlarininzi yaxsi dinleyin, gozunuzude 4 acin))))

  16. Offline HEYATIM
    maraqli movzuduu
    İmza:  Heyatini ele yawa ki, donub arxaya baxanda uzun qizarmasin...

  17. Offline azeri_oglu
    Vetenperver,
    Duz deyirsen n43

  18. Offline gunel65
    eslinde men dusunurem ki ne kisi ne qadin bunu etmemelidi.ne ucun kisilere haqq verirsiz?beyem diger bir qadini mehv etmek olar?eger kisi kiminlese munasibetde ola biler bu xeyanet deyil?her kesin oz dusuncesi var.beyem qadin o qedermi acizdi ki kisinin xeyanetini adi qebul etsin?

  19. Offline azad.hekayetli
    fikirlesende deli oluram belkede neyse bilsem evimiz daqilar

  20. Offline Fidan Aliyeva
    Eger evlilikde xeyanet varsa hansi teref olursa olsun bu baqislanmazdir,cunki xeyaneti hec vaxt baqislamaq olmur,her iki terefin bir birine etdiyi en boyuk sehf ve hormetsizdikdir.
    İndi cox kisilerin bir ferziyesi var aldadsaqda yenede ailemize geri donuruk deyirler,bu mence yalandir cunki eger xanimini basqa bir qadinla aldadirsa demek onu hec vaxt sevmeyib ve hormet etmiyib.Aile uc temelde qurulur sevgi,hormet ve sadiqlik......

    AkifВ Ehmedov,
    Tamamile raziyam sizin fikrinizle,qururlu insan hec vaxt xeyanet etmez,qadin kisinin namusudur,kisi ise qadinin direyi ve inandiqi bir insandir,xeyanet edilen zaman her sey mehf olur,guven,inam hetta sevgide...

  21. Offline jasmin-87-b
    Vetenperver,
    HEC BASA DUSE BILMIREM KI NIYE KISINI BAGISLAMAQ OLAR QADINI YOX..
    ORASIDA VAR KI AILEDE SEVGI BASQADIR INTIM MUNASIBET BASQA ..INTIM MUNASIBETLERI YAXSI OLAN AILEDE KISI HEC VAXTTTTTTTTTTT XEYANET ETMIR.QADIN ISE KISILERIN BUQEDER DEDIKLERI SOZLERE GORE HEMISE OZUNU UCA TUTMALIDIR ..QADINLARA MESLEHETIM BIR NECE SANIYELIK ZOVQE GORE ADINIZI BATIRMAYIN
    ONSUZDA HEMISE KISILER GUNAHI QADINDA ,QADINLARSA GUNAHI KISIDE GORURLER
    MEN GEZEYEN KISINI PORTDEDERDIMMMMMMMMMM.ALLAHDAN YOLDASIM GEZMIRDI AMMA O DA BASQA CUR INCIDIRDI... n8

  22. Offline Codra_19
    xeyanet-biraz realist olaq men hec vaxt qizin ve ya qadinin xeyanetin bagislamaram ne sevgiide nede basqa bir seyde qadini xeyaneti namusdu ama sevgide yeqin hemin qiz qurusuzdu qaldiki kisiye hmm kisiler ister subay istersede evli olanda xeyanet edirler bu tebidi cunki o kisidi onu bir defe bagislamaq olar ama qadini hec vaxt hemde sevgili olanda oglanlarinda bezileri qizla danisaraq xeyanet edirler qaldiki subay vaxti qizlara onlarinda bir qismi xeyanet edirler

  23. Offline SIRR
    Men sevgimizin yaxsi gununde var olub pis gununde qacandan deyilem menim ailem cox cetinliklerden sinaqlardan kecib ve davamda edir ama yoldasimin sevgisine inanib dozub sebr edirem. Bir tek xeyanet menim arzularimi umudlerimi bir sozle her seyi mehv eder. Men bir ailede kisinin yoldasina ailesine xeyanetinin sahidi olmusam qadinsa ovladari ucun en esasi qizlari ucun bu aileni nece qorudugunu nece seytanlarla ne bilime mubarizeler apardiginin sahidi olmusam ama kisi duzelmir sadece onun eylence oldugunu deyir lezizim sen bele seylere fikir verib kefini pozma deyir. Budurmu aile xosbextlik?

  24. Offline Vetenperver
    Sitat: Narka
    Her ikiside duldurlarsa ve aralarında hörmet sevgi varsa mence bu xeyanet deyil. Yene qeyd edim ki, müveqqeti olan sevgini nezerde tutmuram, geleceyi olanı deyirem. Yox biri aileli digeri subaydırsa (dul, boşanmış v.s.) onda siz deyendi.

    Bu məsələni hara fırlatsazda mən yenədə istər dul istərsədə boşanmış qadının yad kişi ilə cinsi əlaqəyə girməsini xəyanət kimi pis qiymətləndirirəm.Götürək ailəsi dağılmış qadın,tutaq ki bir birlərini sevirlər,kim zəmanət verirki onlar evlənəcəklər?olmaz ki evlənəndən sonra əlaqəyə girsinlər?Bu axı ciddi münasibət deyil.Əgər başqa ölkədə bu baş versə bu başqa amma bizdə buda pisdir.

  25. Offline Narka
    Sitat: Vetenperver
    Bunu öncədən heç olmasa qeyd edərdiz,mən qabaqcadan hardan bilim siz nəyi nəzərdə tutursuz.Lap elə götürək ailəsi dağılmış,oda xəyanət edir(qadın) yəqin bilirisiz kimlərə.


    Her ikiside duldurlarsa ve aralarında hörmet sevgi varsa mence bu xeyanet deyil. Yene qeyd edim ki, müveqqeti olan sevgini nezerde tutmuram, geleceyi olanı deyirem. Yox biri aileli digeri subaydırsa (dul, boşanmış v.s.) onda siz deyendi.

  26. Offline Vetenperver
    Sitat: Narka
    Ay qardaş mən subay deyəndə ailələri dağılmış insanları nəzərdə tururdum, sütül subayların bura nə aidiyyatı...

    Bunu öncədən heç olmasa qeyd edərdiz,mən qabaqcadan hardan bilim siz nəyi nəzərdə tutursuz.Lap elə götürək ailəsi dağılmış,oda xəyanət edir(qadın) yəqin bilirisiz kimlərə.

  27. Offline Narka
    Sitat: Vetenperver
    Əksinə siz cümlələri düz oxuyub başa düşün sonra mübahisə edin.Açın baxın.Mən yazmışdım ki kişi kiminlə xəyanət edir,qadınla.Deməli o qadında xəyanətkardır.Siz buna cavab olarar subay adamdan misal çəkib dedizki subay adam heç kəsə xəyanət etmir,məndə buna görə misal gətirib yazdım ki subay qız gələcək həyat yoldaşına xəyanət edir(əgər xəyanətə gedirsə əlbətdə).


    Ay qardaş mən subay deyəndə ailələri dağılmış insanları nəzərdə tururdum, sütül subayların bura nə aidiyyatı...

  28. Offline zyoma
    maraqli idi,sag ol.amma yene de kisiler daha cox xeyanet edir

  29. Offline Nermine1
    xeyanete cox pis baxiram. aglimin ucundan da kecirende deli oluram
    amma adim kimi eminemki xeyanet etmez hec vaxt este oldurerem onu n8 bax bele
    İmza: 

  30. Offline gunelcik
    Sitat: AkifВ Ehmedov
    Yox, əzizim. Onda sənin sevgin özünüsevgidən uzağa getmir. Onda sən yoldaşını yaxşı günündə sevirsən. Onda sən ailən üçün, balalarınızın gələcək adı üçün mücadiləyə hazır deyirsən... Səbirli olun. Son sözünüzü əvvəldən deməyə can atmayın. Çıxıb getməyə nə var ki..Bacarırsan ərini, ailəni Şeytanın xəyanət əsirliyindən xilasına çəhd et. 2-ci sevgi yoxdur, 2-ci ər yoxdur.Hər kəs sevgidən 1 dəfə istifadə edə bilər. Sonrakılar əza həzzindən başqa bir şey deyil..

    Yenə də sizə qatılıram.Mən dəfələrlə şahidi olmuşam ki 2 ci insanın həyatında olursa da hec vaxt insanın daxilində 1ci ola bilmir
    İmza: 
    Sensin Allah(cc) sanadır kulluğum
    Sendedir çarem seninledir varlıgım
    Seni arar ruhum seni anar kalbim
    Başkasına değil sana muhtacım
    Başkasını değil seni çağırırım

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top